Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilində magistratura təhsil səviyyəsi üzrə magistrlik dissertasiyalarının müdafiəsi başa çatıb.

 

Universitetdən verilən məlumata görə, magistrlik dissertasiyalarının müdafiəsində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Xarici dil müəllimliyi (dillər üzrə), Riyaziyyat müəllimliyi, İbtidai sinif müəllimliyi, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisaslarının hər biri üzrə 4 nəfər, İnformatika müəllimliyi,  İqtisadiyyat, Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, Ekologiya mühəndisliyi ixtisaslarının hər biri  üzrə 3 nəfər, Sənayenin təşkili və idarə edilməsi, Elektroenergetika mühəndisliyi ixtisaslarının hər biri üzrə 2 nəfər iştirak  edib.

 

Qeyd olunan 11 ixtisas üzrə magistrlik dissertasiyaları müdafiə edən 36 magistrantın hamısı müvəffəq qiymət alıb, 31 magistrantın nəticəsi yüksək balla qiymətləndirilib. Ümumi nəticələrə əsasən, cari tədris ilində 13 nəfər magistrant MDU-nun magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.

 

Magistrlik dissertasiyalarının müdafiəsi ixtisaslaşdırılmış elmi şuralar tərəfindən həyata keçirilib. Həmin şuralara Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş mütəxəssislər rəhbərlik edib. Şuraların tərkibində MDU ilə yanaşı, digər universitetlərin, AMEA-nın sahə institutlarının, dövlət və özəl müəssisələrin müvafiq ixtisaslar üzrə alim və mütəxəssisləri də iştirak ediblər.

 

Online müdafiə prosesini MDU-nun rektoru Şahin Bayramov da izləyib.