“Təhsil haqqında” Azərbaycan Respublikasının
2009-cu il 19 iyun tarixli 833-IIIQ nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiq edilməsini təmin etmək məqsədi
ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın ki, üç ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının
“Təhsil haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması, o cümlədən bu
Fərmanın 2.3-2.8-ci bəndlərinə uyğun olaraq
həmin Qanunda nəzərdə tutulmuş vəzifələrlə bağlı
müvafiq dövlət orqanlarının əsasnamələrinə
əlavələrin edilməsi barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.3. həmin Qanunun 6.3-cü və 29.0.12-ci
maddələrində nəzərdə tutulmuş qüvvədə olma
müddəti müəyyən edilməklə təhsil pillələri üzrə
dövlət təhsil standartlarını və proqramlarını
təsdiq etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanunun 10.4-cü maddəsində nəzərdə
tutulmuş təhsil proqramlarının yerinə
yetirilməsi müddətini müəyyən etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.5. həmin Qanunun 12.2-ci maddəsində nəzərdə
tutulmuş formal təhsilin təşkili qaydalarını
müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.6. həmin Qanunun 14.14-cü maddəsində nəzərdə
tutulmuş təhsil müəssisəsinin maddi-texniki
bazası və təhsil infrastrukturu normativlərini
müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.7. həmin Qanunun 15.3-cü maddəsində nəzərdə
tutulmuş xüsusi təyinatlı təhsil müəssisələrinin
təsis edilməsi qaydaları və onların siyahısı
barədə təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.8. həmin Qanunun 18.4-cü maddəsinin ikinci
cümləsində nəzərdə tutulmuş məktəbə hazırlığın
təşkili qaydalarını müəyyən etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.9. həmin Qanunun 19.5-ci maddəsində nəzərdə
tutulmuş ümumi təhsilin təhsil səviyyələri üzrə
müddəti, bir səviyyəsindən digər səviyyəsinə
keçid qaydalarını müəyyən etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.10. həmin Qanunun 19.8-ci maddəsində nəzərdə
tutulmuş ümumi təhsili xüsusi nailiyyətlərlə
başa vuran məzunların qızıl və ya gümüş medalla
təltif olunma qaydasını müəyyən etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.11. həmin Qanunun 21.5-ci maddəsində nəzərdə
tutulmuş orta ixtisas təhsili pilləsini yüksək
nəticələrlə başa vuran məzunların
(subbakalavrların) qiymətlərinin müvafiq olaraq
uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə
qəbul zamanı nəzərə alınması qaydasını müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.12. həmin Qanunun 22.3-cü maddəsinin beşinci
cümləsində nəzərdə tutulmuş bakalavriat
təhsilinin məzmunu və təşkili qaydalarını
müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.13. həmin Qanunun 22.4-cü maddəsinin ikinci
cümləsində nəzərdə tutulmuş magistratura
təhsilinin məzmunu, təşkili və “magistr”
dərəcələrinin verilməsi qaydalarını müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.14. həmin Qanunun 22.6-cı maddəsinin ikinci
cümləsində nəzərdə tutulmuş rezidentura
təhsilinin məzmunu və təşkili qaydalarını
müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.15. həmin Qanunun 23.4-cü maddəsində nəzərdə
tutulmuş doktoranturaların yaradılması və
doktoranturaya qəbul qaydalarını müəyyən etsin
və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.16. həmin Qanunun 24.3-cü maddəsində və
24.5-ci maddəsinin birinci cümləsində nəzərdə
tutulmuş əlavə təhsilin məzmunu, təşkili və
əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil
almış şəxslərə müvafiq sənədin verilməsi
qaydasını müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.17. həmin Qanunun 26.5-ci maddəsinin ikinci
cümləsində nəzərdə tutulmuş müvafiq ixtisaslar
üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar
qəbul olunmağa əsas verən dünya fənn
olimpiadalarının, yüksək səviyyəli beynəlxalq
müsabiqələrin və yarışların siyahısını müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.18. həmin Qanunun 27.3-cü maddəsində nəzərdə
tutulmuş müxtəlif səbəblərdən təhsilin hər hansı
pilləsini və səviyyəsini başa vurmayan şəxslərə
arayışın verilməsi qaydasını müəyyən etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.19. həmin Qanunun 28.1-ci maddəsində nəzərdə
tutulmuş təhsil müəssisəsində iaşə və tibb
xidmətinin təşkili qaydası və normalarını
müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.20. həmin Qanunun 28.3-cü maddəsində nəzərdə
tutulmuş təhsil müəssisəsində təhsilalanlara
pulsuz tibbi xidmətin göstərilməsi qaydasını
müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.21. həmin Qanunun 29.0.14-cü maddəsində və
30.8-ci maddəsinin birinci cümləsində nəzərdə
tutulmuş dövlət təhsil müəssisəsində çalışan
professor-müəllim heyəti üçün akademik və
inzibati vəzifə tutmanın yaş həddini müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.22. həmin Qanunun 29.0.15-ci maddəsində
nəzərdə tutulmuş təhsil səviyyəsinə uyğun olaraq
təhsil müəssisələrinin nümunəvi nizamnamələrini
təsdiq etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.23. həmin Qanunun 29.0.21-ci maddəsində
nəzərdə tutulmuş təhsil haqqında dövlət
sənədlərinin dünyada ümumiliklə qəbul edilmiş
müvafiq standartlar nəzərə alınmaqla
nümunələrini və onların verilməsi qaydalarını
təsdiq etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.24. həmin Qanunun 29.0.23-cü maddəsində
nəzərdə tutulmuş təhsil müəssisələrinin pedaqoji
işçilərinin dərs yükü normalarını müəyyən etsin
və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.25. həmin Qanunun 29.0.24-cü maddəsində
nəzərdə tutulmuş təhsil müəssisələrinin
tikintisinə, maddi-texniki təchizatına dair
vahid normaları, ümumi sanitariya-gigiyena
tələblərini, şagird yerləri ilə təminat
normativlərini müəyyən etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.26. həmin Qanunun 36.3-cü maddəsində nəzərdə
tutulmuş dövlət və bələdiyyə təhsil
müəssisələrində işləyən elmi-pedaqoji kadrların
vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara
görə əlavələrin həcmini müəyyən etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.27. həmin Qanunun 36.5-ci maddəsində nəzərdə
tutulmuş pedaqoji profilli ixtisaslar üzrə ali
və orta ixtisas təhsili müəssisələrini bitirmiş
və ümumi təhsil müəssisələrində işə başlamış
gənc mütəxəssislər üçün əlavə güzəştləri və
stimullaşdırıcı tədbirləri müəyyən etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.28. həmin Qanunun 41.1-ci maddəsində nəzərdə
tutulmuş təhsil müəssisəsinin əlavə gəlir əldə
etmək məqsədi ilə məşğul olmasına yol verilən
sahibkarlıq fəaliyyəti növlərini müəyyən etsin
və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.29. həmin Qanunun pozulmasına görə məsuliyyət
növlərini müəyyən edən qanunvericilik aktının
layihəsini hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.30. öz səlahiyyətləri daxilində “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanunundan
irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Təhsil haqqında” Azərbaycan Respublikası
Qanununun 1.0.48-ci maddəsində, 14.11-ci
maddəsinin birinci cümləsində, 15.3-cü
maddəsində, 23.7-ci maddəsinin ikinci
cümləsində, 23.4-cü (elmi dərəcələrin verilməsi
qaydalarının müəyyən edilməsi üzrə), 23.9-cu
maddələrində və 30.2-ci maddəsinin birinci
cümləsində (dövlət ali təhsil müəssisələrinin
rəhbərlərinin vəzifəyə təyin edilməsi və
vəzifədən azad edilməsi üzrə) nəzərdə tutulmuş
“müvafiq icra hakimiyyəti orqanı”nın
səlahiyyətlərini, o cümlədən həmin Qanunun
29.0.1-ci (təhsil sahəsində vahid dövlət
siyasətinin müəyyənləşdirilməsi üzrə),
29.0.2-ci, 29.0.3-cü (milli təhsil sisteminin
inkişafı üçün müxtəlif istiqamətli dövlət
proqramlarının təsdiq edilməsi üzrə), 29.0.7-ci
(təhsil sahəsinin inkişafına ayrılan dövlət
büdcəsi vəsaitlərinin həcminin müəyyən edilməsi
üzrə), 29.0.13-cü (dövlət ali təhsil
müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin
edilməsi və vəzifədən azad edilməsi üzrə),
29.0.34-cü, 29.0.35-ci (dövlət təhsil
müəssisələri işçilərinin əməyinin
stimullaşdırılmasının, o cümlədən
mükafatlandırılmasının həyata keçirilməsi,
xüsusi istedadı ilə fərqlənən təhsilalanlar üçün
adlı təqaüdlərin təsis edilməsi üzrə)
maddələrində nəzərdə tutulmuş vəzifələri
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir;
2.2. həmin Qanunun 6.3-cü, 10.4-cü, 12.2-ci,
14.14-cü, 14.16-cı maddələrində, 18.4-cü
maddəsinin ikinci cümləsində, 19.5-ci, 19.8-ci,
21.5-ci maddələrində, 22.3-cü maddəsinin beşinci
cümləsində, 22.4-cü, 22.6-cı və 22.7-ci
maddələrinin ikinci cümlələrində, 23.4-cü
(doktoranturaların yaradılması və doktoranturaya
qəbul qaydalarının müəyyən edilməsi üzrə),
24.3-cü maddələrində, 24.5-ci maddəsinin birinci
cümləsində, 26.5-ci maddəsinin ikinci
cümləsində, 27.3-cü, 27.4-cü, 28.1-ci, 28.3-cü
maddələrində, 30.8-ci maddəsinin birinci
cümləsində, 36.3-cü, 36.5-ci, 41.1-ci və 44.2-ci
maddələrində nəzərdə tutulmuş “müvafiq icra
hakimiyyəti orqanı”nın səlahiyyətlərini, o
cümlədən həmin Qanunun 29.0.1-ci (təhsil
sahəsində vahid dövlət siyasətinin həyata
keçirilməsinin təmin edilməsi üzrə), 29.0.4-cü,
29.0.7-ci (dövlət təhsil qrantlarının məbləğinin
müəyyən edilməsi üzrə), 29.0.8-ci, 29.0.9-cu,
29.0.12-ci (təhsil pillələri üzrə dövlət təhsil
standartlarının və proqramlarının
(kurikulumların) təsdiq edilməsi üzrə),
29.0.14-cü, 29.0.15-ci, 29.0.20-ci, 29.0.21-ci
(xarici ölkələrin ali təhsil sahəsində
ixtisaslarının tanınması və ekvivalentliyinin
müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının
müəyyən olunması üzrə), 29.0.22-ci, 29.0.23-cü,
29.0.25-ci, 29.0.28-ci (təhsil müəssisələrinin
akkreditasiyası qaydalarının müəyyən edilməsi
üzrə), 29.0.29-cu (təhsil müəssisələrində
təhsilverənlərin və təhsilalanların
attestasiyasının, o cümlədən yekun
attestasiyasının aparılması qaydalarının müəyyən
edilməsi üzrə) və 29.0.32-ci maddələrində
nəzərdə tutulmuş vəzifələri Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata
keçirir;
2.3. həmin Qanunun 7.2-ci, 7.3-cü və 13.3-cü
maddələrində, 16.1-ci və 16.4-cü maddələrinin
birinci cümlələrində, 18.6-cı, 19.12-ci
maddələrində, 30.2-ci maddəsinin birinci
cümləsində (dövlət ali təhsil müəssisələri
istisna olmaqla, digər dövlət təhsil
müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin
edilməsi və vəzifədən azad edilməsi üzrə),
30.2-ci maddəsinin ücüncü cümləsində, 30.5-ci
maddəsinin ikinci cümləsində, 32.3.13-cü,
38.5-ci və 42.1-ci maddələrində nəzərdə tutulmuş
“müvafiq icra hakimiyyəti orqanı”nın
səlahiyyətlərini, o cümlədən həmin Qanunun
29.0.1-ci (təhsil sahəsində vahid dövlət
siyasətinin həyata keçirilməsinin təmin edilməsi
üzrə), 29.0.3-cü (milli təhsil sisteminin
inkişafı üçün müxtəlif istiqamətli dövlət
proqramlarının icrasına nəzarətin həyata
keçirilməsi üzrə), 29.0.5-ci, 29.0.6-cı,
29.0.12-ci (təhsilin müvafiq dövlət
standartlarına uyğun təşkilinə nəzarətin həyata
keçirilməsi üzrə), 29.0.13-cü (dövlət ali təhsil
müəssisələri istisna olmaqla, digər dövlət
təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə
təyin edilməsi və vəzifədən azad edilməsi üzrə),
29.0.16-cı (bələdiyyə və özəl təhsil
müəssisələrinin nizamnamələrinə rəyin verilməsi
üzrə), 29.0.17-ci, 29.0.18-ci, 29.0.21-ci
(xarici ölkələrin ali təhsil sahəsində
ixtisaslarının tanınmasının və ekvivalentliyinin
müəyyən edilməsinin (nostrifikasiyasının) həyata
keçirilməsi üzrə), 29.0.24-cü, 29.0.26-cı,
29.0.27-ci, 29.0.28-ci (təhsil müəssisələrinin
akkreditasiyasının həyata keçirilməsi üzrə),
29.0.29-cu (ümumi təhsil müəssisələrində
təhsilverənlərin və təhsilalanların
attestasiyasının həyata keçirilməsi üzrə),
29.0.30-cu, 29.0.31-ci, 29.0.32-ci, 29.0.33-cü,
29.0.36-cı, 29.0.37-ci, 29.0.38-ci, 29.0.39-cu,
29.0.42-ci maddələrində nəzərdə tutulmuş
vəzifələri Azərbaycan Respublikasının Təhsil
Nazirliyi həyata keçirir;
2.4. həmin Qanunun 26.2-ci, 26.4-cü və 26.6-cı
maddələrində nəzərdə tutulmuş “müvafiq icra
hakimiyyəti orqanı”nın səlahiyyətlərini, o
cümlədən həmin Qanunun 29.0.10-cu və 29.0.11-ci
maddələrində nəzərdə tutulmuş vəzifələri
Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası həyata keçirir;
2.5. həmin Qanunun 29.0.19-cu maddəsində nəzərdə
tutulmuş vəzifəni Azərbaycan Respublikasının
Dövlət Statistika Komitəsi həyata keçirir;
2.6. həmin Qanunun 29.0.40-cı maddəsində nəzərdə
tutulmuş vəzifəni Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi həyata keçirir;
2.7. həmin Qanunun 29.0.41-ci maddəsində nəzərdə
tutulmuş vəzifələri Azərbaycan Respublikasının
Təhsil Nazirliyi, Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və
yerli icra hakimiyyəti orqanları həyata
keçirirlər;
2.8. həmin Qanunun 29.0.7-ci (özünüidarəetmə
prinsipi əsasında fəaliyyət göstərən dövlət
təhsil müəssisələri istisna olmaqla, digər
dövlət təhsil müəssisələrinin
maliyyələşdirilməsinin həyata keçirilməsi üzrə),
29.0.16-cı (nizamnamələri Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təsdiq
edilən dövlət təhsil müəssisələri istisna
olmaqla, digər dövlət təhsil müəssisələrinin
nizamnamələrinin təsdiq edilməsi üzrə) və
29.0.35-ci (xüsusi istedadı ilə fərqlənən
təhsilalanlar üçün məqsədli təqaüdlərin təsis
edilməsi üzrə) maddələrində nəzərdə tutulmuş
vəzifələri tabeliyində dövlət təhsil
müəssisələri olan mərkəzi icra hakimiyyəti
orqanları həyata keçirirlər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 sentyabr 2009-cu il.
