Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün kompleks profilaktik tədbirlər çərçivəsində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda da dezinfeksiya işləri aparılır.
İnstitutdan bildirib ki, elmi müəssisənin 2 mərtəbəli inzibati korpusu və 5 mərtəbəli laboratoriya korpusunun bütün otaqları, dəhlizlər xüsusi təmizləyici məhlullarla təmizlənir.