Naxçıvan Müəllimlər İnstitutunda (NMİ) fəaliyyət göstərən “Düşüncə körpüsü” diskussiya klubu onlayn müzakirələrini davam etdirir.
NMİ -dən bildirilib ki, "Düşüncə körpüsü" diskussiya klubunun növbəti onlayn müzakirəsi pedaqoji fakültənin təşkilatçılığı ilə keçirilib. "Müasir gənclik və mütaliə" mövzusunda keçirilən müzakirəyə institutun professor-müəllim heyəti və 70-dən çox tələbəsi qoşulub.
Müzakirənin təşkil olunmasında əsas məqsəd tələbələrin kitaba və mütaliəyə olan marağını artırmaq, müəllimlərin öz tövsiyələrini gənc nəslə çatdırmaqla, müstəqil və yaradıcı düşünən vətəndaşların formalaşmasına yardım etmələrindən ibarətdir.
Diskussiya prosesində tələbələr dünyagörüşlərinin formalaşmasında kitabların əhəmiyyətindən bəhs edib, mütaliə vərdişlərinin təkmilləşdirilməsi, nitq mədəniyyətlərinin inkişaf etdirilməsi, dərsdənkənar vaxtlarının səmərəli təşkili haqqında öz fikirlərini bölüşüblər.