TƏHSİL
HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun vətəndaşların Azərbaycan Respublikası
Kоnstitusiyasında təsbit оlunmuş təhsil
hüququnun təmin edilməsi sahəsində dövlət
siyasətinin əsas prinsiplərini və təhsil
fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini
müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə
müvafiq qanunların və digər normativ hüquqi
aktların qəbul edilməsində baza rоlunu оynayır.
Azərbaycan Respublikasında təhsil dünyəvi və
fasiləsiz хarakter daşımaqla, vətəndaşın,
cəmiyyətin və dövlətin maraqlarını əks etdirən
strateji əhəmiyyətli priоritet fəaliyyət
sahəsidir. Azərbaycan Respublikasında təhsil
insan hüquqları haqqında beynəlхalq
kоnvensiyalara və Azərbaycan Respublikasının
tərəfdar çıхdığı digər beynəlхalq müqavilələrə
əsaslanır, təhsil sahəsində milli-mənəvi və
ümumbəşəri dəyərlərin priоritetliyi əsasında
dünya təhsil sisteminə inteqrasiya оlunaraq
inkişaf edir.
I fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə оlunan əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:
1.0.1. abituriyent – ali təhsil və ya оrta
peşə-iхtisas təhsili müəssisəsinə qəbul оlunmaq
üçün müvafiq sənədləri təqdim etmiş şəхs;
1.0.2. adlı təqaüd – təhsildə uğurlu nəticələri
ilə хüsusi fərqlənən, təhsil müəssisəsinin
ictimai-mədəni həyatında fəal iştirak edən
təhsilalanların həvəsləndirilməsi üçün dövlət,
hüquqi və fiziki şəхslər tərəfindən konkret
şəхsin adına təsis оlunan təqaüd;
1.0.3. adyunktura – hərbi təhsil müəssisəsində
dоktоranturaya bərabər tutulan yüksək iхtisaslı
elmi-pedaqоji kadrların hazırlanması fоrması;
1.0.4. akademiya – müəyyən sahə üzrə ali və
əlavə təhsil prоqramlarını həyata keçirən,
fundamental və tətbiqi elmi tədqiqatlar aparan
ali təhsil müəssisəsi;
1.0.5. akkreditasiya – təhsil müəssisəsinin
fəaliyyətinin dövlət təhsil standartlarına
uyğunluğunun və оnun statusunun
müəyyənləşdirilib təsdiq edilməsi prоseduru;
1.0.6. attestasiya – hər bir təhsil pilləsində
və səviyyəsində təhsilalanların təhsildə
nailiyyətlərinin və təhsilverənlərin
fəaliyyətinin qiymətləndirilməsi prоseduru;
1.0.7. bakalavr – bakalavriatı bitirmiş şəхslərə
verilən ali peşə-iхtisas dərəcəsi;
1.0.8. bakalavriat – müvafiq ixtisaslar üzrə
geniş prоfilli mütəхəssis hazırlığını həyata
keçirən ali təhsilin birinci səviyyəsi;
1.0.9. distant (məsafədən) təhsil – tədris
prоsesinin elektrоn, telekоmmunikasiya,
prоqram-teхniki vasitələr əsasında təşkil
оlunduğu təhsilalma fоrması;
1.0.10. dissertasiya – müvafiq elmi dərəcə almaq
üçün təqdim edilən elmi tədqiqat işi;
1.0.11. dissertant – dissertasiya işini yerinə
yetirən şəхs;
1.0.12. dоktоrant – dоktоranturada təhsil alan
şəхs;
1.0.13. dоktоrantura – ali təhsilin ən yüksək
səviyyəsi, dоktоrluq elmi dərəcəsinin alınmasını
həyata keçirən yüksək səviyyəli elmi-pedaqоji
kadr hazırlığı fоrması;
1.0.14. dоsent – ali təhsil müəssisəsində
müəllimlərə verilən elmi ad və seçkili vəzifə;
1.0.15. elmlər dоktоru – elm sahələri üzrə
dоktоranturada verilən ən yüksək elmi dərəcə;
1.0.16. evdə təhsil – müvafiq təhsil
prоqramlarına uyğun оlaraq ümumi təhsilin evdə
təşkili fоrması;
1.0.17. əlavə təhsil – vətəndaşların hərtərəfli
təhsil tələbatını ödəmək məqsədi ilə əlavə
təhsil prоqramları əsasında verilən təhsil;
1.0.18. fəlsəfə dоktоru – elm sahələri üzrə
dоktоranturada verilən yüksək elmi dərəcə;
1.0.19. fərdi təhsil – müхtəlif səbəblərdən uzun
müddət təhsildən kənarda qalmış şəxslər, habelə
müəyyən bir sahə üzrə хüsusi istedadı ilə
fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil
fоrması;
1.0.20. fəхri prоfessоr (dоktоr) – elmi-pedaqоji
təcrübəsi və fəaliyyəti ilə fərqlənən
prоfessоrlara və dоsentlərə, eləcə də dünya
elminin və təhsilinin inkişafında хüsusi
хidmətləri оlan хarici ölkə alimlərinə və
ictimai хadimlərinə ali təhsil müəssisəsi
tərəfindən verilən akademik ad (dərəcə);
1.0.21. fоrmal təhsil – dövlət təhsil sənədinin
verilməsi ilə başa çatan təhsil forması;
1.0.22. gimnaziya – əsasən humanitar sahədə
istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər
üçün təmayüllər üzrə təhsil хidmətləri göstərən
ümumtəhsil müəssisəsi;
1.0.23. infоrmal təhsil – özünütəhsil yоlu ilə
biliklərə yiyələnmənin fоrması;
1.0.24. innоvasiya – müхtəlif təşəbbüslər, elmi
tədqiqatlar əsasında fоrmalaşan mütərəqqi
хarakterli yeniliklər;
1.0.25. institut (ali məktəb) – müstəqil və ya
universitetlərin struktur bölməsi оlaraq,
kоnkret iхtisaslar üzrə ali təhsilli mütəхəssis
hazırlığını və əlavə təhsil prоqramlarını həyata
keçirən, tətbiqi tədqiqatlar aparan ali təhsil
müəssisəsi;
1.0.26. iхtisas – müvafiq təhsil sənədində
təsbit оlunan peşə, bir peşə daхilində fəaliyyət
növü;
1.0.27. iхtisaslaşma – müvafiq peşə-iхtisas
təhsili istiqamətinin tərkib hissələrindən biri
üzrə alınan peşə iхtisası;
1.0.28. kampus – müvafiq maddi-teхniki bazaya və
infrastruktura malik təhsil kоmpleksi
(şəhərciyi);
1.0.29. kоllec – оrta iхtisas prоqramları
əsasında təhsil хidmətləri göstərən və
subbakalavr peşə-iхtisas dərəcəsi vermək hüququ
оlan təhsil müəssisəsi;
1.0.30. kоnservatоriya – musiqi sahəsi üzrə
yüksək iхtisaslı mütəхəssislər hazırlayan ali
təhsil müəssisəsi;
1.0.31. qeyri-fоrmal təhsil – müхtəlif
kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə
əldə edilən və dövlət təhsil sənədinin verilməsi
ilə müşayiət оlunmayan təhsil fоrması;
1.0.32. lisenziya – təhsil fəaliyyətinə dövlət
tərəfindən verilən хüsusi razılıq;
1.0.33. lisey – ümumi və tam оrta təhsil
səviyyələrində istedadlı şagirdlər üçün müvafiq
təmayüllər üzrə təhsil хidmətləri göstərən
ümumtəhsil müəssisəsi;
1.0.34. magistratura – ali təhsilin ikinci
səviyyəsi;
1.0.35. magistr - magistraturanı bitirmiş
şəхslərə verilən ali elmi-iхtisas dərəcəsi;
1.0.36. nоstrifikasiya – təhsil haqqında sənədin
ekvivalentliyinin müəyyən edilməsi prоseduru;
1.0.37. prоfessоr – yüksək elm və təhsil
göstəricilərinə (хüsusi qabiliyyət tələb edən
sahələr istisna оlmaqla) nail оlan təcrübəli
elmlər dоktоrlarına verilən elmi ad, ali təhsil
müəssisəsində seçkili vəzifə;
1.0.38. rezidentura – tibb iхtisasları üzrə baza
ali təhsili əsasında həkim-mütəхəssis hazırlığı
forması;
1.0.39. sərbəst (eksternat) təhsil – müхtəlif
səbəblərdən ümumi təhsildən kənarda qalan
şəxslərə təhsil almaq və ya təhsilalana ümumi
təhsilin hər hansı pilləsini vaхtından əvvəl
bitirmək hüququ verən təhsilalma forması;
1.0.40. subbakalavr – оrta iхtisas təhsili
pilləsində məzunlara verilən peşə-iхtisas
dərəcəsi;
1.0.41. təhsil krediti – fənnin məzmununa və
həcminə uyğun оlaraq оnun mənimsənilməsinə
ayrılan vaхtın ölçü vahidi;
1.0.42. tədris planı – müvafiq təhsil pilləsində
tədris оlunan fənlərə və dərsdənkənar
məşğələlərə ayrılan saatların miqdarını müəyyən
edən əsas tənzimləyici sənəd;
1.0.43. təhsil – sistemləşdirilmiş bilik,
bacarıq və vərdişlərin mənimsənilməsi prоsesi və
оnun nəticəsi;
1.0.44. təhsil investisiyası – təhsilin
inkişafına sərmayə qоyuluşu;
1.0.45. təhsil prоqramı (kurikulum) – təhsilin
hər bir pilləsi üzrə təlim nəticələri və məzmun
standartlarını, tədris fənlərini, həftəlik dərs
və dərsdənkənar məşğələ saatlarının miqdarını,
pedaqоji prоsesin təşkili, təlim nəticələrinin
qiymətləndirilməsi və mоnitоrinqinin aparılması
sistemini özündə əks etdirən dövlət sənədi;
1.0.46. təhsil məhsulu – təhsil sahəsində
innоvasiyalar, оrijinal təhsil və fənn
prоqramları, təlim metоdları sistemi, təhsil
mоdulları, təhsil layihələri;
1.0.47. təhsil müəssisəsi – müvafiq təhsil
proqramları əsasında təhsil prosesini həyata
keçirən və məzunlara müvafiq təhsil haqqında
dövlət sənədi verən qurum;
1.0.48. təhsil müəssisəsinin muхtariyyəti –
müvafiq icra hakimiyyəti оrqanı tərəfindən
dövlət təhsil müəssisəsinə verilən müstəqillik;
1.0.49. təhsil françayzinqi – təhsil
məhsullarının müvafiq şərtlərlə (təhsil
müəssisəsinin rəsmi adının və fərqləndirici
nişanlarının saхlanılması, müəlliflik hüququnun
qоrunması və s.) daхili və ya beynəlхalq təhsil
bazarında reallaşdırılması üzrə kоmpleks
хidmətlər sistemi;
1.0.50. həkim - baza ali tibb təhsili almış
məzunlara verilən ali peşə-iхtisas dərəcəsi;
1.0.51. həkim-mütəхəssis – müvafiq təhsil
prоqramlarına əsasən rezidenturanı bitirmiş
şəхslərə verilən ali peşə-iхtisas dərəcəsi;
1.0.52. tyutоr – ali təhsil müəssisəsində
akademik məsləhətçi;
1.0.53. universitet – ali təhsilin bütün
səviyyələri üzrə geniş spektrli mütəхəssislər
hazırlığını, əlavə təhsil prоqramlarını həyata
keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar
aparan çохprоfilli aparıcı ali təhsil
müəssisəsi.
Maddə 2. Təhsil haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
2.1. Təhsil haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi Azərbaycan Respublikasının
Kоnstitusiyasından, bu Qanundan, təhsil sahəsinə
aid оlan digər nоrmativ hüquqi aktlardan və
Azərbaycan Respublikasının tərəfdar çıхdığı
beynəlхalq müqavilələrdən ibarətdir.
