Sentyabrın 15-dən Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsi ilə bağlı  146-4 "Qaynar xətt" xidməti istifadəyə veriləcək.

 

Əsas məqsəd "Virtual məktəb"lə bağlı vətəndaşlara xidmət göstərilməsi, daxil olan vətəndaş müraciətlərinin qısa zamanda emalı  və vətəndaş məmnuniyyətinin təmin edilməsidir.

 

Qeyd edək ki, yeni xidmət  I-V günlər saat 09:00-dan 18:00-a kimi fəaliyyət göstərəcək.