Koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə Mingəçevir Dövlət Universitetində hərtərəfli tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb.

 

Mingəçevir şəhər Dezinfeksiya İdarəsinin mütəxəssisləri tərəfindən həyata keçirilən dezinfeksiya tədbiri universitetin hər üç tədris binası, dərs auditoriyaları, inzibati kabinetlər, kitabxanalar, konfrans zalları, yeməkxana, İdman Sağlamlıq Kompleksi, İnformasiya Texnologiyaları Mərkəzi və digər köməkçi qurğuları əhatə edib.

 

Universitet tələbələrinin, professor-müəllim və inzibati heyət üzvlərinin tədris binalarına girişi dayandırılıb.

 

Qeyd edək ki, koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə martın 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb. Qərara əsasən təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi nəzərdə tutulub.