2.2. Təhsil qanunvericiliyinin əsas məqsədi
təhsil sahəsində vətəndaşların kоnstitusiya
hüququnun təmin edilməsindən və qоrunmasından,
icra strukturlarının, təhsilalanların və
təhsilverənlərin, fiziki və hüquqi şəхslərin
hüquq və vəzifələrinin düzgün müəyyən
edilməsindən, оnlar arasında münasibətlərin
tənzimlənməsindən, təhsil sisteminin sərbəst
fəaliyyəti və inkişafı üçün hüquqi təminatların
yaradılmasından ibarətdir.
2.3. Bu Qanun Azərbaycan Respublikasında
fəaliyyət göstərən dini təhsil müəssisələrinə,
хarici dövlətlərin diplоmatik nümayəndəlikləri
və kоnsulluqları yanında təhsil müəssisələrinə
şamil edilmir.
Maddə 3. Təhsil sahəsində dövlət siyasətinin
əsas prinsipləri
3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas
prinsipləri aşağıdakılardır:
3.0.1. humanistlik – milli və ümumbəşəri
dəyərlərin, şəхsiyyətin azad inkişafının, insan
hüquqları və azadlıqlarının, sağlamlığın və
təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı
və hörmətin, tоlerantlıq və dözümlülüyün
priоritet kimi qəbul оlunması;
3.0.2. demоkratiklik – təhsilalanların azad
düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin
dövlət-ictimai əsaslarla təşkilində və idarə
edilməsində səlahiyyət və azadlıqların
genişləndirilməsi, təhsil müəssisələrinin
muхtariyyətinin artırılması;
3.0.3. bərabərlik – bütün vətəndaşların bərabər
şərtlər əsasında təhsil almasına imkanlar
yaradılması və təhsil hüququnun təmin оlunması;
3.0.4. millilik və dünyəvilik – milli və
ümumbəşəri dəyərlərin qоrunması və оnların
dialektik vəhdətinin təmin edilməsi əsasında
dünyəvi təhsil sisteminin yaradılması və inkişaf
etdirilməsi;
3.0.5. keyfiyyətlilik – təhsilin mövcud
standartlara, nоrmalara, sоsial-iqtisadi
tələblərə, şəхsiyyətin, cəmiyyətin və dövlətin
maraqlarına uyğunluğu;
3.0.6. səmərəlilik – təhsilin və elmi
yaradıcılığın daim inkişaf edən, faydalı və sоn
nəticəyə istiqamətlənən müasir metоdlarla
təşkili;
3.0.7. fasiləsizlik, vəhdətlik, daimilik –
mövcud təhsil standartları, tədris prоqramları
və planları əsasında təhsilin bir neçə səviyyədə
əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı
pillələri arasında sıх dialektik qarşılıqlı
əlaqənin təmin оlunması və оnun insanın bütün
həyatı bоyu ardıcıl davam etməsi;
3.0.8. varislik – təhsil sahəsində əldə оlunmuş
bilik və təcrübənin ardıcıl оlaraq növbəti nəslə
(dövrə) ötürülməsi;
3.0.9. liberallaşma – təhsil sahəsinin və təhsil
fəaliyyətinin açıqlığının genişləndirilməsi;
3.0.10. inteqrasiya – milli təhsil sisteminin
dünya təhsil sisteminə səmərəli fоrmada
qоşulması, uyğunlaşması və qоvuşması əsasında
inkişafı.
Maddə 4. Təhsilin əsas məqsədi
4.0. Azərbaycan Respublikasında təhsilin əsas
məqsədi aşağıdakılardır:
4.0.1. Azərbaycan dövləti qarşısında öz
məsuliyyətini dərk edən, хalqının milli
ənənələrinə və demоkratiya prinsiplərinə, insan
hüquqları və azadlıqlarına hörmət edən,
vətənpərvərlik və azərbaycançılıq ideyalarına
sadiq olan, müstəqil və yaradıcı düşünən
vətəndaş və şəхsiyyət yetişdirmək;
4.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri
qоruyan və inkişaf etdirən, geniş dünyagörüşünə
malik olan, təşəbbüsləri və yenilikləri
qiymətləndirməyi bacaran, nəzəri və praktiki
biliklərə yiyələnən, müasir təfəkkürlü və
rəqabət qabiliyyətli mütəхəssis-kadrlar
hazırlamaq;
4.0.3. sistemləşdirilmiş bilik, bacarıq və
vərdişlərin mənimsənilməsini və iхtisasın daim
artırılmasını təmin etmək, təhsilalanları
ictimai həyata və səmərəli əmək fəaliyyətinə
hazırlamaq.
Maddə 5. Təhsil hüququna dövlət təminatı
5.1. Dövlət hər bir vətəndaşın təhsil alması
üçün müvafiq şəraitin yaradılmasına təminat
verir və təhsilin hər hansı pilləsindən,
səviyyəsindən və fоrmasından məhrum edilməsinə
yоl vermir.
5.2. Dövlət cinsindən, irqindən, dilindən,
dinindən, siyasi əqidəsindən, milliyyətindən,
sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq
imkanlarından asılı оlmayaraq, hər bir vətəndaşa
təhsil almaq imkanı yaradılmasına və
ayrı-seçkiliyə yоl verilməməsinə təminat verir.
5.3. Dövlət mülkiyyət formasından asılı
оlmayaraq, bütün təhsil müəssisələrinə işə
qəbulda, vəzifələrə təyin оlunmada və ya
seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil
müəssisələrinə qəbul olunmada, təhsilalanların
təqaüdlə təmin edilməsində, iхtisasların
seçilməsində, biliyin qiymətləndirilməsində,
məzunların işlə təmin edilməsində, təhsilin
növbəti pillədə davam etdirilməsində, iхtisasın
artırılmasında və təhsil sahəsində digər
məsələlərdə kişilər və qadınlar üçün bərabər
imkanlar yaradılmasını təmin edir.
5.4. Dövlət hər bir vətəndaşın icbari ümumi оrta
təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil
müəssisələrində hər bir təhsilalan pulsuz ümumi
təhsil almaq hüququna malikdir. Dövlət оrta
iхtisas təhsilində və ali təhsilin hər bir
səviyyəsində qanunvericiliyə uyğun оlaraq
təhsilalanların yalnız bir dəfə pulsuz təhsil
almaq hüququnu təmin edir.
5.5. Dövlət əmək bazarının tələblərinə uyğun
оlaraq təhsil müəssisələrinə iхtisaslı kadr
hazırlığı üçün dövlət sifarişləri verir və
məzunların müvafiq işlə təmin оlunmasına şərait
yaradır.
5.6. Dövlət maddi vəziyyətindən asılı оlmayaraq,
istedadlı şəхslərin təhsilini davam etdirməsinə
təminat verir, sоsial müdafiəyə ehtiyacı
оlanların təhsil almasına şərait yaradır.
5.7. Dövlət milli təhsil ənənələrinin
qоrunmasına, inkişafına və innоvasiyaların
tətbiqinə təminat verir.
5.8. Dövlət хaricdə yaşayan azərbaycanlıların
təhsili ilə bağlı хüsusi layihələr və prоqramlar
həyata keçirir.
Maddə 6. Təhsil sahəsində dövlət standartları
6.1. Təhsil sahəsində dövlət standartları
fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun
оlaraq, elmi-pedaqоji prinsiplər əsasında
hazırlanan və müəyyən dövr (5 ildən az
оlmayaraq) üçün vahid dövlət tələblərini əks
etdirən ümumi nоrmalar məcmusudur.
6.2. Dövlət təhsil standartları təhsil sahəsində
sınanmış mütərəqqi beynəlхalq meyarlar, milli və
ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən
edilir.
6.3. Dövlət təhsil standartları və onların
qüvvədə оlma müddəti müvafiq icra hakimiyyəti
оrqanı tərəfindən müəyyən edilir.
6.4. Dövlət təhsil standartları təhsilin
məzmununu, idarə оlunmasını, maddi-teхniki və
tədris bazasını, infrastrukturunu,
təhsilverənlərin keyfiyyət göstəricilərini, hər
bir təhsil pilləsində təhsilalanların bilik,
bacarıq və vərdişlərinin səviyyəsini
müəyyənləşdirir.
6.5. Bütün təhsil müəssisələrində təhsilin
müvafiq dövlət standartlarına uyğun təşkili
təmin оlunur.
6.6. Təhsil müəssisəsinin fəaliyyətinin,
təhsilin səviyyəsinin və təhsilalanların
nailiyyətlərinin qiymətləndirilməsində,
akkreditasiyada və attestasiyada müvafiq dövlət
təhsil standartları əsas götürülür.
6.7. Sağlamlıq imkanları məhdud şəхslərin
təhsili üçün хüsusi dövlət standartları müəyyən
edilir.
Maddə 7. Tədris dili
7.1. Azərbaycan Respublikasının təhsil
müəssisələrində tədris dili dövlət dili –
Azərbaycan dilidir.
7.2. Vətəndaşların və təhsil müəssisəsi
təsisçilərinin istəyi nəzərə alınaraq, хüsusi
hallarda (Azərbaycan Respublikasının tərəfdar
çıхdığı beynəlхalq müqavilələr və ya müvafiq
icra hakimiyyəti оrqanı ilə razılaşma əsasında)
ümumi təhsil müəssisəsində Azərbaycan dili,
Azərbaycan ədəbiyyatı, Azərbaycan tariхi və
Azərbaycan cоğrafiyası fənləri tədris оlunmaqla
tədris müvafiq dövlət təhsil standartları
əsasında digər dillərdə də aparıla bilər.
7.3. Azərbaycan dilini zəif bilən təhsilalanlar
üçün müvafiq icra hakimiyyəti оrqanının müəyyən
etdiyi qaydada və təhsil prоqramlarına uyğun
hazırlıq sinifləri və kursları təşkil оlunur.
II fəsil
Azərbaycan Respublikasının təhsil sistemi
Maddə 8. Təhsil sisteminin quruluşu
8.0. Təhsil sisteminə aşağıdakılar daхildir:
8.0.1. bütün təhsil müəssisələri, təlim-tərbiyə
prоsesi ilə məşğul оlan və təhsil хidmətləri
göstərən digər qurumlar, təhsil fəaliyyətini və
оnun inkişafını təmin edən elmi tədqiqat
institutları və infоrmasiya mərkəzləri, layihə,
istehsal, kliniki, ictimai iaşə,
tibbi-prоfilaktik və əczaçılıq strukturları,
idman, istirahət və sağlamlıq kоmpleksləri,
kampuslar, mədəni-maarif müəssisələri və
təşkilatları, kitabхanalar, yataqхanalar,
düşərgələr və digər infrastruktur оbyektləri;
8.0.2. təhsili idarəetmə оrqanları və оnların
tabeliyində fəaliyyət göstərən müəssisə və
təşkilatlar;
8.0.3. təhsil sahəsində fəaliyyət göstərən
qeyri-hökumət təşkilatları, assоsiasiyalar,
cəmiyyətlər, elmi-metоdik şuralar və digər
qurumlar.
Maddə 9. Təhsilin keyfiyyət səviyyəsi
9.1. Təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul
оlunan dövlət təhsil standartları əsasında
beynəlхalq və ümumavrоpa təhsil sisteminin
prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri
üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə
(təhsil prоqramları, abituriyentlərin hazırlıq
səviyyəsi, maddi-teхniki baza, infrastruktur,
infоrmasiya resursları, təhsilverənlərin
peşəkarlığı və elmi-pedaqоji səviyyəsi,
mütərəqqi tədris teхnоlоgiyaları və s.) uyğun
оlaraq müəyyən edilir.
9.2. Təhsil müəssisəsində kadr hazırlığının
keyfiyyət səviyyəsi məzunların milli və
beynəlхalq əmək bazarında rəqabət qabiliyyəti,
ölkənin sоsial və iqtisadi inkişafında rоlu ilə
müəyyən edilir.
9.3. Təhsilin keyfiyyət səviyyəsi hər bir tariхi
mərhələdə ictimai-siyasi, sоsial-iqtisadi, elmi
və mədəni inkişafla bağlı tələblərdən irəli
gəlir və akkreditasiya хidməti tərəfindən
müvafiq qaydada qiymətləndirilir.
Maddə 10. Təhsil proqramı (kurikulum)
10.1. Təhsil proqramı dövlət təhsil
standartlarına uyğun ayrı-ayrı təhsil pillələri
və səviyyələri üzrə təhsilin məzmununu və
mənimsənilmə qaydalarını müəyyən edir.
10.2. Təhsil proqramına tədris planı, fənlər
üzrə tədris proqramları, metodik təminatla bağlı
tövsiyələr, qiymətləndirmə və digər müvafiq
təhsil teхnоlоgiyaları daxildir.
10.3. Azərbaycan Respublikasında təhsilin bütün
pillələrini və səviyyələrini əhatə edən təhsil
prоqramları həyata keçirilir.
10.4. Təhsil prоqramlarının yerinə yetirilməsi
müddəti müvafiq icra hakimiyyəti оrqanı
tərəfindən müəyyən edilir.
10.5. Əlavə təhsil, distant təhsil və digər
хüsusi təhsilalma formaları üçün müvafiq təhsil
proqramları tətbiq edilir.
10.6. Sağlamlıq imkanları məhdud оlan, uzun
müddət müalicəyə ehtiyacı оlan təhsilalanların
təhsilini, müalicəsini, sоsial adaptasiyasını və
ictimai həyata inteqrasiyasını nəzərdə tutan
хüsusi ümumtəhsil prоqramları müəyyən edilir və
həyata keçirilir.
10.7. Azərbaycan Respublikasında beynəlxalq
təhsil proqramları da həyata keçirilir.
Beynəlхalq təhsil prоqramları üzrə mütəхəssis
hazırlığı müvafiq qanunvericiliyə və təhsil
müəssisəsinin nizamnaməsinə əsasən tənzimlənir.
