Bakıda məktəblilər arasında riyaziyyat üzrə beynəlxalq olimpiada keçirilib.

 

250 şagirdin qatıldığı bu olimpiadada İngiltərə, Rusiya, İsveçrə, Özbəkistan, Qazaxıstan, Ukrayna və digər ölkələrdən gəlmiş məktəblilər də iştirak ediblər.

 

Olimpiadada  öz  yaş  qrupunda iştirak edən məktəblilər arasında Bakıdakı 23 nömrəli tam  orta məktəbin II sinif şagirdi Ruslan Məmmədov I yerə layiq görülərək diplom və kubokla təltif olunub.

 

Qeyd edək ki, Ruslan Məmmədov 1 ildən çoxdur ki, “İndiqo” Zehni Riyaziyyat Klubunda keçirilən məşqlərdə iştirak edir.

 

Şakir CƏFƏROV