Gəncə Dövlət Universitetinin də tərəfdaş olduğu Avropa Komissiyasının Erasmus+ proqramının PETRA layihəsi çərçivəsində layihənin davamlılığı ilə bağlı razılığa gəlmək üçün onlayn görüş keçirilib.

 

Universitetdən bildirilib ki, Azərbaycanın yeddi ali məktəbinin nümayəndələri cari hadisələr, təhsil müəssisələrinin problemləri və PETRA layihəsinin uğurlarından danışıblar. Yerli komanda layihə başa çatdıqdan sonra əməkdaşlıq üçün imzaladıqları tərəfdaşlıq və şəbəkə sazişini müzakirə edib və hər universitetdə təşkil olunan tədbirlərdə, seminarlarda iştirak etmək barədə razılıq əldə olunub. Şəbəkədəki digər tərəfdaşların da iştirakını təmin etmək üçün bütün tədris və öyrənmə tədbirlərinin canlı yayımlanması qərara alınıb.

 

Layihə çərçivəsində iştirak etmək üçün razılaşdırılmış PETRA Şəbəkəsinin növbəti tədbiri 2020-ci il mayın 1-də Xəzər Universiteti tərəfindən təşkil ediləcək, bu,  onlayn tədris və öyrənmə problemlərinə dair distant konfrans olacaq.

 

Qeyd edək ki. Avropa Komissiyasının Erasmus+ proqramının PETRA layihəsinin əsas məqsədi Azərbaycan universitetlərində öyrənmə və təlimin təkmilləşdirilməsidir.