Dünyada təhsilə ayrılan vəsaitlərin həcmi artıb | |
YUNESKO-nun rəsmi saytının məlumatına görə, təhsil sahəsində monitorinq üzrə Ümumdünya hesabat qrupu tərəfindən hazırlanmış son proqram sənədində göstərilir ki, 2015 -2016- cı illər arasında təhsil məqsədləri üçün ayrılmış maliyyə vəsaitlərinin həcmi 1,5 milyard ABŞ dolları həcmində artaraq rekord həddə - 13,4 milyard dollara çatıb. Bu , 2002-ci ildən aparılan statistikaya əsasən təhsilə ayrılan vəsaitlərin 13 faiz artması deməkdir.
Mayın 24 -də Parisdə Avropa Ali Təhsil Məkanına üzv ölkələrin təhsil nazirlərinin konfransında (EHEA) çıxış edən YUNESKO-nun Baş direktoru Odri Azule proqram sənədin nəticələri barədə məlumat verib. Sənəddə qeyd edilir ki, "bu artım inkişafın məhək daşı kimi donorlar tərəfindən təhsilin daha sıx tanınmasının pozitiv əlamətidir. Davamlı inkişaf sahəsində təhsilin səviyyələrini əhatə edən 4 amisiyalı istiqamətə xarici və daxili maliyyələşmənin həcmini artırmadan nail olmaq mümkün deyildir".
"Təhsilin hədəflərinə kömək: artımın yenilənməsi?" sənədində göstərilir ki, 2016-cı ildə maliyyə yardımının üçdə iki hissəsi baza təhsilinin məqsədlərinə sərf olunub. Baza təhsilinin maliyyələşdirilməsinə ayrılan vəsaitlərin tam yarısı ABŞ, Birləşmiş Krallıq və Ümumdünya bankı kimi dünyada 3 əsas donorun payına düşür. Digər tərəfdən, yardım kimi baza təhsilinin məqsədlərinə ayrılan vəsaitlərdə ümumdaxili məhsulun payına gəlincə, Norveç Birləşmiş Ştatlardan 12 dəfə çox vəsait ayırıb.
Son məlumatlar göstərir ki, gənclərin yarıdan azı orta məktəbi bitirir. Əgər Norveçin nümunəsi üzrə bütün inkişaf etmiş ölkələr və bir sıra inkişaf etməkdə olan ölkələr öz milli gəlirlərinin 0,7%-i və təhsil ehtiyaclarına göstərilən köməyin 10 faizi həcmində yardım göstərmək öhdəliyi götürsəydilər, onda orta təhsilin ümumi tamamlanmasını təmin etmək üçün kifayət qədər resurslar olardı.
Təhsilin monitorinqi üzrə Ümumdünya hesabat qrupunun direktoru Manos Antoninis prioritetlərin yenidən baxılmasına çağırıb: " Qlobal təhsil sahəsində inkişafı sarsıdan maliyyələşdirmə boşluğunun doldurulması üçün donorların baza və orta təhsilə, eləcə də dünyanın ən kasıb ölkələrinə daha çox diqqət ayırması lazımdır,". Ancaq o xəbərdarlıq edib ki, bu, gəlir səviyyəsi orta həddən aşağı olan ölkələrin təhsil sahəsində üzləşdiyi əhəmiyyətli problemləri həll etməyəcək".
|
|
29.05.2018 | 15:23 | |
|
|
|