Gənclər yerli və beynəlxalq layihələrin fəal iştirakçılarıdır


Gəncə Dövlət Universitetinin 80 illik yubileyinə həsr olunan “Tələbələrin 2-ci Könüllülük Yaz Məktəbi” iştirakçıları təltif edilib.

 

Gənclər evində keçirilən tədbirdə universitetin elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov layihənin iştirakçısı olan tələbələr və ictimai fəallar iştirak ediblər.

 

Tədbiri açan universit TGT-nin sədri Orxan Məmmədov layihə çərçivəsində görülmüş işlərdən danışıb.

 

Elm və innovasiyalar üzrə prorektor, Milli Məclisin deputatı Pərvin Kərimzadə universitetdə gənclərin hərtərəfli inkişafı istiqamətində icra olunmuş layihələrin əhəmiyyətini qeyd edib. Bildirilib ki, bu vaxta qədər gənclər yalnız universitetdə icra olunmuş layihələrin deyil, həm də Gəncədə həyata keçirilmiş çoxsaylı yerli və beynəlxalq layihələrin fəal iştirakçısı olublar. Bu cür layihələr gənclərin sosial fəallığını artırıb, onların kütləvi tədbirlərdə praktiki olaraq bilik və bacarıqlarının yüksəlməsinə müsbət təsir göstərib.

 

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Yüksəl Məmmədov ölkədə gənclərə yaradılan şəraitdən, könüllülük məktəblərinin əhəmiyyətindən bəhs edib.

 

Sonda layihənin iştirakçısı olmuş tələbə gənclərə sertifikatlar təqdim olunub.