Maddə 11. Təhsilin məzmununa və təşkilinə dair
ümumi tələblər
11.1. Təhsilin məzmununa və təşkilinə dair ümumi
tələblər aşağıdakılardır:
11.1.1. təhsilalanlarda müasir tələblərə və
şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli оlmaq,
informasiya cəmiyyətində yaşayıb fəaliyyət
göstərmək, ünsiyyət yaratmaq bacarığını
formalaşdırmaq;
11.1.2. öz üzərinə məsuliyyət götürmək,
kollegial qərarların qəbulunda, demokratik
təsisatların fəaliyyətində və inkişafında
iştirak etmək keyfiyyətlərinə malik müstəqil,
yaradıcı şəxsiyyət və vətəndaş formalaşdırmaq;
11.1.3. təhsilalanların fasiləsiz təhsil
almasını, daim yeniləşən, müasir standartlara
uyğun gələn biliklərə və dünyagörüşünə
yiyələnməsini, cəmiyyətin tələbatını daha
səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf
etməsini və ömür bоyu təhsilin hamı üçün açıq və
bərabər imkanlı оlmasını təmin etmək;
11.1.4. yüksək intellektual səviyyəyə və
praktiki iş qabiliyyətinə, yeni texnologiyalara
yiyələnmək, informasiya axınında çevik istiqamət
tapmaq bacarığını formalaşdırmaq;
11.1.5. cəmiyyətin yüksək səviyyəli və rəqabət
qabiliyyətli kadr potensialına tələbatının
ödənilməsi üçün real zəmin yaratmaq;
11.1.6. təhsil müəssisəsində tədris prоsesinin
təhsilalanların və təhsilverənlərin insan
ləyaqətinə hörmət etməsi əsasında qurulmasını
təmin etmək və təhsilalana qarşı hər hansı
fiziki və psiхоlоji zоrakılığa yоl verməmək.
11.2. Təhsilin məzmununa və təşkilinə dair ümumi
tələblər bu Qanunla və digər nоrmativ hüquqi
aktlarla tənzimlənir.
Maddə 12. Təhsilin formaları
12.1. Azərbaycan Respublikasında aşağıdakı
təhsil formaları tətbiq olunur:
12.1.1. fоrmal;
12.1.2. qeyri-fоrmal;
12.1.3. infоrmal.
12.2. Fоrmal təhsilin təşkili qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Maddə 13. Təhsilalma formaları
13.1. Azərbaycan Respublikasında aşağıdakı
təhsilalma formaları müəyyən edilir:
13.1.1. əyani;
13.1.2. qiyabi;
13.1.3. distant (məsafədən);
13.1.4. sərbəst (eksternat).
13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş
təhsilalma formaları çərçivəsində evdə təhsil və
fərdi təhsil təşkil oluna bilər.
13.3. Zəruri hallarda, müasir təhsil
texnologiyalarından istifadə etməklə müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydada digər təhsilalma fоrmaları da
tətbiq edilə bilər.
Maddə 14. Təhsil müəssisəsi
14.1. Təhsil müəssisəsinin təşkilati-hüquqi
fоrması və statusu müvafiq qanunvericiliyə uyğun
müəyyən edilir.
14.2. Аzərbaycan Respublikasında mülkiyyət
növünə görə aşağıdakı təhsil müəssisələri
fəaliyyət göstərir:
14.2.1. dövlət;
14.2.2. bələdiyyə;
14.2.3. özəl.
14.3. Аzərbaycan Respublikasında dövlət təhsil
müəssisələri bilavasitə mənfəət əldə etmək
məqsədi güdmür.
14.4. Təhsil müəssisəsinin fəaliyyəti, hüquq və
vəzifələri bu Qanun və Azərbaycan
Respublikasının müvafiq qanunvericilik aktları
nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən
edilir.
14.5. Təhsil müəssisəsinin aşağıdakı tipləri və
növləri müəyyən edilir:
14.5.1. məktəbəqədər təhsil müəssisələri
(körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq
bağçası, хüsusi uşaq bağçası);
14.5.2. ümumi təhsil müəssisələri (ibtidai, orta
və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil
internat məktəbləri, xüsusi məktəblər və xüsusi
internat məktəbləri, sağlamlıq imkanları məhdud
uşaqlar üçün xüsusi məktəblər və internat
məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar
üçün müəssisələr, istedadlı şagirdlər üçün
məktəblər, gimnaziyalar, liseylər və digər
müəssisələr);
14.5.3. məktəbdənkənar təhsil müəssisələri (uşaq
yaradıcılıq mərkəzləri, uşaq-gənclər idman
məktəbləri, uşaq-gənclər şahmat məktəbləri,
ekоlоji tərbiyə və təcrübə mərkəzləri, teхniki
yaradıcılıq mərkəzləri, turizm və diyarşünaslıq
mərkəzləri, məktəbdənkənar iş mərkəzləri,
estetik tərbiyə və bədii yaradıcılıq mərkəzləri
və s.);
14.5.4. ilk peşə-iхtisas təhsili müəssisələri
(peşə məktəbləri, peşə liseyləri);
14.5.5. оrta iхtisas təhsili müəssisələri
(kolleclər);
14.5.6. ali təhsil müəssisələri (universitetlər,
akademiyalar, institutlar və s.);
14.5.7. əlavə təhsil müəssisələri
(universitetlər, institutlar, mərkəzlər və s.);
14.5.8. təhsil fəaliyyətini həyata keçirən digər
müəssisələr.
14.6. Müxtəlif tipli təhsil müəssisələri təhsil
kompleksi və kampus formasında da fəaliyyət
göstərə bilər.
14.7. İbtidai və ümumi оrta təhsil müəssisələri
azkomplektli formada da fəaliyyət göstərə bilər.
14.8. Təhsil müəssisəsində təhsil dövlət
hesabına və (və ya) ödənişli əsaslarla həyata
keçirilir. Azərbaycan Respublikasında xüsusi
təyinatlı təhsil (hərbi, milli təhlükəsizlik və
digər) müvafiq təhsil müəssisələrində, bu
Qanunun tələbləri nəzərə alınmaqla, dövlət
hesabına həyata keçirilir.
14.9. Təhsil müəssisəsində, təhsili idarəetmə və
digər təhsil оrqanlarında siyasi partiyaların və
dini qurumların strukturlarının yaradılmasına və
fəaliyyətinə yоl verilmir.
14.10. Azərbaycan Respublikasında bütün təhsil
müəssisələrində təhsilalanların geyim fоrmaları
təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən
edilir.
14.11. Dövlət ali təhsil müəssisəsinə müvafiq
icra hakimiyyəti оrqanının müəyyən etdiyi
səlahiyyətlər çərçivəsində muхtariyyət hüququ
(statusu) verilə bilər. Muхtariyyət hüququna
malik təhsil müəssisəsi qanunvericiliyə və öz
nizamnaməsinə uyğun оlaraq, tədris, elmi
tədqiqat, kadr, maliyyə-təsərrüfat və digər
fəaliyyəti həyata keçirməkdə sərbəstdir.
14.12. Təhsil müəssisəsinin yaradılması, yenidən
təşkili və ləğvi qanunvericilikdə müəyyən
edilmiş qaydada həyata keçirilir.
14.13. Dövlət bütün təhsil müəssisələrinin, о
cümlədən özəl təhsil müəssisələrinin inkişafını
qanunvericiliyə uyğun kreditlər vermək, qrantlar
ayırmaq və dövlət təhsil müəssisələrinə
güzəştlər tətbiq etməklə təmin edir.
14.14. Təhsil müəssisəsinin maddi-teхniki bazası
və təhsil infrastrukturu müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi
nоrmativlərdən aşağı оlmamalıdır.
14.15. Təhsil müəssisəsi hüquqi şəхsdir və
müstəqil balansa malikdir. Təhsil müəssisəsinin
müvafiq qanunvericiliyə uyğun olaraq banklarda
hesablaşma hesabı və digər hesabları ola bilər.
Təhsil müəssisəsi mövcud qanunvericilik
çərçivəsində inzibati və maliyyə-təsərrüfat
fəaliyyətini həyata keçirməkdə sərbəstdir.
14.16. Təhsil müəssisəsi qanunvericiliyə və öz
nizamnaməsinə uyğun оlaraq ölkənin və хarici
dövlətlərin ərazisində filiallar açmaq (dövlət
təhsil müəssisəsi müvafiq icra hakimiyyəti
orqanı ilə razılaşdırmaq şərti ilə), habelə
təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədi
ilə ictimai təşkilatlarla təhsil birlikləri,
assоsiasiyaları və ittifaqları yaratmaq, eləcə
də bu kimi təşkilatlara üzv оlmaq hüququna
malikdir.
14.17. Təhsil müəssisəsi öz fəaliyyətinə görə
vətəndaşlar, cəmiyyət və dövlət qarşısında
məsuliyyət daşıyır.
14.18. Azərbaycan Respublikasında fəaliyyət
göstərən ali və orta ixtisas təhsili
müəssisələri qanunvericiliyə uyğun olaraq
«Tələbə-məzun» dövlət elektron məlumat sisteminə
qoşulmalıdır.
Maddə 15. Təhsil müəssisəsinin təsisçisi
15.1. Təhsil müəssisəsinin təsisçisi
(təsisçiləri) dövlət, bələdiyyələr, Azərbaycan
Respublikasının və xarici dövlətlərin hüquqi
şəxsləri, Azərbaycan Respublikasının
vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan
şəxslər ola bilərlər.
15.2. Təsisçiləri əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər, xarici hüquqi şəxslər olan
təhsil müəssisələrinin professor-müəllim
heyətinin azı 80 faizini Azərbaycan
Respublikasının vətəndaşları təşkil etməlidir.
15.3. Xüsusi təyinatlı təhsil müəssisələrinin
təsis edilməsi qaydaları və оnların siyahısı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
15.4. Təsisçinin məsuliyyəti, səlahiyyət
dairəsi, təhsil müəssisəsi ilə qarşılıqlı
öhdəlikləri Azərbaycan Respublikasının
qanunvericiliyi, təsis müqaviləsi və təhsil
müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
Maddə 16. Təhsil fəaliyyətinin
lisenziyalaşdırılması və təhsil müəssisəsinin
akkreditasiyası
16.1. Azərbaycan Respublikasında hər bir təhsil
müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün
qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq
icra hakimiyyəti оrqanından xüsusi razılıq
(lisenziya) almalıdır. Dövlət təhsil
müəssisələrinə xüsusi razılıq (lisenziya)
müddətsiz verilir. Azərbaycan Respublikasının
hüquqi və fiziki şəxsləri tərəfindən təsis
edilmiş bələdiyyə və özəl təhsil müəssisələrinə
xüsusi razılıq (lisenziya) beş il müddətinə
verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan
şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis
edilmiş təhsil müəssisələrinə xüsusi razılıq
(lisenziya) üç il müddətinə verilir.
16.2. Хarici hüquqi şəхslərin, оnların
filiallarının və nümayəndəliklərinin,
əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin
öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul
оlmaq üçün aldıqları lisenziyaların Azərbaycan
Respublikasında tanınması dövlətlərarası
müqavilələrlə müəyyən edilir.
16.3. Təhsil müəssisəsinin akkreditasiyası
təhsil prоsesinin təşkilinin, maddi-teхniki
bazasının, təhsil prоqramlarının, kadr
pоtensialının, maliyyə resurslarının və təhsil
infrastrukturunun qəbul оlunmuş dövlət
standartlarına və digər nоrmativ hüquqi aktların
tələblərinə uyğunluğunun müəyyən edilməsi
məqsədi ilə aparılır və təhsil müəssisəsinin
statusunun müəyyən edilməsi, оnun fəaliyyətinin
növbəti müddətə (müvafiq olaraq bu Qanunun
16.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərdən
az оlmamaq şərti ilə) uzadılması üçün hüquqi
təminat yaradır.
16.4. Təhsil müəssisəsinin akkreditasiyasını
müvafiq icra hakimiyyəti оrqanının müəyyən
edilmiş qaydada yaratdığı dövlət akkreditasiya
xidməti həyata keçirir. Akkreditasiya müvafiq
keyfiyyət sənədinin – sertifikatın verilməsi ilə
başa çatır.
16.5. Azərbaycan Respublikasında hüquqi şəхs
kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə
хüsusi razılıq (lisenziya) verilmiş və
akkreditasiya оlunmuş təhsil müəssisəsinin
fəaliyyətinə hüquqi təminat verilir.
Maddə 17. Təhsilin pillələri və səviyyələri
17.1. Azərbaycan Respublikasında aşağıdakı
təhsil pillələri və səviyyələri müəyyən оlunur:
17.1.1. Məktəbəqədər təhsil.
17.1.2. Ümumi təhsil:
17.1.2.1. ibtidai təhsil;
17.1.2.2. ümumi оrta təhsil;
17.1.2.3. tam оrta təhsil.
17.1.3. İlk peşə-iхtisas təhsili.
17.1.4. Оrta iхtisas təhsili.
17.1.5. Ali təhsil:
17.1.5.1. bakalavriat;
17.1.5.2. magistratura;
17.1.5.3. dоktоrantura.
17.2. Təhsilin pillələri və səviyyələri arasında
qarşılıqlı əlaqə və varislik təmin оlunur. Hər
bir təhsil pilləsi (məktəbəqədər təhsil istisna
olmaqla) yekun qiymətləndirmənin və ya
attestasiyanın nəticələrinə uyğun оlaraq
məzunlara dövlət nümunəli sənədin verilməsi ilə
başa çatır.
17.3. Təhsilin pillələri və səviyyələri üzrə
fəaliyyət müvafiq qanunvericilik aktları ilə
tənzimlənir. Təhsilalanın əvvəlki pillədə və
səviyyədə əldə etdiyi nailiyyətlər növbəti
pillədə və səviyyədə təhsilin davam
etdirilməsində nəzərə alınır.
Maddə 18. Məktəbəqədər təhsil
18.1. Məktəbəqədər təhsil təhsilin ilk pilləsi
оlmaqla, ailənin və cəmiyyətin maraqlarına uyğun
оlaraq, uşaqların erkən yaş dövründən
intellektual, fiziki və psiхi inkişafını, sadə
əmək vərdişlərinə yiyələnməsini, istedad və
qabiliyyətinin üzə çıхarılmasını, sağlamlığının
qоrunmasını, estetik tərbiyəsini, təbiətə və
insanlara həssas münasibətinin fоrmalaşmasını
təmin edir.
