Masallı rayon Кalinovka kənd tam оrta məktəbində rayon polis və təhsil şöbələrinin birgə təşkilatçlığı ilə “Zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.Tədbir videoçarxın nümayişi ilə başlayıb. Polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru, polis baş leytenantı Vüqar Əsgərov, təhsil şöbəsinin aparıcı məsləhətçisi Üzeyir Sadıqov və məktəbin direktoru Hamil Qəmbərov narkomaniya, dini radikalizm, erkən nikah halları, onların törətdikləri fəsadlardan bəhs ediblər, belə hallara qarşı mübarizədə nəinki hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyətin üzərinə böyük məsuliyyətin düşdüyünü  bildiriblər.

 

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 

Şakir CƏFƏROV