Hər il böyük rus şairi Aleksandr Puşkinin doğum günü - 6 iyun dünyada Beynəlxalq Rus Dili Günü kimi qeyd olunur. Bu münasibətlə Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti, Qazaxıstan Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyası və Altair Akademiyası birgə vebinar keçirib.
BSU-dan verilən məlumata görə , Qazaxıstan, Azərbaycan, Rusiya, Türkiyə və Qırğızıstandan olan alim-mütəxəssislərin, müəllimlərin iştirak etdiyi beynəlxalq onlayn tədbirə Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri- Murad Alxaslı və Elmir Alxaslı qatılıblar. Şagirdlər A.Puşkinin şeirlərini rus dilində əzbər səsləndiriblər.
Beynəlxalq elmi tədbirin təşkilatçıları azərbaycanlı şagirdləri təşəkkürnamələrlə təltif ediblər.