YUNESKO-un yeni hesabatı açıqlanıb


YUNESKO-nun rəsmi saytının məlumatına görə, təhsil sahəsində monitorinq üzrə Ümumdünya hesabat  qrupu tərəfindən hazırlanmış son proqram sənədində göstərilir ki,  2015 -2016- cı illər arasında  təhsil məqsədləri üçün ayrılmış maliyyə vəsaitlərinin  həcmi 1,5 milyard ABŞ dolları  həcmində artaraq  rekord həddə - 13,4 milyard dollara çatıb.  Bu , 2002-ci ildən aparılan statistikaya əsasən təhsilə ayrılan  vəsaitlərin 13 faiz artması deməkdir.

 

 

Mayın 24 -də  Parisdə Avropa Ali Təhsil Məkanına üzv  ölkələrin  təhsil nazirlərinin  konfransında (EHEA)  çıxış edən YUNESKO-nun Baş direktoru Odri Azule proqram sənədin nəticələri barədə məlumat verib. Sənəddə qeyd edilir ki, "bu artım inkişafın məhək daşı kimi donorlar tərəfindən təhsilin  daha sıx tanınmasının pozitiv əlamətidir. Davamlı inkişaf sahəsində təhsilin səviyyələrini əhatə edən  4 amisiyalı  istiqamətə xarici və daxili maliyyələşmənin həcmini  artırmadan nail olmaq  mümkün deyildir".

 

"Təhsilin  hədəflərinə kömək: artımın yenilənməsi?" sənədində göstərilir ki, 2016-cı ildə maliyyə yardımının üçdə iki hissəsi baza təhsilinin məqsədlərinə sərf olunub.  Baza təhsilinin maliyyələşdirilməsinə ayrılan vəsaitlərin tam yarısı  ABŞ, Birləşmiş Krallıq və Ümumdünya bankı  kimi  dünyada 3 əsas donorun  payına düşür.    Digər tərəfdən,  yardım kimi baza təhsilinin  məqsədlərinə ayrılan vəsaitlərdə ümumdaxili məhsulun  payına  gəlincə,  Norveç  Birləşmiş Ştatlardan 12 dəfə çox vəsait ayırıb.

 

Son məlumatlar göstərir ki, gənclərin yarıdan azı orta məktəbi bitirir. Əgər Norveçin nümunəsi üzrə  bütün inkişaf etmiş ölkələr  və bir sıra inkişaf etməkdə olan ölkələr  öz milli gəlirlərinin 0,7%-i  və təhsil  ehtiyaclarına göstərilən köməyin 10 faizi həcmində  yardım  göstərmək  öhdəliyi götürsəydilər,  onda orta təhsilin ümumi tamamlanmasını təmin etmək üçün  kifayət qədər resurslar olardı.

 

Təhsilin monitorinqi üzrə  Ümumdünya hesabat qrupunun direktoru Manos Antoninis prioritetlərin yenidən baxılmasına çağırıb: " Qlobal təhsil  sahəsində   inkişafı sarsıdan maliyyələşdirmə boşluğunun doldurulması üçün  donorların   baza və orta təhsilə, eləcə də  dünyanın ən kasıb ölkələrinə daha çox diqqət ayırması lazımdır,".  Ancaq  o xəbərdarlıq edib ki,  bu, gəlir  səviyyəsi orta həddən aşağı olan ölkələrin   təhsil  sahəsində  üzləşdiyi əhəmiyyətli problemləri həll etməyəcək".


Oruc MUSTAFAYEV