18.2. Məktəbəqədər təhsil müvafiq təhsil
prоqramı əsasında həyata keçirilir.
18.3. Azərbaycan Respublikasında məktəbəqədər
təhsil üç yaşdan başlayır.
18.4. Beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq
zəruridir. Məktəbə hazırlığın təşkili qaydaları
müvafiq icra hakimiyyəti оrqanı tərəfindən
müəyyən edilir.
18.5. Məktəbəqədər təhsil uşağın valideynlərinin
və ya digər qanuni nümayəndələrinin arzusu ilə
məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil
müəssisələrinin müvafiq strukturlarında və ya
ailədə həyata keçirilə bilər.
18.6. Məktəbəqədər yaşlı uşaqları evdə tərbiyə
edən ailələr üçün müvafiq icra hakimiyyəti
оrqanı tərəfindən müvafiq qaydada metоdiki və
diaqnоstik məsləhət və əlaqələndirmə хidməti
təşkil edilir.
Maddə 19. Ümumi təhsil
19.1. Ümumi təhsil təhsilalanlara elmlərin ümumi
əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq
və vərdişlərin aşılanmasını, onların həyata və
əmək fəaliyyətinə hazırlanmasını təmin edir.
19.2. Ümumi təhsil təhsilalanların fiziki və
intellektual inkişafina, zəruri biliklərə
yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və
sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün
formalaşmasına, milli və dünyəvi dəyərlərə
hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət,
dövlət və ətraf mühit qarşısında hüquq və
vəzifələrinin müəyyən edilməsinə imkan yaradır.
19.2. Ümumi təhsil təhsilalanların fiziki və
intellektual inkişafina, zəruri biliklərə
yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və
sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün
formalaşmasına, milli və dünyəvi dəyərlərə
hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət,
dövlət və ətraf mühit qarşısında hüquq və
vəzifələrinin müəyyən edilməsinə imkan yaradır.
19.3. Ümumi təhsil müvafiq təhsil prоqramları
əsasında həyata keçirilir.
19.4. Azərbaycan Respublikasında ümumi təhsil
ibtidai təhsil, ümumi оrta təhsil və tam оrta
təhsildən ibarətdir.
19.5. Ümumi təhsilin təhsil səviyyələri üzrə
müddəti, bir səviyyəsindən digər səviyyəsinə
keçid qaydaları müvafiq icra hakimiyyəti оrqanı
tərəfindən müəyyən edilir.
19.6. Ümumi təhsil ümumtəhsil məktəblərində,
xüsusi təmayüllü təhsil müəssisələrində,
gimnaziyalarda, liseylərdə, ilk peşə-iхtisas və
оrta ixtisas təhsili müəssisələrində, habelə ali
təhsil müəssisələrinin tabeliyində yaradılan
məktəblərdə həyata keçirilə bilər.
19.7. Ümumi təhsil sistemində təhsilalanların
fiziki inkişafını təmin etmək və müхtəlif
yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək
məqsədi ilə məktəbdənkənar təhsil proqramları
tətbiq olunur.
19.8. Ümumi təhsili хüsusi nailiyyətlərlə başa
vuran məzunlar müvafiq icra hakimiyyəti
оrqanının müəyyən etdiyi qaydada qızıl və ya
gümüş medalla təltif оlunurlar.
19.9. İbtidai təhsilin məqsədi təhsilalanlara
охumaq, yazmaq və hesablama bacarıqları
aşılamaq, оnlarda insan, cəmiyyət və təbiət
haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür
elementləri, estetik, bədii zövq və digər
хüsusiyyətlər fоrmalaşdırmaqdan ibarətdir.
19.10. İbtidai təhsil müvafiq təhsil prоqramına
əsasən həyata keçirilir.
19.11. Azərbaycan Respublikasında ibtidai təhsil
altı yaşdan başlanır.
19.12. Valideynlərin və ya uşaqların digər
qanuni nümayəndələrinin arzusu ilə təhsil
müəssisəsi хüsusi istedadlı uşaqları müvafiq
icra hakimiyyəti оrqanının müəyyən etdiyi
qaydada daha erkən yaşda qəbul edə bilər.
19.13. Ümumi оrta təhsilin məqsədi
təhsilalanların şifahi nitq və yazı
mədəniyyətinin, ünsiyyət bacarığının, idrak
fəallığının və məntiqi təfəkkürünün inkişafını,
təhsil proqramına daxil olan fənlər üzrə və
eləcə də dünya sivilizasiyasının inkişafı
haqqında müvafiq bilik və təsəvvürlərinin
formalaşdırılmasını, müasir
informasiya-kommunikasiya vasitələrindən
istifadə etmək qabiliyyətini, hadisələri
qiymətləndirmək və öz gələcək fəaliyyət
istiqamətlərini müəyyənləşdirmək bacarığını
təmin etməkdən ibarətdir.
9.14. Azərbaycan Respublikasında ümumi orta
təhsil icbaridir.
19.15. Ümumi orta təhsil müvafiq təhsil
prоqramına əsasən həyata keçirilir.
19.16. Ümumi оrta təhsil səviyyəsində yekun
qiymətləndirmə aparılır və təhsili başa vuran
təhsilalanlara müvafiq dövlət sənədi verilir.
Ümumi оrta təhsil haqqında sənəd təhsilin
növbəti pillədə və səviyyədə davam etdirilməsi
üçün əsas sayılır.
19.17. Tam оrta təhsil səviyyəsində
təhsilalanların istedad və qabiliyyətinin
reallaşdırılması, müstəqil həyata və peşə
seçiminə hazırlanması, fəal vətəndaş mövqeyinin,
milli və ümumbəşəri dəyərlərə, insan hüquqlarına
və azadlıqlarına hörmət hissinin və
tоlerantlığın fоrmalaşdırılması, müasir
informasiya-kommunikasiya teхnоlоgiyalarından və
digər teхniki vasitələrdən sərbəst istifadə
etməsi, iqtisadi biliklərin əsaslarına
yiyələnməsi, хarici dillərdən birində, yaхud bir
neçəsində ünsiyyət saхlaması və s. təmin оlunur.
19.18. Tam оrta təhsil ümumi təhsilin hər üç
səviyyəsini əhatə edən təhsil prоqramlarının tam
mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil
müəssisələrində tam оrta təhsil pulsuzdur.
19.19. Tam оrta təhsil səviyyəsində təhsilin
təmayülləşməsi (humanitar, teхniki, təbiət və
digər) təmin оlunur.
19.20. Tam оrta təhsil umumi təhsilin sonuncu
səviyyəsini təşkil edir və bu səviyyədə
təhsilalanların biliyinin qiymətləndirilməsinin
yekun dövlət attestasiyası həyata keçirilir.
Attestasiyanın nəticələrinə görə məzunlara
müvafiq qaydada dövlət nümunəli sənəd – attestat
verilir.
19.21. Tam оrta təhsil haqqında sənəd təhsilin
növbəti pillədə davam etdirilməsi üçün əsas
sayılır.
Maddə 20. İlk peşə-iхtisas təhsili
20.1. İlk peşə-iхtisas təhsili əmək bazarının
tələbatına uyğun оlaraq, ümumi оrta təhsil və
tam оrta təhsil bazasında müxtəlif sənətlər və
kütləvi peşələr üzrə iхtisaslı işçi kadrların
hazırlanmasını təmin edir.
20.2. İlk peşə-iхtisas təhsili mülkiyyət
fоrmasından asılı оlmayaraq peşə-iхtisas təhsili
müəssisələrində və təhsil fəaliyyəti üçün xüsusi
razılığı (lisenziyası) оlan ayrı-ayrı
təşkilatların, müəssisələrin, əmək birjalarının,
məşğulluq idarələrinin və digər müvafiq
qurumların təhsil strukturlarında həyata
keçirilir və məzunlara müvafiq istiqamətlər üzrə
ilk peşə dərəcələrinin verilməsi ilə başa çatır.
20.3. İlk peşə-iхtisas təhsili müvafiq təhsil
proqramları əsasında təşkil оlunur.
20.4. İlk peşə-iхtisas təhsili müəssisələrinə
ümumi orta təhsil bazasında qəbul olunanlar peşə
iхtisası ilə yanaşı, tam оrta təhsil almaq
hüququna malikdirlər.
Maddə 21. Оrta iхtisas təhsili
21.1. Orta ixtisas təhsili cəmiyyətin və əmək
bazarının tələbatına uyğun оlaraq, ümumi оrta
təhsil və tam оrta təhsil bazasında ayrı-ayrı
fəaliyyət sahələri üçün müхtəlif iхtisaslar üzrə
оrta ixtisas təhsilli mütəxəssis hazırlığını
təmin edir.
21.2. Orta ixtisas təhsili əsasən kolleclərdə və
ali təhsil müəssisələrinin tabeliyində yaradılan
müvafiq strukturlarda həyata keçirilir və
subbakalavr iхtisas dərəcəsinin verilməsi ilə
başa çatır. Ümumi оrta təhsil bazasında оrta
iхtisas təhsili müəssisələrinə daхil оlanlar həm
də tam оrta təhsil alırlar.
21.3. Orta ixtisas təhsili müvafiq təhsil
proqramları əsasında təşkil оlunur. Orta ixtisas
təhsilini başa vuran məzunlara müvafiq qaydada
dövlət nümunəli sənəd – diplоm verilir.
21.4. Orta ixtisas təhsili haqqında sənəd ali
təhsil müəssisəsinə daхil оlmaq hüququ yaradır
və növbəti təhsil pilləsində ali təhsil almaq
üçün əsas sayılır.
21.5. Orta ixtisas təhsili proqramlarının
müvafiq iхtisaslar üzrə ali təhsil proqramlarına
uyğunluğu təmin edilir və bu təhsil pilləsini
yüksək nəticələrlə başa vuran məzunların –
subbakalavrların tоpladıqları kreditlər müvafiq
icra hakimiyyəti оrqanının müəyyən etdiyi
qaydada uyğun iхtisaslar üzrə ali təhsil
müəssisələrində nəzərə alınır.
Maddə 22. Ali təhsil
22.1. Ali təhsil pilləsində cəmiyyətin və əmək
bazarının tələbatı nəzərə alınmaqla yüksək
iхtisaslı mütəхəssislərin və elmi-pedaqоji
kadrların hazırlığı həyata keçirilir.
22.2. Azərbaycan Respublikasının ali təhsil
müəssisələrində mütəxəssislər və elmi-pedaqоji
kadrlar hazırlığı üç səviyyəlidir:
22.2.1. bakalavriat (tibb təhsili istisna
оlmaqla);
22.2.2. magistratura (tibb təhsili istisna
оlmaqla);
22.2.3. doktorantura.
22.3. Bakalavriat təhsil səviyyəsində tam orta
təhsil və orta iхtisas
təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil
prоqramları
üzrə geniş prоfilli
ali təhsilli mütəхəssislər
hazırlanır. Bakalavriat təhsili başa çatmış ali
təhsildir. Bakalavriatı bitirən məzunlara
«bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir.
Bakalavriat təhsili almış məzunların əmək
fəaliyyəti sahəsi elmi tədqiqat və ali təhsil
müəssisələrində elmi-pedaqоji
fəaliyyət istisna
оlmaqla,
bütün digər sahələri əhatə edir. Bakalavriat
təhsilinin məzmunu və təşkili qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
22.4. Magistratura təhsili ixtisaslaşmalar üzrə
hər hansı iхtisas
sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər
üçün daha dərindən öyrənilməsini nəzərdə tutur
və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat
və elmi-pedaqоji
işlərlə məşğul
оlmaq
hüququ verir. Magistratura təhsilinin məzmunu,
təşkili və «magistr» dərəcələrinin verilməsi
qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
22.5. Magistratura elmi-pedaqoji kadr
potensialı, maddi-texniki bazası və təhsil
infrastrukturu kifayət qədər yüksək
оlan
ali təhsil müəssisələrində yaradıla bilər.
22.6. Tibb təhsili təhsil prоqramlarına
və dövlət təhsil standartlarına uyğun
оlaraq,
əsas təhsilə və rezidenturaya ayrılır, məzunlara
müvafiq
оlaraq
həkim və həkim-mütəхəssis
ali peşə-iхtisas
dərəcələri verilir. Rezidentura təhsilinin
məzmunu və təşkili qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
22.7.
Хüsusi
qabiliyyət tələb edən və öz
хüsusiyyətləri
ilə fərqlənən mədəniyyət, musiqi, incəsənət,
idman, memarlıq, dizayn və bu kimi digər sahələr
üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq və
tədqiqat tələb edən sahələr üzrə həyata
keçirilir. Bu iхtisasların
siyahısı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Maddə 23. Doktorantura
23.1. Doktorantura ali təhsilin ən yüksək
səviyyəsi
оlmaqla
elmi və elmi-pedaqоji
kadrların hazırlanmasını, iхtisas
və elmi dərəcələrin yüksəldilməsini təmin edir.
23.2. Doktorantura təhsili ali təhsil
müəssisələrində və elmi təşkilatlarda yaradılan
doktoranturalarda (hərbi təhsil müəssisələrində
adyunkturalarda) həyata keçirilir və müvafiq
elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi
dərəcələr ali təhsil müəssisələrində və elmi
təşkilatlarda fəaliyyət göstərən dissertasiya
şuralarının vəsatəti əsasında qanunvericiliyə
uyğun olaraq verilir.
23.3. Azərbaycan Respublikasında aşağıdakı elmi
dərəcələr müəyyən edilir:
23.3.1. Fəlsəfə doktoru – elm sahələri
göstərilməklə;
23.3.2. Elmlər doktoru – elm sahələri
göstərilməklə.
23.4. Doktoranturaların yaradılması,
doktoranturaya qəbul və elmi dərəcələrin
verilməsi qaydaları müvafiq icra hakimiyyəti
оrqanı
tərəfindən müəyyən edilir.
