UNEC brendi Xorvatiyada da qeydiyyata alındı | |
Universitetlərin beynəlmiləlləşməsi və bu sektorda baş verən qlobal trendlər ali təhsil müəssisələri arasında güclü rəqabət mühitinin yaranmasına gətirib çıxarıb və onların brendlənməsini zərurətə çevirib.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də bu istiqamətdə uğurlara imza atmaqdadır. Belə ki, 8 aprel 2020-ci il tarixində UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendi kimi Xorvatiyada qeydiyyata alınıb.
Qeyd edək ki, UNEC brendi 2018-ci ildə ilk dəfə Türkiyədə, sonra isə Avropanın daha 4 ölkəsində - Polşa, Slovakiya, Latviya, Litvada qeydiyyata alınıb.
Ali məktəbdən bildirilib ki, Xorvatiyada qeydiyyata alınma faktı ilə birlikdə UNEC brendi artıq 6 xarici ölkədə tanınır və qısa vaxtda Avropanın daha 8 ölkəsində onun qeydiyyata alınması üçün zəruri işlər tamamlanıb. |
|
10.04.2020 | 10:19 | |
|
|
|