Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında “Yay Günəş duruşu günü” mövzusunda elmi-praktiki seminar keçirilib.

 

Rəsədxananın direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev iyun ayının 21-ə təsadüf edən bu astronomik hadisədən danışıb.

 

Sonra rəsədxana əməkdaşlarından Türkan Məmmədova, Ülvi Vəliyev və Ruslan Məmmədovun məruzələri dinlənilib. Məruzəçilər Yerin Günəş ətrafında hərəkətinin xüsusiyyətləri və Yer kürəsində fəsillərin əmələ gəlməsi barədə iştirakçılara geniş məlumat veriblər.

 

Diskussiya şəklində keçən tədbirdə çoxsaylı suallar cavablandırılıb.