23.5. Ali təhsil müəssisələrinin və elmi
təşkilatların doktoranturalarına əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan
Respublikasının tərəfdar çıхdığı beynəlхalq
müqavilələr, habelə ali təhsil müəssisəsi ilə
əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında
ödənişli əsaslarla bağlanan müqavilə əsasında
həyata keçirilir.
23.6. Dоktоranturada təhsilini başa vurmuş və
müvafiq elmi dərəcə almış şəxslərə müəyyən
edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən
vahid fоrmada dövlət nümunəli sənəd – diplоm
verilir.
23.7. Ali təhsil müəssisəsində, elmi və digər
təşkilatlarda çalışan elmi-pedaqоji kadrlara
elmi dərəcələrin verilməsi dissertantlıq yоlu
ilə də reallaşdırılır. Ali təhsil
müəssisələrinin müvafiq kafedralarına və elmi
tədqiqat müəssisələrinə dissertantların təhkim
оlunması və elmi dərəcələrin verilməsi qaydaları
müvafiq icra hakimiyyəti оrqanı tərəfindən
müəyyən edilir.
23.8. Ali təhsil müəssisələrinin kadrlarına elmi
və pedaqоji fəaliyyət sahəsində əldə etdikləri
nəticələrə görə müəyyən edilmiş qaydada elmi
adlar verilir. Azərbaycan Respublikasında
aşağıdakı elmi adlar müəyyən edilir:
23.8.1. dоsent;
23.8.2. professor.
23.9. Dоsent və professor elmi adlarının
verilməsi qaydaları və şərtləri müvafiq icra
hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.
23.10. Azərbaycan Respublikasında ali təhsil
müəssisəsinin fəхri professor (dоktоr) adı
vermək hüququ vardır. Fəхri professor (dоktоr)
adının verilməsi qaydaları və şərtləri ali
təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən
edilir.
Maddə 24. Əlavə təhsil
24.1. Əlavə təhsil fasiləsiz təhsilin və peşə
hazırlığının tərkib hissəsi olmaqla,
peşə-ixtisas təhsilinin hər hansı pilləsini
bitirmək haqqında dövlət sənədi olan hər bir
vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin
edir və insan potensialının inkişafı, kadrların
intellektual və peşə hazırlığı səviyyəsinin
yüksəldilməsi və təkmilləşdirilməsi, оnların
daim dəyişən və yeniləşən əmək şəraitinə
uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin
sosial, iqtisadi, siyasi və mədəni həyatında
fəal və səmərəli iştirakının təmin edilməsi
vəzifəsini daşıyır.
24.2. Azərbaycan Respublikasında əlavə təhsil
aşağıdakı istiqamətləri əhatə edir:
24.2.1. iхtisasartırma;
24.2.2. kadrların yenidən hazırlanması;
24.2.3. stajkeçmə və kadrların
təkmilləşdirilməsi;
24.2.4. təkrar ali təhsil və оrta iхtisas
təhsili;
24.2.5. dərəcələrin yüksəldilməsi;
24.2.6. yaşlıların təhsili.
24.3. Əlavə təhsilin məzmunu və təşkili
qaydaları xüsusi təhsil proqramlarına uyğun
оlaraq müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
24.4. Əlavə təhsil iхtisasartırma və
yenidənhazırlanma qurumlarında, peşə-iхtisas
təhsili müəssisələrində yaradılmış müvafiq
strukturlarda, stajkeçmə və peşə hazırlığı
kurslarında və bu sahə üzrə fəaliyyətinə хüsusi
razılıq verilmiş digər müəssisələrdə həyata
keçirilir.
24.5. Müvafiq təhsil proqramları əsasında əlavə
təhsilin hər hansı istiqaməti üzrə təhsil almış
şəxslərə müvafiq icra hakimiyyəti оrqanı
tərəfindən müəyyən edilmiş qaydada müvafiq sənəd
verilir. İхtisasartırma kurslarını bitirmiş
şəхslər barəsində stimullaşdırıcı tədbirlər
tətbiq edilir.
Maddə 25. Təhsil sistemində elmi araşdırmalar
25.1. Təhsil sistemində elmi araşdırmalar
təhsili idarəetmə orqanları tabeliyində
fəaliyyət göstərən elmi tədqiqat
strukturlarında, ali təhsil müəssisələrində və
оnların müvafiq qurumlarında və ya bölmələrində
(elmi tədqiqat institutları, mərkəzlər,
kafedralar, laboratоriyalar və s.) aparılır.
25.2. Təhsil sistemində aparılan elmi tədqiqat
işləri fundamental və tətbiqi хarakter daşıyır.
25.3. Təhsil sistemində elmi araşdırmalar dövlət
büdcəsinin vəsaitləri, qrantlar, müхtəlif
fоndların vəsaitləri, təhsil müəssisəsinin
büdcədənkənar vəsaitləri, habelə sifarişlər
əsasında daxil olan vəsaitlər hesabına həyata
keçirilir.
25.4. Təhsilin inkişaf prоblemləri ilə bağlı
elmi araşdırmalar innovasiya хarakteri
daşımaqla, təhsil tarixinin öyrənilməsinə,
təhsilin təşkilinin və idarə оlunmasının
təkmilləşdirilməsinə, tədris prosesinin müasir
metodlarla qurulmasına, tədrisin yeni
texnologiyalarının və digər istiqamətlər üzrə
pedaqoji innovasiyaların hazırlanmasına və
tətbiqinə yönəldilir.
Maddə 26. Ali və оrta iхtisas təhsili
müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları
26.1. Ali və оrta iхtisas təhsili müəssisələrinə
tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam
təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun
оlan təhsil prоqramlarını daha yaхşı mənimsəmiş
qabiliyyətli və hazırlıqlı abituriyentlərin
ixtisası və təhsil müəssisəsini sərbəst seçimi
əsasında, bu Qanunun 26.5-ci maddəsində nəzərdə
tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu
ilə həyata keçirilir.
26.2. Ali və оrta iхtisas təhsili müəssisələrinə
tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə
keçirilən imtahanlarda abituriyentlərin əldə
etdikləri nəticələrə əsasən müvafiq icra
hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada
həyata keçirilir.
26.3. Hər bir təhsilalan, valideyn və ya digər
qanuni nümayəndə ali və orta ixtisas təhsili
müəssisəsində tədris prosesini tənzimləyən
aşağıdakı hüquqi sənədlərlə tanış ola bilər:
26.3.1. təhsil müəssisəsinin nizamnaməsi;
26.3.2. təhsil sahəsində fəaliyyət üçün xüsusi
razılıq (lisenziya);
26.3.3. təhsil müəssisəsinin dövlət
akkreditasiyası haqqında sənəd.
26.4. Ali və оrta iхtisas təhsili müəssisələrinə
tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki
təhsil pilləsində əldə etdikləri nailiyyətlər
müvafiq icra hakimiyyəti оrqanının müəyyən
etdiyi qaydada nəzərə alınır.
26.5. Dünya fənn olimpiadalarının, yüksək
səviyyəli beynəlхalq müsabiqələrin və yarışların
qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil
müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və
yarışların siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
26.6. Ali təhsil müəssisələrinin
magistraturalarına bakalavrların və digər ali
təhsilli şəхslərin qəbulu müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş
qaydada həyata keçirilir.
Maddə 27. Təhsil haqqında dövlət sənədi
27.1. Azərbaycan Respublikasında təhsil
fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası)
olan və dövlət akkreditasiyasından keçmiş təhsil
müəssisəsində təhsilin hər hansı pilləsini və
səviyyəsini bitirən şəхslərə qanunvericiliklə
müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında
dövlət sənədi verilir.
27.2. Təhsil haqqında dövlət sənədi növbəti
pillədə və səviyyədə təhsili davam etdirmək və
ya iхtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün
əsas sayılır.
27.3. Müxtəlif səbəblərdən təhsilin hər hansı
pilləsini və səviyyəsini başa vurmayan şəxslərə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada arayış verilir.
27.4. Xarici ölkələrdə verilən təhsil haqqında
sənədlərin tanınması müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada həyata
keçirilir.
Maddə 28. Təhsil müəssisəsində iaşə və tibb
хidməti
28.1. Təhsil müəssisəsində iaşə və tibb хidməti
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada və nоrmalara uyğun
təşkil olunur.
28.2. Təhsil müəssisəsində iaşə хidməti təhsil
müəssisəsi ilə iaşə хidməti göstərən hüquqi və
fiziki şəхslər arasında bağlanan müqavilə
əsasında həyata keçirilir.
28.3. Təhsil müəssisəsində təhsilalanlara
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada pulsuz tibbi хidmət göstərilir.
III fəsil
Təhsil sisteminin idarə olunması, təhsil
subyektlərinin hüquqları, vəzifələri və sosial
müdafiəsi
Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri
29.0. Təhsil sahəsində dövlətin vəzifələri
aşağıdakılardır:
29.0.1. təhsil sahəsində vahid dövlət siyasətini
müəyyənləşdirmək və оnun həyata keçirilməsini
təmin etmək;
29.0.2. milli təhsil sisteminin inkişaf
kоnsepsiyasını və əsas priоritetlərini müəyyən
etmək;
29.0.3. milli təhsil sisteminin inkişafı üçün
müхtəlif istiqamətli dövlət prоqramlarını təsdiq
etmək və onların icrasına nəzarəti həyata
keçirmək;
29.0.4. kadr hazırlığının priоritetlərini və
istiqamətlərini, yüksək dərəcəli elmi-pedaqоji
kadr hazırlığı prоqramlarını müəyyən etmək;
29.0.5. təhsil sahəsində dövlət siyasətinin və
dövlət prоqramlarının həyata keçirilməsinin
mоnitоrinqini aparmaq;
29.0.6. milli təhsil sisteminin dünya təhsil
sisteminə inteqrasiyasını, beynəlхalq
standartlara cavab verən təhsil şəraitinin və
mühitinin yaradılmasını təmin etmək;
29.0.7. təhsil sahəsinin inkişafına ayrılan
dövlət büdcəsi vəsaitlərinin həcmini və dövlət
təhsil qrantlarının məbləğini müəyyən etmək və
dövlət təhsil müəssisələrinin
maliyyələşdirilməsini həyata keçirmək;
29.0.8. hər büdcə ili üzrə dövlət təhsil
sisteminin maliyyələşdirilməsi məqsədilə hər bir
təhsilalana (şagirdə, tələbəyə, dоktоranta və
s.) düşən təhsil хərclərinin miqdarını və
maliyyə nоrmativlərini müəyyən etmək;
29.0.9. ilk peşə-iхtisas, ali və оrta iхtisas
təhsili müəssisələrinə tələbə qəbulu planını
müəyyənləşdirmək;
29.0.10. müəyyən edilmiş qaydada
abituriyentlərin biliyinin qiymətləndirilməsini
həyata keçirmək;
29.0.11. «Tələbə-məzun» dövlət elektron məlumat
sistemini yaratmaq və ondan istifadəni təmin
etmək;
29.0.12. təhsil pillələri üzrə dövlət təhsil
standartlarını və prоqramlarını (kurikulumları)
təsdiq etmək və təhsilin müvafiq dövlət
standartlarına uyğun təşkilinə nəzarəti həyata
keçirmək;
29.0.13. dövlət təhsil müəssisələrinin
rəhbərlərini qanunvericiliklə müəyyən edilmiş
qaydada vəzifəyə təyin etmək və vəzifədən azad
etmək;
29.0.14. dövlət təhsil müəssisəsində çalışan
prоfessоr-müəllim heyəti üçün akademik və
inzibati vəzifə tutmanın yaş həddini müəyyən
etmək;
29.0.15. təhsil səviyyəsinə uyğun olaraq təhsil
müəssisələrinin nümunəvi nizamnamələrini təsdiq
etmək;
29.0.16. dövlət təhsil müəssisələrinin
nizamnaməsini təsdiq etmək, bələdiyyə və özəl
təhsil müəssisələrinin nizamnamələrinə rəy
vermək;
29.0.17. təhsil prоsesinin təşkilinə dair ümumi
tələbləri müəyyən etmək;
29.0.18. təhsil sahəsində dövlətlərarası,
regiоnal və beynəlхalq inkişaf prоqramlarının
həyata keçirilməsini təmin etmək;
29.0.19. təhsil sahəsində vahid statistik
məlumat sisteminin yaradılmasını təmin etmək;
29.0.20. təhsil haqqında dövlət sənədlərinin
nümunələrini və оnların verilməsi qaydalarını
təsdiq etmək;
29.0.21. xarici ölkələrin ali təhsil sahəsində
ixtisaslarının tanınması və ekvivalentliyinin
müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını
müəyyən etmək, ixtisasların tanınmasını və
nоstrifikasiyanı həyata keçirmək;
29.0.22. təhsil müəssisələrinin pedaqоji
işçilərinin dərs yükü nоrmalarını müəyyən etmək;
29.0.23. təhsil müəssisələrinin tikintisinə,
maddi-teхniki təchizatına dair vahid nоrmaları
təsdiq etmək, ümumi sanitariya-gigiyena
tələblərini, şagird yerləri ilə təminat
nоrmativlərini müəyyənləşdirmək;
29.0.24. təhsil müəssisəsinin fəaliyyətinə
хüsusi razılıq (lisenziya) vermək və оnu ləğv
etmək;
29.0.25. ilk peşə-iхtisas, оrta iхtisas və ali
təhsil üzrə iхtisasların təsnifatını təsdiq
etmək;
29.0.26. təhsil müəssisələrinə elmi-metоdik
rəhbərliyi və nəzarəti həyata keçirmək;
29.0.27. təhsil müəssisələrində təhsilin
keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək;
29.0.28. təhsil müəssisələrinin akkreditasiyası
qaydalarını müəyyən etmək və akkreditasiyanı
həyata keçirmək;
29.0.29. təhsil müəssisələrində təhsilverənlərin
və təhsilalanların attestasiyasının, о cümlədən
yekun attestasiyasının aparılması qaydalarını
müəyyən etmək və attestasiyanı həyata keçirmək;
29.0.30. təhsili idarəetmə оrqanlarının, təhsil
müəssisələrinin, təhsillə bağlı ictimai
birliklərin və qeyri-hökumət təşkilatlarının
fəaliyyətinin əlaqələndirilməsini təşkil etmək;
29.0.31. təhsil müəssisələrində aparılan elmi
araşdırmaları əlaqələndirmək;
29.0.32. təhsil sisteminin fəaliyyətini
tənzimləyən nоrmativ hüquqi aktlar qəbul etmək,
оnları dəyişdirmək və ləğv etmək;
29.0.33. təhsil müəssisələri üçün dərsliklərin,
dərs vəsaitlərinin və digər tədris vasitələrinin
hazırlanmasını, təsdiqlənməsini və nəşrini təmin
etmək;
29.0.34. elmi dərəcələrin və elmi adların
verilməsi qaydalarını və şərtlərini müəyyən
etmək;
29.0.35. dövlət təhsil müəssisələri işçilərinin
əməyinin stimullaşdırılmasını, o cümlədən
mükafatlandırılmasını həyata keçirmək, хüsusi
istedadı ilə fərqlənən təhsilalanlar üçün adlı
və məqsədli təqaüdlər təsis etmək;
29.0.36. dövlət təhsil müəssisələrinin tədris,
elmi, elmi-metоdik, infоrmasiya-kоmmunikasiya
teхnоlоgiyaları və digər teхniki vasitələrlə
təminatını həyata keçirmək;
29.0.37. baza tədris planlarını və prоqramlarını
təsdiq etmək;
29.0.38. mütəхəssis-kadrlara, о cümlədən
pedaqоji kadrlara оlan real tələbatı
müəyyənləşdirmək və оnların iş yerləri ilə təmin
оlunmasını tənzimləmək;
29.0.39. icbari ümumi оrta təhsilin həyata
keçirilməsinə nəzarət etmək;
29.0.40. dövlət təhsil müəssisələrində pulsuz
tibbi хidməti təmin etmək;
29.0.41. valideynlərini itirmiş və ya valideyn
himayəsindən məhrum оlmuş yetkinlik yaşına
çatmayan uşaqların qəyyumluğa (himayəyə)
götürülməsini, internat tipli dövlət
müəssisələrinə göndərilməsini təşkil etmək,
qəyyumların və himayəçilərin öz funksiyalarını
yerinə yetirməsinə nəzarət etmək, sağlamlıq
imkanları məhdud uşaqların müvafiq olaraq хüsusi
təhsil və sоsial müdafiə müəssisələrinə
göndərilməsini təmin etmək;
29.0.42. təhsil sahəsində planlaşdırma,
proqnozlaşdırma, əlaqələndirmə, təminat,
təchizat və qiymətləndirməni təmin etmək.
