AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar sərgi açılıb.

 

“Azərbaycan Xalq Cümhuriyyəti-100” mövzusunda sərgidə “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası” (I və II cild), “Azərbaycanın Paris Sülh Konfransındakı elçiləri”, “İstiqlalın əzablı yolu”, “Azərbaycan Cümhuriyyəti”, “İstiqlal yürüşü-1918”, “Azərbaycan Demokratik Respublikası 1918-1920” və digər kitablar nümayiş olunur.

 

Sərgidə ziyarətçilərə, həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik tarixindən bəhs edən və müxtəlif illərdə qəzet, jurnal və toplularda dərc edilən yazılar təqdim olunub.