Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun hidrogeologiya və mineral sular laboratoriyasının müdiri, dosent Fizzə Məmmədova Beynəlxalq Təbiətşünaslıq Akademiyasının Fəxri doktoru diplomunu alıb.

 

Bölmədən bildirilib ki, Rusiya Təbiətşünaslıq Akademiyasının 25 illiyinə həsr olunan 8 mərhələli yubiley sessiyasının vəsatəti ilə akademiyanın nəşrlərində, konfrans, sərgi və müsabiqələrində fəal iştirak edən 10 alimə Beynəlxalq Təbiətşünaslıq Akademiyasının Fəxri doktor adı verilib.

 

F.Məmmədova elm sahəsindəki xidmətlərinə, sözügedən elmi qurum ilə əlaqələrin inkişafındakı fəaliyyətinə görə bu ada layiq görülüb.

 

Qeyd edək ki, alim Fiziki kimya ixtisası üzrə 216 elmi əsərin, 100-dən artıq elmi publisistik məqalənin, o cümlədən 8 şadətnamənin, müəlliflik şadətnaməsinin,1 patentin, 3 monoqrafiyanın və 2 qrant layihəsinin müəllifidir. Onun çoxsaylı elmi əsərləri rus və ingilis dillərində nüfuzlu impakt faktorlu jurnallarda dərc olunub.