Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun I və II kurs magistrantları üçün təşkil olunan distant dərslər uğurla davam edir.
İnstitutdan bildirilib ki, elmi müəssisədə 3 ixtisas üzrə 5 magistr təhsil alır: onlardan üçü 1-ci kursda, ikisi 2-ci kursdadır. Mühazirələrin elektron mətnləri e-mail və ya vatsap vasitəsilə təhsil alanlara çatdırılır.
Distant dərslər institut rəhbərliyi və Təhsil şöbəsinin nəzarəti altında həyata keçirilir. Dərslərin gedişatı haqqında isə AMEA Rəyasət Heyəti Aparatının Elm və Təhsil idarəsinə mütəmadi olaraq məlumat verilir.