Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri üçün professor-müəllim heyəti tərəfindən “videodərs”lərin hazırlanması davam edir.

 

Universitetdən bildirilib ki, martın ortalarından indiyədək  ali məktəbin müəllimləri tərəfindən  469 videodərs hazırlanıb və bu dərslər  MDU-nun Youtube kanalında yerləşdirilib. Offline formatda təqdim olunan həmin “videodərs”lər 30 aprel tarixi üçün 58000 dəfədən çox izlənmə sayına malikdir.

 

Bildirilib ki, MDU-nun müəllimləri paralel olaraq “Microsoft Teams” və “ZOOM” platformaları üzərindən online formatda təqdim olunan dərslərdə də fəal iştirak edirlər.