Bərdə Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan “Xocalı fəryadı” mövzusunda rəsm və inşa-yazı müsabiqəsi keçirilib.
Rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə keçirilən müsabiqə şəhər 3 nömrəli tam orta məktəbdə təşkil edilib.
Müsabiqələrdə 168 nəfər şagird iştirak edib.
Qaliblərə RTŞ-nin müvafiq dərəcəli diplomları təqdim olunub.
Zövqiyyə ƏSƏDOVA,
Bərdə Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi