Məlum olduğu kimi, dünyanın ən nüfüzlu reytinq təşkilatlarından biri olan Times Higher Education (THE)  2020-ci il üçün “THE İmpact Ranking” reytinqini açıqlayıb və bu reytinqdə UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) dünya universitetləri arasında 619-cu (601+), Azərbaycan üzrə isə birinci yerə yüksəlib.

 

UNEC-dən bildirilib ki, universitet  ən yaxşı nəticəni 17 məqsəddən 8-cisi olan “Layiqli əmək və iqtisadi artım” hədəfi üzrə əldə edib. Bu hədəf üzrə fəaliyyətinə görə UNEC dünyanın ən yaxşı 300 (201-300) universiteti sırasına daxil olub.

 

“Keyfiyyətli təhsil” məqsədi üzrə dünyanın ən yaxşı 401-600  universiteti sırasında qərarlaşan UNEC, möhkəm infrastrukturun yaradılması, inklüziv və dayanıqlı sənayeləşmənin təşviqi və innovasiyaların inkişafına dəstəyi ölçən “Sənaye,  innovasiya və infrastruktur” məqsədi üzrə 401+,  eləcə də, “Məqsədlər üçün tərəfdaşlıq” məqsədi üzrə dünya universitetləri arasında 401-600-cü ən yaxşı universitetlər sırasındadır.