Şabran rayon Günəşli kənd ümumi orta məktəbinin şagirdləri müəllim heyəti ilə birgə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

 

Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Gülər Hüseynovanın  verdiyi məlumata görə, məktəblilər ekspozisiya zalında XX əsrin əvvəllərində Quba şəhərinin görüntülərini, o zaman burada aparılan tikinti-quruculuq işlərini, əhalinin həyat tərzini əks etdirən fotolarla tanış olub, 31 Mart soyqırımı haqqında sənədli filmə baxıblar. Kompleksin əməkdaşı  Azərbaycan tarixinin bu dəhşətli səhifələri haqqında onlara ətraflı məlumat verib.

 

Məktəblilərə, həmçinin, məlumat verilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, erməni vəhşiliyinin yaddaşlardan silinməməsi üçün Quba Soyqırımı Memorial Kompleksi yaradılıb.

 

Şakir CƏFƏROV