Təhsil Nazirliyi, AFFA və Coca-Cola şirkətinin birgə layihəsi olan “Coca-Cola Məktəbli Kuboku” turnirinin final mərhələsinə yekun vurulub.
"ABU Arena” idman kompleksində keçirilən final qarşılaşmasında Bakı şəhəri Binəqədi rayonu 126 nömrəli tam orta məktəbin komandası ilə Qazax rayonu Qazaxbəyli kənd tam orta məktəbin komandası qarşılaşıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən 126 nömrəli tam orta məktəbin komandası “Coca-Cola Məktəbli Kuboku” turnirinin 2017-2018-ci il mövsümünün qalibi olub. Turnirdə 3-cü yeri Mingəçevir şəhər Texniki Humanitar Liseyin komandası tutub.
Final qarşılaşmasından sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Məktəbli futbolçulara kubok, medal,diplom, xatirə hədiyyələri tədqim olunub. Turnirin "ən yaxşı oyunçu" adına Binəqədi rayonu 126 saylı orta məktəbinin komandasının üzvü Səbuhi Qurbanov, “ən məhsuldar oyunçu” adına həmin komandanın digər oyunçusu Əmirxan Qurbanov, “fair play” nominasiyasının qalibi adına isə Qazax rayon Qazaxbəyli kənd məktəbinin komandasının futbolçusu Fidan Məmmədova layiq görülüblər.
Qeyd edək ki, “Coca-Cola Məktəbli Kuboku”nun 2017/2018 mövsümünün məktəbdaxili mərhələsində 100 minə yaxın məktəbli iştirak edib. 7 ildir təşkil olunan “Coca-Cola Məktəbli kuboku” ölkə üzrə keçirilən ən kütləvi futbol yarışmasıdır.