Bakı Slavyan Universitetinin rəhbərliyinin dəstəyi və bu ali məktəbin beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Gənc Diplomatlar Klubunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasının 101-ci ildönümünə həsr olunmuş "Gələcəyin diplomatları” layihəsi həyata keçiriləcək.
Unversitetdən bildirilib ki, layihənin hədəf qrupu bakalavrlar və magistrantlardır. Layihə çərçivəsində 9-13 iyul 2020-ci il tarixlərində müxtəlif mövzularda onlayn formada görüşlər həyata keçiriləcək. Layihədə iştirak edən gənclər üçün "Azərbaycan diplomatiyası və xarici siyasəti" , "Diplomatiyanın əsasları,vəzifələri", "Münaqişələrdə diplomatiyanın effektivliyi" və bu kimi müxtəlif mövzularda onlayn təlimlər təşkil ediləcək.
Layihədə iştirak edənlər sertifikatla mükafatlandırılacaqlar.
Son qeydiyyat tarixi 8 iyul 2020-ci il saat 12:00-dır.
Qeydiyyat linki: