Məktəb tədbirində ulu öndərin xidmətlərindən, AXC-nin yaranmasının tarixi önəmindən danışılıb


Mayın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı paytaxtdakı 248 nömrəli tam orta məktəbdə olub. M.Babanlı əvvəlcə şagirdlər tərəfindən hazırlanan riyaziyyat, fizika və biologiya guşələri ilə tanış olub və məktəblilərin dəqiq elmlərə olan marağını və stendləri yüksək qiymətləndirib. Sonra professor M.Babanlı ümummilli lider Heydər Əliyevin 95 illliyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.

 

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Binəqədi Rayon İcra Hakimiyyətinin nümyəndələri, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının sədri, orta məktəb direktorları, müəllim və şagirdlərin iştirak etdiyi tədbirdə yuxarı sinif şagirdləri neft və neft sənayesinin inkişafı, həmçinin ulu öndər Heydər Əliyevin neft sənayesinin inkişafına verdiyi töhfələr haqqında məruzələr ediblər. Məruzələrin şagirdlərin ifasında səslənən mahnı və şerlərlə əvəzləndiyi tədbir zalda toplaşan müəlim, şagird və qonaqlar tərəfindən çox bəyənilib.

 

Şagirdlərin çıxışlarını və orta məktəbdə iki böyük tarixi hadisəyə həsr olunan tədbirin keçirilməsini yüksək qiymətləndirdiyini deyən rektor, professor M.Babanlı Azərbaycanın neft tarixindən, neft sənayesinin inkişafı barədə danışıb. Rektor həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, Azərbaycan dövlətinin qurulmasında, möhkəmlənməsində və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolundan söz açıb.

 

Məktəbin direktor əvəzi Xəyyam Fərəcov və qonaqlar çıxışlarında ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixindəki misilsiz xidmətlərindən, Azərbaycan Xalq Cümhuiyyətiin yaranmasının tarixi önəmindən danışıb, Ümummilli liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və müstəqil Azərbaycan xalqının qurucusu Heydər Əliyevin daim qəlblərdə yaşayacağını vurğulayıblar.

 

Tədbirin sonunda orta məktəbə xatirə hədiyyəsi təqdim edilib.