Mingəçevir Dövlət Universiteti (MDU) mühəndislik fakültəsinin Tələbə Elmi Cəmiyyətinin virtual elmi konfransı keçirilib.

 

Konfransa böyük maraq olduğunu diqqətə çatdıran fakültənin dekan əvəzi Almaz Əliyeva konfransın proqramı və dinləniləcək məruzələr haqqında məlumat verib.

 

Sonra konfransda məruzələr dinlənilib. Fakultənin tələbələrindən Gülnarə Əliyeva “İnsanın özünün yaratdığı Aral ekoloji fəlakəti” (Elmi rəhbər: dosent Pərvanə Səfərova), Şamxal Hüseynov “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların təşkili sistemləri” (Elmi rəhbər: dosent Şahsuvar Heydərov), Günay Nəsibova “Ovçuluğun nizamlanmasının Azərbaycan biomüxtəlifliyində rolu”  (Elmi rəhbər: b.f.d. Vüsalə Mustafayeva), Aysu Abbaszadə “Blokçeyn texnologiyalarının istiqamətləri və tətbiq xüsusiyyətləri”(Elmi rəhbər: baş müəllim Asudə Abdurrahmanova), Elsevər Cəfərov “Kabelsiz enerji transmissiyası” (Elmi rəhbər: baş müəllim Səadət Şıxəliyeva) və Xoşqədəm Məmmədli “Onlayn tədrisdə bulud xidmətlərindən istifadə” mövzularında (Elmi rəhbər: müəllim Günel Baxşiyeva) məruzələrlə çıxış ediblər.

 

Virtual konfransın iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb.