Sentyabrın 12-də Mingəçevir şəhəri 16 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. 

 

Açılışda Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Mingəçevir Rayon İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Mingəçevir Rayon Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov iştirak edib. 

 

Bildirilib ki, məktəb 1176 şagird yerlikdir. Tədris binasında 36 sinif otağı, 6 laboratoriya, 2 texnologiya, informatika, hərbi hazırlıq kabineti və məktəbəhazırlıq otağı var. Məktəbdə 668 şagird, məktəbəhazırlıq qrupunda 45 uşaq təhsil alır. Təhsil müəssisəsinin 59 nəfər pedaqoji, 23 nəfər texniki işçisi var. 

 

Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.