Naxçıvan Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə  gənclər arasında onlayn şəkildə “Kim? Nə? Hara?” intellektual oyunu keçirilib.

 

Oyunun keçirilməsində məqsəd gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların zehni inkişafının, dünyagörüşünün formalaşdırılması, intellektual səviyyələrinin yüksəldilməsindən ibarət olub.

 

8 mərhələdən ibarət oyunun hər mərhələsində müxtəlif mövzularda üç sual səsləndirilib. Suallardan daha çoxuna düzgün cavab verən gənclər oyunun qalibi olublar.

 

Güllü İbrahimova daha çox xal  toplayaraq oyunun qalibi adını qazanıb. İkinci və üçüncü yerin sahibləri isə Əli Əliyev və Zeynəb İsmayılova olub.