Cənubi Koreya təhsili normal rejimə qayıdır | |
Cənubi Koreyanın rəsmi dairələri ölkə məktəblərində tədris ilinin aprelin 9-da başlayacağını təsdiqləyib.
"KoreaTimes"in məlumatına əsasən, ancaq distant təhsildən keçid tədricən həyata keçiriləcək. Təhsil Nazirliyindən verilən bilgiyə görə, aprelin 9-da orta məktəblərin üçüncü, eləcə də yuxarı məktəblərin üçüncü sinif şagirdləri dərsə başlayacaqlar. Aprelin 16-da yeni tədris ili orta və yuxarı məktəblərin birinci, ikinci sinif şagirdləri və ibtidai məktəblərin dördüncü, altıncı sinifləri üçün başlanacaq.
Uşaq bağçalarının yenidən işə salınması isə qeyri-müəyyən müddətə təxirə salınıb. Təhsil Nazirliyində tədrisin, tədricən onlayn və offline dərsləri birləşdirən bir sistem halında tətbiq olunacağını istisna etmirlər.
Müəllimlərin, təxminən 21% - i məktəblərin qrafikə uyğun olaraq aprel ayının 6-da açılmasında israr edib, 6% isə bu barədə qərar qəbul edə bilməyəcəyini söyləyib.
Məktəblərin açılmasını təxirə salmaq istəyənlərin təxminən 60%-i yaz semestrinin onlayn dərslərdən başlamalı olduğunu, 18% isə onlayn və offline semestrlərin eyni zamanda hərəkətə keçməli olduğunu bildiriblər.
Oruc MUSTAFAYEV |
|
02.04.2020 | 12:38 | |
|
|
|