Mingəçevir Dövlət Universiteti (MDU) tərəfindən reallaşdırılan “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək. İkinci görüşün qonağı Mili Məclisinin Elm və təhsil komitəsinin sədri, professor Bəxtiyar Əliyev olacaq.

 

“Müasirləşən ali təhsil və yüksək ixtisaslı mütəxəssis hazırlığı” mövzusunda keçiriləcək görüş  Microsoft Teams platforması üzərindən online formatda təşkil ediləcək.

 

MDU-dan bildirilib ki,  17 iyun tarixində saat 12:00-da keçiriləcək görüşdə iştirak etmək istəyənlər info@mdu.edu.az elektron poçt ünvanına müraciət göndərə bilərlər.

 

Qeyd edək ki, “Peşəkarla görüş” layihəsinin əsas məqsədi MDU kollektivinin müxtəlif aktual mövzular barədə peşəkarların bilik və bacarıqlarından faydalanması üçün imkanların yaradılmasından ibarətdir. Davamlı olaraq keçirilən görüşlərdə universitetin  tələbələri, magistrantları, məzunları və gənc əməkdaşları iştirak edirlər.

 

Xatırladaq ki, layihə çərçivəsində ilk görüşün qonağı BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli olub.