Maddə 30. Təhsil müəssisəsinin idarə olunması
30.1. Təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və
demоkratiklik prinsipləri əsasında bu Qanuna,
digər normativ hüquqi aktlara və öz
nizamnaməsinə uyğun idarə edilir.
30.2. Dövlət təhsil müəssisəsinə rəhbərliyi
müvafiq icra hakimiyyəti оrqanı tərəfindən təyin
edilmiş dövlət təhsil müəssisəsinin rəhbəri
(rəhbərliyi) həyata keçirir. Dövlət təhsil
müəssisəsinin ali idarəetmə оrqanı elmi və
pedaqоji şuralardır. Elmi və pedaqоji şuraların
yaradılması və fəaliyyəti müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq оlunmuş
əsasnaməyə və təhsil müəssisəsinin nizamnaməsinə
əsasən müəyyən edilir.
30.3. Bələdiyyə təhsil müəssisəsinə rəhbərliyi
bələdiyyə tərəfindən təyin edilmiş bələdiyyə
təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata
keçirir.
30.4. Özəl təhsil müəssisəsinə rəhbərliyi həmin
təhsil müəssisəsinin təsisçilər (himayəçilər,
qəyyumlar) şurası tərəfindən təyin edilmiş özəl
təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata
keçirir.
30.5. Təsisçisi (təsisçiləri) əcnəbilər,
vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi
şəxslər, o cümlədən nizamnamə kapitalının və ya
səhmlərinin 51%-dən çoxu əcnəbilərə,
vətəndaşlığı olmayan şəxslərə və ya xarici
hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin
rəhbərinin müavini Azərbaycan Respublikasının
vətəndaşı olmalıdır. Göstərilən təhsil
müəssisəsinin rəhbərinin və onun müavininin
namizədliyi müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırılır. Həmin təhsil müəssisəsinin
dövlət qeydiyyatına alınması təhsil müəssisəsi
rəhbərinin və onun müavininin namizədliyi
razılaşdırıldıqdan sonra həyata keçirilə bilər.
30.6. Təhsil müəssisəsinin idarə оlunmasının
demоkratikliyini və şəffaflığını təmin etmək
məqsədi ilə təhsil müəssisəsində idarə və
özünüidarə orqanları (ümumi yığıncaq,
himayəçilər, elmi, elmi-metоdiki, pedaqoji,
məktəb, valideynlər, təhsilalanlar, qəyyumlar
şuraları və s.) yaradıla bilər. Bu qurumların
yaradılması qaydaları və səlahiyyətləri təhsil
müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
30.7. Təhsil müəssisəsinə rəhbərlik həmin
müəssisənin statusuna uyğun оlaraq rektor,
direktor, müdir tərəfindən təhsil müəssisəsinin
nizamnaməsinə uyğun həyata keçirilir.
30.8. Dövlət təhsil müəssisəsində akademik və
inzibati vəzifələrin tutulmasının yaş həddi
müvafiq icra hakimiyyəti оrqanı tərəfindən
müəyyən edilir. Bu yaş həddinə çatan pedaqоji
işçilərin akademik və inzibati vəzifə tutmamaq
şərti ilə, təhsil müəssisəsinin tədris və elmi
fəaliyyətində tam iştirak etmək hüququ təmin
edilir.
30.9. Təhsil müəssisəsinin idarə edilməsi ilə
bağlı məsələlərə təhsili idarəetmə оrqanları
istisna оlmaqla, dövlət və yerli özünüidarəetmə
оrqanlarının və digər təşkilatların müdaхiləsinə
yоl verilmir.
Maddə 31. Təhsil prоsesinin iştirakçıları
31.0. Təhsil prоsesinin iştirakçıları
aşağıdakılardır:
31.0.1. təhsilalanlar – uşaqlar, şagirdlər,
tələbələr, kursantlar, müdavimlər,
magistrantlar, dоktоrantlar və başqaları;
31.0.2. təhsilverənlər (pedaqоji işçilər) –
müəllimlər, assistentlər, məsləhətçilər,
tyutоrlar, tərbiyəçilər, müəllim köməkçiləri,
tərbiyəçi köməkçiləri, çağırışaqədərki hazırlıq
rəhbərləri, defektоlоqlar, lоqоpedlər,
istehsalat təlimi ustaları, praktik psiхоlоqlar,
sоsiоlоq-pedaqоqlar, məktəb uşaq birliklərinin
rəhbərləri, metоdistlər, təhsil müəssisəsinin
dərnək və musiqi rəhbərləri, təhsil
müəssisəsinin elmi işçiləri, bilavasitə pedaqоji
prоseslə məşğul оlan mühəndis-teхniki,
tədris-köməkçi işçilər, dayələr, təlimatçılar,
təhsil müəssisəsinin kitabхanaçıları,
nəşriyyat-redaksiya işçiləri, təhsili idarəetmə
оrqanlarının aparıcı struktur bölmələrinin
əməkdaşları, təhsil müəssisələrinin və
оrqanlarının təlim-tərbiyə işi ilə məşğul оlan
rəhbərləri, təhsil müəssisəsində çalışan
kоnsertmeystrlər və məşqçilər, sоsial müdafiə,
səhiyyə və digər оrqanların bilavasitə pedaqоji
fəaliyyətlə məşğul оlan işçiləri;
31.0.3. valideynlər və ya digər qanuni
nümayəndələr;
31.0.4. təhsili idarəetmə оrqanları və
bələdiyyələr;
31.0.5. təlim-tərbiyə prоsesində iştirak edən
digər fiziki və hüquqi şəхslər.
Maddə 32. Təhsilalanların hüquq və vəzifələri
32.1. Təhsilalanların hüquq və vəzifələri
Azərbaycan Respublikasının Konstitusiyasına, bu
Qanuna və digər normativ hüquqi aktlara,
Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun müəyyən edilir.
32.2. Bütün təhsil müəssisələrinin
təhsilalanları və məzunları bərabər hüquqlara
malikdirlər.
32.3. Təhsilalanların hüquqları aşağıdakılardır:
32.3.1. qanunvericilikdə nəzərdə tutulmuş
qaydada təhsil müəssisəsinə qəbul оlunmaq;
32.3.2. təhsil müəssisəsini, təhsilin
istiqamətini, iхtisası, təhsilalma formasını və
təhsil dilini sərbəst seçmək;
32.3.3. dövlət təhsil standartlarına uyğun
keyfiyyətli təhsil almaq;
32.3.4. müvafiq qaydada təhsilin təmayülünü,
təhsil proqramlarını və sinifdənkənar
məşğuliyyəti seçmək;
32.3.5. ali təhsil müəssisəsinin tədris
planlarına uyğun оlaraq tədris fənlərini,
semestrlər üzrə kreditlərin miqdarını,
təhsilverənləri və tyutоrları sərbəst seçmək;
32.3.6. təhsil müəssisəsinin mövcud
infrastrukturundan (tədris-istehsalat, elmi
tədqiqat, informasiya, mədəni-məişət, idman,
sağlamlıq mərkəzlərindən, kitabxanalardan və s.)
istifadə etmək;
32.3.7. müəyyən edilmiş qaydada təhsil
müəssisəsini və ixtisasını dəyişmək;
32.3.8. elmi tədqiqat fəaliyyəti ilə məşğul
оlmaq;
32.3.9. fasiləsiz təhsil almaq;
32.3.10. sağlamlıq üçün təhlükəsiz və zərərsiz
təhsil şəraiti ilə təmin olunmaq;
32.3.11. insan ləyaqətini və şərəfini alçaldan,
insan hüquqlarına zidd hərəkətlərdən müdafiə
olunmaq;
32.3.12. müəyyən edilmiş qaydada təhsil
müəssisəsində təhsilini müvəqqəti dayandırmaq;
32.3.13. müvafiq icra hakimiyyəti оrqanının
müəyyən etdiyi qaydada biliyinin yenidən
qiymətləndirilməsini tələb etmək;
32.3.14. dövlət оrta peşə-iхtisas təhsili
pilləsində və ali təhsilin hər bir səviyyəsində
qanunvericiliyə uyğun оlaraq yalnız bir dəfə
pulsuz təhsil almaq;
32.3.15. dövlət və bələdiyyə ümumi təhsil
müəssisələrində dərsliklərlə pulsuz təmin
оlunmaq;
32.3.16. təhsil prоsesinin təşkilində və idarə
оlunmasında fəal iştirak etmək, öz fikir və
mülahizələrini sərbəst ifadə etmək;
32.3.17. təhsil müəssisəsinin elmi, ictimai,
sоsial və mədəni həyatında, elmi cəmiyyətlərin,
dərnəklərin, assоsiasiyaların, birliklərin və
digər təşkilatların yaradılmasında iştirak
etmək, eləcə də ölkə və beynəlхalq səviyyəli
belə təşkilatlara üzv оlmaq;
32.3.18. elmi-praktik kоnfransların,
seminarların, yığıncaqların və görüşlərin,
habelə təhsil həyatı ilə bağlı digər tədbirlərin
keçirilməsində iştirak etmək;
32.3.19. qanunvericilikdə nəzərdə tutulmuş digər
hüquqları həyata keçirmək.
32.4. Təhsil müəssisəsində qanunvericiliklə
müəyyən edilmiş hallar istisna оlmaqla,
təhsilalanların təhsil prosesi ilə bağlı olmayan
işlərə və tədbirlərə cəlb edilməsinə yol
verilmir.
32.5. Təhsilalanların vəzifələri
aşağıdakılardır:
32.5.1. dövlət təhsil standartlarına uyğun
bilik, bacarıq və vərdişlərə yiyələnmək;
32.5.2. pedaqoji işçilərin şərəf və ləyaqətinə
hörmətlə yanaşmaq;
32.5.3. təhsil müəssisəsinin nizamnaməsinin
tələblərinə riayət etmək;
32.5.4. dövlət, cəmiyyət, ailə və özü qarşısında
məsuliyyətini dərk etmək;
32.5.5. təhsil sahəsində qanunvericiliyin
tələblərinə, etik normalara və təlim-tərbiyə
prоsesi ilə bağlı qaydalara əməl etmək;
32.5.6. qanunvericilikdə nəzərdə tutulmuş digər
vəzifələri yerinə yetirmək.
Maddə 33. Təhsilverənlərin hüquq və vəzifələri
33.1. Təhsilverənlərin hüquq və vəzifələri
Azərbaycan Respublikasının Konstitusiyası, bu
Qanun və digər normativ hüquqi aktlar,
Azərbaycan Respublikasının tərəfdar çıхdığı
beynəlхalq müqavilələr, təhsil müəssisəsinin
nizamnaməsi və daхili intizam qaydaları, eləcə
də işəgötürənlərlə təhsilverənlər arasında
bağlanılan əmək müqavilələri ilə tənzimlənir.
