Universitetlərin beynəlmiləlləşməsi və bu sek­torda baş verən qlobal trendlər ali təhsil müəssisələri arasında güclü rəqabət mü­hitinin yaranmasına gətirib çıxarıb və on­ların brendlənməsini zərurətə çevirib.

 

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də bu istiqamətdə uğurlara imza atmaqdadır. Belə ki, 8 aprel 2020-ci il tarixində  UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendi kimi Xorvatiyada qeydiyyata alınıb.

 

Qeyd edək ki, UNEC brendi  2018-ci ildə ilk dəfə Türkiyədə, sonra isə Avropanın daha 4 ölkəsində - Polşa, Slovakiya, Latviya, Litvada  qeydiyyata alınıb.

 

Ali məktəbdən bildirilib ki, Xorvatiyada qeydiyyata alınma faktı ilə birlikdə  UNEC brendi artıq 6 xarici ölkədə tanınır və qısa vaxtda Avropanın daha 8 ölkəsində onun qeydiyyata alınması üçün zəruri işlər tamamlanıb.