Sentyabrın 11-də əsaslı təmir olunmuş Kürdəmir şəhəri 1 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib. 

 

Açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva,  Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov və məktəb direktoru iştirak edib. 

 

Qeyd olunub ki, sözügedən məktəb 1250 şagird yerlikdir. Hazırda məktəbdə 1174 şagird təhsil alır. Təhsil müəssisəsində 35 sinif otağı, 3 laboratoriya, 2 informatika, 2 texnologiya kabineti, 2 məktəbəqədər hazırlıq qrupu üçün otaq, 10 inzibati otaq, 64 yerlik bufet, yeməkxana, 180 yerlik akt zalı və idman zalı var. Məktəb üçün iki geniş, açıq və qapalı idman meydançaları da istifadəyə verilib.

 

Açılış mərasimindən sonra qonaqlar məktəbin sinif otaqları, fənn kabinetləri, laboratoriya və idman zalı ilə tanış olublar.