Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin online imtahan sessiyasının üçüncü həftəsi də yekunlaşıb.

 

Universitetdən verilən məlumata görə, 8-25 iyun tarixlərini əhatə edən ilk 13 imtahan günündə bakalavriat və magistratura səviyyələrində keçirilən 439 imtahanda ümumilikdə, 1874 tələbə və magistrant iştirak edib. Qeyd olunan müddət ərzində məsafədən keçirilən imtahanlarda faktiki olaraq bütün tələbələrin və magistrantların iştirakı təmin olunub. İmtahanlarda iştirak edənlərin demək olar ki, hamısı müvəffəq qiymət alıblar.

 

Çoxsaylı güzəştlərin tətbiqi ilə reallaşdırılan online imtahan prosesində MDU-nun professor-müəllim, inzibati-texniki heyət üzvləri, əsasən sonuncu kurs tələbələrindən ibarət “İmtahan könüllüləri” fəal iştirak edirlər.

 

MDU-da yaz semestrinin imtahan sessiyası cari ilin 7 iyul tarixinədək davam edəcək.