Bakı Slavyan Universitetində (BSU) 28 May-Respublika Günü münasibətilə tarixi janrda çəkilmiş “Son iclas” bədii-sənədli filmi onlayn formada nümayiş etdirilib.
Film Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin axırıncı qərarını necə çətin bir şəraitdə verdiyini əks etdirir. Tələbələr tərəfindən böyük maraq və rəğbətlə qarşılanan filmin nümayişindən sonra bu istiqamətdə müzakirələr aparılıb. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti ictimai-siyasi fikir, həmçinin dövlətçilik tariximizin şanlı, parlaq səhifəsidir və xalqımızın milli özünəqayıdışında, milli özünüdərkində, yenidən öz müstəqil dövlətini qurmasında mühüm rol oynayıb. Vurğulanıb ki, bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və Ümummilli lider Heydər Əliyevin şah əsəridir.
Müzakirələrdə Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq Prezident İlham Əliyevin müstəqil dövlətimizi daha da gücləndirməsi, ölkəmizin uğurlu dinamik inkişafını təmin etmək üçün gərəkli bütün addımları atması da qeyd olunub.