“Virtual məktəb”lə bağlı 146-4 "Qaynar xətt" xidməti istifadəyə verilir | |
Sentyabrın 15-dən Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsi ilə bağlı 146-4 "Qaynar xətt" xidməti istifadəyə veriləcək.
Əsas məqsəd "Virtual məktəb"lə bağlı vətəndaşlara xidmət göstərilməsi, daxil olan vətəndaş müraciətlərinin qısa zamanda emalı və vətəndaş məmnuniyyətinin təmin edilməsidir.
Qeyd edək ki, yeni xidmət I-V günlər saat 09:00-dan 18:00-a kimi fəaliyyət göstərəcək.
|
|
14.09.2020 | 17:58 | |
|
|
|