Lənkəran Dövlət Universiteti (LDU) ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Polimer Materialları İnstitutu (PMİ) arasında elmi-texniki əməkdaşlıq haqqında onlayn müqavilə imzalanıb.

 

Universitetdən bildirilib ki, sənədlər dövriyyəsi vasitəsilə (onlayn) imzalanan müqavilədə Lənkəran bölgəsinin təbii minerallarının və aqrar-sənaye sahəsi tullantılarının polimerlərdə doldurucu kimi tətbiqinin tədqiqi, birgə magistr və doktorantların hazırlanması, əməkdaşlıqdan alınan nəticələrin nəşr olunması və s. nəzərdə tutulur.

 

LDU tərəfindən  müqaviləni  ali məktəbin  rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov, qarşı tərəfdən PMİ-nin direktoru , AMEA-nın müxbir üzvü, professor  Bəxtiyar Məmmədov imzalayıb.

 

Qeyd edək ki, sözügedən müqavilə 2020-2027-ci illəri əhatə edəcək.