Cənubi Koreyanın rəsmi dairələri ölkə məktəblərində tədris ilinin aprelin 9-da başlayacağını təsdiqləyib.
"KoreaTimes"in məlumatına əsasən, ancaq distant təhsildən keçid tədricən həyata keçiriləcək. Təhsil Nazirliyindən verilən bilgiyə görə, aprelin 9-da orta məktəblərin üçüncü, eləcə də yuxarı məktəblərin üçüncü sinif şagirdləri dərsə başlayacaqlar. Aprelin 16-da yeni tədris ili orta və yuxarı məktəblərin birinci, ikinci sinif şagirdləri və ibtidai məktəblərin dördüncü, altıncı sinifləri üçün başlanacaq.
Uşaq bağçalarının yenidən işə salınması isə qeyri-müəyyən müddətə təxirə salınıb. Təhsil Nazirliyində tədrisin, tədricən onlayn və offline dərsləri birləşdirən bir sistem halında tətbiq olunacağını istisna etmirlər.
Bundan başqa, vahid dövlət imtahanının dekabrın 3-nə keçirilməsi barədə qərar qəbul edilib.
Məktəblərin açılması ilə heç də hamı razı deyil. Belə ki, Xoşməramlı Müəllimlər Hərəkatı adlı təşkilat iki gün ərzində ölkə daxilində 4 mindən artıq müəllim arasında onlayn sorğu keçirib. Nəticələr göstərib ki, respondentlərin 73% - i məktəblərin bağlanmasının uzadılmasının zəruri olduğunu bildirib.
Müəllimlərin, təxminən 21% - i məktəblərin qrafikə uyğun olaraq aprel ayının 6-da açılmasında israr edib, 6% isə bu barədə qərar qəbul edə bilməyəcəyini söyləyib.
Məktəblərin açılmasını təxirə salmaq istəyənlərin təxminən 60%-i yaz semestrinin onlayn dərslərdən başlamalı olduğunu, 18% isə onlayn və offline semestrlərin eyni zamanda hərəkətə keçməli olduğunu bildiriblər.
Oruc MUSTAFAYEV