Ağstafa rayon Vurğun qəsəbə tam orta məktəbində tarix müəllimi Sevinc Dadaşovanın “Gülüstan sülhü” mövzusunda 7-ci sinifdə "aşıq dərs"i olub. Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Nəcibə Vəliyevanın verdiyi məlumata görə,   dərsdə rayon təhsil şöbəsinin məsul şəxsləri və  fənn müəllimləri  iştirak ediblər.

 

Müəllim videoslayddan istifadə edərək Azərbaycanın xanlıqlar dövründə olan xəritəsini təqdim edib. Video əsasında motivasiya qurulub.

 

Azərbaycan tarixi fənnindən təşkil edilən “açıq dərs”də şagirdlər “Naxçıvan xanlığı”, “Gəncə xanlığı”, “Qarabağ xanlığı” və “İrəvan xanlığı” adlı 4 qrupa bölünüblər. Qruplar onlara verilən tapşırıqlara uyğun təqdimat edərək, sualları cavablandırıblar.

 

Sonda  şagirdlərin bilik səviyyəsi qiymətləndirilib.

                                                                                                                                                                                                       

Şakir CƏFƏROV