“Layiqli əmək və iqtisadi artım” hədəfi üzrə qazanılan uğur | |
Məlum olduğu kimi, dünyanın ən nüfüzlu reytinq təşkilatlarından biri olan Times Higher Education (THE) 2020-ci il üçün “THE İmpact Ranking” reytinqini açıqlayıb və bu reytinqdə UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) dünya universitetləri arasında 619-cu (601+), Azərbaycan üzrə isə birinci yerə yüksəlib.
UNEC-dən bildirilib ki, universitet ən yaxşı nəticəni 17 məqsəddən 8-cisi olan “Layiqli əmək və iqtisadi artım” hədəfi üzrə əldə edib. Bu hədəf üzrə fəaliyyətinə görə UNEC dünyanın ən yaxşı 300 (201-300) universiteti sırasına daxil olub.
“Keyfiyyətli təhsil” məqsədi üzrə dünyanın ən yaxşı 401-600 universiteti sırasında qərarlaşan UNEC, möhkəm infrastrukturun yaradılması, inklüziv və dayanıqlı sənayeləşmənin təşviqi və innovasiyaların inkişafına dəstəyi ölçən “Sənaye, innovasiya və infrastruktur” məqsədi üzrə 401+, eləcə də, “Məqsədlər üçün tərəfdaşlıq” məqsədi üzrə dünya universitetləri arasında 401-600-cü ən yaxşı universitetlər sırasındadır.
|
|
24.04.2020 | 10:12 | |
|
|
|