AMEA-nın Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında Günəş sisteminin cisimləri ilə bərabər, parlaq ulduzların  müşahidəsi və tədqiqatı da həyata keçirilir.

 

Rəsədxanada ulduzların tədqiqatı sahəsində AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları ilə birgə cari ilin yay-payız mövsümündə geniş şəkildə müşahidələrin aparılması nəzərdə tutulub.

 

Hazırda tədqiq edilməsi planlaşdırılan parlaq ulduzlar seçilib və onların müşahidə olunması üçün  nəzəri və metodik üsullar işlənib hazırlanır.

 

Müşahidələrin aparılmasında və tədqiqat işlərinin yerinə yetirilməsində Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları ilə yanaşı, Rusiya Federasiyasının Şimali Qafqazda yerləşən TERSKOL Rəsədxanasının nümayəndələrinin də iştirakı nəzərdə tutulub.