Hörmətli cənab Prezident.
İnsanlığa təhlükə olan koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə Sizin uzaqgörən siyasətiniz, vaxtında verdiyiniz qərarlar nəticəsində ölkəmiz bu gün pandemiyadan ən az zərər çəkən dövlətlərdən biridir.
Mən məktəbliyəm. Operativ Qərargahın tələblərinə riayət edir, bütün qaydaları dəstəkləyirəm.
Sizin müdrik idarəçiliyiniz sayənizdə ölkəmizdə bu bəlaya qarşı səmərəli tədbirlər görülür, xalqın rifahı naminə mühüm addımlar atılır.
Görülən işlərə görə bir daha Sizə təşəkkür edir, münasibətimin hüdudsuz olduğunu bildirirəm.
Hörmətlə,
Mustafayev Sənan Bəhruz oğlu,
Bakı şəhəri, Sabunçu rayonu
Hörmətli cənab Prezident.
Sizə öz minnətdarlığımı bildirirəm. Çünki, Sizin tələbələrə, gənclərə qayğınız nəticəsində əlaçı tələbə təqaüdü alıram və bir az əvvəl gələn məlumat mesajı ilə sosial baxımdan həssas ailə qrupuna aid olduğum üçün 2020-ci ilin yanvar ayından ilin sonunacan təhsil haqqımın dövlət tərəfindən ödənildiyini öyrəndim. Çox sağ olun. Sizə minnətdaram və Azərbaycan vətəndaşı olaraq Sizin qərarlarınızı dəstəklədiyimi və daim yanınızda olduğumu bildirmək istəyirəm. Sağ olun ki, bizləri unutmursunuz və mən də bu qayğınız sayəsində daha gözəl təhsil alıb Vətənimə layiqli vətəndaş olmağa çalışacağam.
Hörmətlə,
Salmanova Şərqiyə Ədalət qızı,
Bakı şəhəri, Bakı İslam Universitetinin tələbəsi
Cənab Prezident.
Həmişə olduğu kimi, Sizin iyunun 3-də Ağcabədiyə səfəriniz də biz sakinlərə böyük sevinc və fərəh hissi bəxş etdi. Biz - qarabağlılar xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Sizi ürəkdən sevir və Sizinlə qürur duyuruq.
Rayonumuzun davamlı sosial iqtisadi inkişafına daim diqqət yetirməyiniz bizi ürəkdən sevindirir. Bu baxımdan kəndarası yolların çəkilişi və Sarıcalı kəndində müasir məktəb binasının inşası məqsədilə ayırdığınız vəsait minlərlə insanın böyük sevincinə səbəb oldu.
Möhtərəm cənab Prezident, dünya ölkələrinin iqtisadi çətinliklə qarşılaşdığı indiki dövrdə xalqımıza göstərdiyiniz maddi və mənəvi dəstəyə görə bir ziyalı kimi Sizə dərin minnətdarlığımı bildirirəm. Xalqımızın və dövlətimizin daha xoş gələcəyi naminə Sizə uzun ömür, cansağlığı arzu edirik. Tanrı Sizi qorusun.
Hörmətlə,
Bədəlov Əli Mehdi oğlu,
təqaüddə olan müəllim,
Ağcabədi rayonu, Salmanbəyli kəndi
Çox hörmətli möhtərəm Prezident.
Sizin tərəfinizdən vaxtında həyata keçirilən uzaqgörən, qabaqlayıcı tədbirlər nəticəsində respublikamızda yeni növ koronavirus COVID-19 pandemiyası digər ölkələrlə müqayisədə daha az fəsadlarla keçməkdədir. Xalqımızın bu bəladan xilas olması üçün göstərdiyiniz səylər, verdiyiniz tapşırıqlar, vətəndaşlara infeksiyadan qorunmaqla bağlı etdiyiniz müraciətlər bizi çox sevindirdi. Virusun daha çox yaşlı nəsli öz cənginə aldığını nəzərə alaraq, bu qrup əhalinin xüsusi qayğı ilə əhatə olunması, bütün təhsil müəssisələrinin, uşaq bağçalarının vaxtında bağlanması, aztəminatlı ailələrin müavinətlə, ərzaq yardımı ilə təmin edilmələri, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqının dövlət büdcəsindən ödənilməsi, işləyən əhalinin ödənişli məzuniyyətə çıxarılması və gördüyünüz digər operativ, ardıcıl, vacib tədbirlər bizim ölkəmizi dünyada bu virusla mübarizədə fərqləndirdi. Təbii ki, bütün bu nailiyyətlər Sizin qətiyyətli və ciddi iradəniz, elmi və məntiqi cəhətdən əsaslandırılmış yanaşmanız, ən əsası da kökündə vətənpərvərlik, insansevərlik dayanan qərarlarınız sayəsində əldə edilib.
Hörmətli cənab Prezident, mən inanıram ki, Sizin müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə qurtulacağıq. Dünyada yaşayan azərbaycanlılar Sizin “Biz birlikdə güclüyük!” çağırışınız ətrafında birləşdi. Ölkəmizi müxtəlif təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz Liderlə xalq arasında olan bağlılıqdır. Bizim bugünkü qüdrətli, əzəmətli Azərbaycanımız da Lider-xalq birliyinin təcəssümü və təzahürüdür. Mən bir azərbaycanlı, müəllim olaraq öz adımdan, ailəmin adından gördüyünüz işlər, yürütdüyünüz daxili və xarici siyasət üçün Sizə minnətdarlığımı bildirirəm. Fəxr edirəm ki, Sizin kimi xalqını, millətini sevən, xalqının sağlamlığı üçün bütün gücünü səfərbər edən Prezidentimiz var. Biz dövlətçiliyimizin inkişafı, millətimizin xoşbəxtliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizədə daim Sizi dəstəkləyir və Sizinləyik.
Cənab Prezident, Sizin qətiyyətli addımlarınızın nəticəsi olaraq artıq ölkəmizdə yeni idarəetmə modeli formalaşır. Korrupsiya və rüşvətxorluğa qarşı tutduğunuz ciddi mübarizə siyasəti öz töhvəsini verməkdədir. Gördüyünüz bütün tədbirlərdə əsas məqsəd vətəndaş məmnunluğuna hesablanır. Bunlar xalq-Prezident həmrəyliyini artırır, Sizə olan inamı da gücləndirir. Müstəqil, güclü Azərbaycan naminə gördüyünüz işlərdə Sizə yeni uğurlar arzulayıram.
Hörmətlə,
Musayeva Kəmalə Hüseyn qızı,
Bakı şəhəri, Şuşa şəhərindən məcburi köçkün,
Şuşa şəhər 1 nömrəli tam orta məktəbin müəllimi