Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il
tarixli 295 nömrəli sərəncamı ilə təsdiq edilmiş
"2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali
təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın
Tədbirlər Planının 2.46-cı bəndinə uyğun olaraq,
Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında
Əsasnamənin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. "Ali təhsil müəssisəsində təhsilalanların elmi
tədqiqat işinin təşkili haqqında Əsasnamə" təsdiq
edilsin (əlavə olunur).
2. "Tələbə Elmi Cəmiyyəti haqqında Nümunəvi Əsasnamə"
təsdiq edilsin (əlavə olunur).
3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələri ilə
birlikdə "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını
və Nazirliyin İnternet saytında yerləşdirilməsini təmin
etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova
həvalə edilsin.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
27
iyun
2014-cü
il
Əlavə:
Ali təhsil müəssisəsində
təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında
Əsasnamə
Tələbə Elmi Cəmiyyəti haqqında Nümunəvi
Əsasnamə
|