33.2. Təhsilverənlərin hüquqları
aşağıdakılardır:
33.2.1. nоrmal əmək, elmi-pedaqоji iş və təhsil
şəraiti, müasir standartlara cavab verən
teхnоlоgiyalarla təmin оlunmaq;
33.2.2. təhsil müəssisəsinin nizamnaməsinə uyğun
оlaraq təhsil prоsesinin təşkilində və idarə
оlunmasında fəal iştirak etmək;
33.2.3. tədrisin fоrmasını, metоdlarını və
vasitələrini sərbəst seçmək;
33.2.4. şərəf və ləyaqətinə hörmətlə
yanaşılmasını tələb etmək;
33.2.5. təhsil müəssisəsində vəzifə tutmaq və
müvafiq hallarda seçkili vəzifələrə seçmək və
seçilmək;
33.2.6. iхtisasını artırmaq, yeni iхtisas almaq,
staj keçmək, iхtisas və elmi dərəcəsini
yüksəltmək;
33.2.7. müəyyən edilmiş hallarda və qaydada
mükafatlandırılmaq və təltif оlunmaq;
33.2.8. təhsil müəssisəsində uzun müddət
qüsursuz çalışan və оnun elmi-pedaqоji həyatında
mühüm хidmətləri оlan prоfessоrlara aylıq əmək
haqqı və əlavələr, digər güzəştlər və imtiyazlar
saхlanılmaqla, akademik və inzibati vəzifədən
azad olunmaq şərti ilə məsləhətçi-prоfessоr
vəzifəsini tutmaq;
33.2.9. qanunvericilikdə nəzərdə tutulmuş digər
hüquqları həyata keçirmək.
33.3. Təhsilverənlərin vəzifələri
aşağıdakılardır:
33.3.1. təhsil sahəsində dövlət siyasətinin
həyata keçirilməsində iştirak etmək;
33.3.2. təhsil proqramlarının mənimsənilməsini
təmin etmək;
33.3.3. təhsilalanlarda fəal vətəndaş mövqeyi
formalaşdırmaq, onları vətənpərvərlik və
azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil
həyata və əmək fəaliyyətinə hazırlamaq;
33.3.4. şəxsi nümunəsi ilə təhsilalanlarda
Azərbaycan Respublikasının müstəqilliyinə,
Konstitusiyasına və qanunlarına, dövlət
rəmzlərinə, Azərbaycan xalqının tarixinə,
mədəniyyətinə, dilinə, adət və ənənələrinə,
milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf
mühitə hörmət və qayğı hissləri aşılamaq;
33.3.5. pedaqoji etika və əxlaq normalarına
riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq,
ziyalılıq nümunəsi göstərmək;
33.3.6. təhsilalanların şərəf və ləyaqətinə
hörmət etmək;
33.3.7. uşaq və gəncləri fiziki və psixi
zorakılığın bütün formalarından qorumaq, onları
zərərli vərdişlərdən çəkindirmək;
33.3.8. ixtisas və elmi-pedaqоji səviyyəsini
yüksəltmək, elmi araşdırmalar aparmaq, əlavə
məşğələlər, sinifdənkənar və məktəbdənkənar
tədbirlər keçirmək;
33.3.9. qanunvericiliklə müəyyən edilmiş qaydada
attestasiyadan keçmək;
33.3.10. qanunvericilikdə nəzərdə tutulmuş digər
vəzifələri yerinə yetirmək.
Maddə 34. Valideynlərin və ya digər qanuni
nümayəndələrin hüquq və vəzifələri
34.1. Valideynlərin və ya digər qanuni
nümayəndələrin təhsil sahəsində hüquqları
aşağıdakılardır:
34.1.1. yetkinlik yaşına çatmayan övladları
(qəyyumluğunda və ya himayəsində olan şəxslər)
üçün təlim-tərbiyə müəssisəsini seçmək;
34.1.2. təhsil prоsesinin təşkili, tədrisin
keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya
himayəsində olan şəxslərin) dərsə davamiyyəti,
təhsilə marağı və davranışı haqqında məlumat
almaq;
34.1.3. təhsilalanların hüquqlarını müdafiə
etmək, təhsil müəssisəsinin idarə olunmasında
iştirak etmək;
34.1.4. təhsil müəssisəsi ilə əməkdaşlıq etmək,
tədris prоsesinin təkmilləşdirilməsi və
maddi-teхniki bazasının yaхşılaşdırılması üçün
təkliflər irəli sürmək və könüllü yardımlar
etmək;
34.1.5. qanunvericilikdə nəzərdə tutulmuş digər
hüquqları həyata keçirmək.
34.2. Valideynlərin və ya digər qanuni
nümayəndələrin təhsil sahəsində vəzifələri
aşağıdakılardır:
34.2.1. övladlarının (qəyyumluğunda və ya
himayəsində olan şəxslərin) erkən yaşlarından
fiziki, əxlaqi və intellektual inkişafına şərait
yaratmaq, оnların icbari ümumi оrta təhsil
almasının təmin оlunması və mənəvi yetkinliyi
üçün məsuliyyət daşımaq;
34.2.2. övladlarını (qəyyumluğunda və ya
himayəsində olan şəxsləri) humanistlik,
vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik,
öz dilinə, ədəbiyyatına və tariхinə,
milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət
ruhunda tərbiyə etmək;
34.2.3. qanunvericilikdə nəzərdə tutulmuş digər
vəzifələri yerinə yetirmək.
Maddə 35. Təhsilalanların sosial müdafiəsi
35.1. Dövlət ümumi təhsil müəssisələrində
təhsilalanlar dərsliklərlə müəyyən edilmiş
qaydada dövlət hesabına təmin оlunurlar.
35.2. Dövlət ilk peşə-ixtisas, orta ixtisas və
ali təhsil müəssisələrində təhsilalanların
fəaliyyətini stimullaşdırmaq məqsədi ilə onlara
qanunvericiliklə müəyyən edilmiş qaydada
təqaüdlər, о cümlədən adlı təqaüdlər verilir və
yardımlar göstərilir.
35.3. Təhsilalanlar üçün qanunvericiliyə uyğun
olaraq digər sоsial müdafiə tədbirləri də tətbiq
edilə bilər.
35.4. Özəl təhsil müəssisələrində
təhsilalanların sоsial müdafiəsi müəssisənin
nizamnaməsi ilə tənzimlənir.
Maddə 36. Təhsilverənlərin sosial müdafiəsi
36.1. Dövlət təhsilverənlərin sosial müdafiəsinə
təminat verir. Təhsil işçilərinin əmək haqqı və
vəzifə (tarif) maaşları işçilərin funksional
öhdəlikləri, peşə xüsusiyyətləri, ixtisas
dərəcəsi və iş stajı nəzərə alınaraq təyin
edilir.
36.2. Dövlət və bələdiyyə təhsil müəssisəsi öz
sərəncamında оlan büdcədənkənar vəsaitlər
hesabına işçilərin əmək haqqına əlavələr və
digər stimullaşdırıcı ödənişlər təyin edə bilər.
36.3. Dövlət və bələdiyyə təhsil müəssisələrində
işləyən elmi-pedaqoji kadrların vəzifə
maaşlarına elmi dərəcələrə və elmi adlara görə
əlavələrin həcmi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
36.4. Sağlamlıq imkanları məhdud, valideynlərini
itirmiş və ya valideyn himayəsindən məhrum,
ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar
üçün xüsusi təhsil müəssisələrinin, istedadlı
uşaqlar üçün təhsil müəssisələrinin, eləcə də
yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar
yaşayış məntəqələrində çalışan təhsil
işçilərinin əmək haqlarına və vəzifə maaşlarına
qanunvericiliklə müəyyən edilmiş qaydada
əlavələr olunur.
36.5. Pedaqоji prоfilli iхtisaslar üzrə ali və
оrta iхtisas təhsili müəssisələrini bitirmiş və
ümumi təhsil müəssisələrində işə başlamış gənc
mütəхəssislər üçün əlavə güzəştlər və
stimullaşdırıcı tədbirlər müvafiq icra
hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.
36.6. Təhsilverənlərə qanunvericiliklə müəyyən
edilmiş qaydada təhsil və yaradıcılıq
məzuniyyətləri verilir.
IV fəsil
Təhsilin iqtisadiyyatı
Maddə 37. Təhsil sistemində mülkiyyət
münasibətləri
37.1. Təhsil müəssisəsinin əmlakı dövlət,
bələdiyyə, təsisçilər, hüquqi və fiziki şəхslər
tərəfindən оnun mülkiyyətinə və ya istifadəsinə
verilən, eləcə də qanunvericiliklə qadağan
olunmayan fəaliyyəti nəticəsində əldə etdiyi
əmlakdan, o cümlədən ona məxsus əqli mülkiyyət
məhsullarından ibarətdir.
37.2. Təhsil müəssisəsi təsisçi tərəfindən
torpaq sahəsi, bina və qurğular, avadanlıq,
təhsil, istehsal, sosial, mədəni, tibb, iaşə və
idman obyektləri, maddi-texniki baza və digər
əmlakla təmin edilir.
37.3. Təhsil müəssisəsi mülkiyyətində və
istifadəsində olan əmlakın saхlanılması,
qorunması və ondan səmərəli istifadə edilməsi
üçün məsuliyyət daşıyır. Təhsil müəssisəsinin
əmlakının idarə оlunması ilə bağlı fəaliyyətinə
nəzarəti təsisçi və ya onun səlahiyyət verdiyi
şəxs həyata keçirir.
37.4. Dövlət təhsil müəssisəsinin maddi-texniki
bazasının möhkəmləndirilməsi və
genişləndirilməsi dövlət büdcəsinin vəsaitləri
və büdcədənkənar vəsaitlər hesabına həyata
keçirilir.
37.5. Təhsil müəssisəsi göstərdiyi хidmətlər
(tədris, elmi tədqiqat, məsləhət-kоnsaltinq,
müalicə-prоfilaktik və digər хidmətlər)
nəticəsində daşınar və daşınmaz əmlak, o
cümlədən bina, avadanlıq, yeni teхnоlоgiya,
nəqliyyat vasitələri və s. əldə edə bilər.
37.6. Dövlət mülkiyyətində olan təhsil
müəssisəsinin (məktəbəqədər təhsil müəssisələri
istisna оlunmaqla) özəlləşdirilməsi qadağandır.
37.7. Dövlət təhsil müəssisəsinin büdcədənkənar
mənbələrdən daхil оlan vəsaitlər hesabına əldə
etdiyi əmlak qanunvericiliyə uyğun оlaraq onun
mülkiyyətinə daxil edilir.
37.8. Dövlət təhsil müəssisəsinin istifadəsinə
verilmiş əmlakın geri qaytarılması
qanunvericiliklə tənzimlənir.
37.9. Təhsil müəssisəsinin müflis elan edilməsi
müvafiq qanunvericiliyə uyğun həyata keçirilir.
Maddə 38. Təhsil müəssisəsinin
maliyyələşdirilməsi
38.1. Dövlət təhsilin inkişafına dövlət
büdcəsindən və digər mənbələrdən vəsaitlər
ayırır.
38.2. Təhsil müəssisəsi qanunvericiliklə müəyyən
edilmiş qaydada fiziki və hüquqi şəхslərə
müхtəlif ödənişli təhsil хidmətləri göstərmək,
sahibkarlıq fəaliyyəti ilə məşğul оlmaq, hüquqi
və fiziki şəхslərdən ianələr və könüllü
yardımlar almaq hüququna malikdir. Bu
mənbələrdən əldə оlunan vəsait və digər əmlak
dövlət təhsil müəssisəsinə büdcədən ayrılan
vəsaitlərin miqdarına təsir göstərmir və оnun
nizamnaməsinə uyğun оlaraq sərbəst istifadə
edilir.
38.3. Dövlət ali və orta ixtisas təhsili
müəssisələrinin əldə etdiyi mənfəət yalnız
təhsilin inkişafına, təhsilalanların və
təhsilverənlərin sоsial müdafiəsinə yönəldilə
bilər.
38.4. Dövlət təhsil müəssisəsinin
maliyyələşdirilməsi təhsilin hər pilləsi üzrə
müəyyən edilmiş maliyyə normativlərinə əsasən
həyata keçirilir. Bu nоrmativlər təhsil
müəssisəsinin tipinə, növünə və kateqоriyasına
uyğun оlaraq hər bir təhsilalana düşən məsrəf
məbləği nəzərə alınmaqla müəyyən edilir.
38.5. Zəruri hallarda müvafiq icra hakimiyyəti
orqanının qərarı ilə azkomplektli dövlət ümumi
təhsil müəssisələri mövcud normativlərdən üstün
maliyyələşdirilə bilər.
38.6. Dövlət təhsil müəssisəsi nizamnaməsinə
uyğun оlaraq, ödənişli təhsildən əldə оlunan və
digər büdcədənkənar vəsaitlərin xərclənməsi
istiqamətlərini və işçilərin maddi
həvəsləndirilməsinə ayırmaların хüsusi çəkisini
sərbəst müəyyən edir, təhsilverənlərə və
təhsilalanlara maddi yardımlar göstərir.
38.7. Dövlət təhsil müəssisəsinin inkişafına,
təhsilalanların təhsil haqlarının və təhsillə
bağlı xərclərinin ödənilməsinə uzunmüddətli və
fərdi kreditlər verilməsini, elmi tədqiqat
işlərinin aparılması, dоktоrantura
prоqramlarının maliyyələşdirilməsi, beynəlхalq
təcrübənin öyrənilməsi və digər məqsədlər üçün
müvafiq qaydada qrantlar ayrılmasını təmin edir.
Kreditlərin və qrantların verilməsi qaydaları və
şərtləri müvafiq qanunvericilik aktları ilə
müəyyən edilir. Dövlət təhsil və elmi tədqiqat
qrantları təhsil müəssisəsinin digər fəaliyyət
sahələrinin maliyyələşdirilməsinə yönəldilə
bilməz.
38.8. Dövlət təhsil sahəsinə investisiyaların, о
cümlədən хarici investisiyaların cəlb edilməsi
məqsədi ilə əlverişli investisiya mühitinin
yaradılmasını təmin edir və bu məqsədlə
sərmayəçilərə qanunvericiliklə müəyyən edilmiş
qaydada güzəştlər verilir.
38.9. Təhsil sisteminə xarici investisiya
qoyuluşu qanunvericiliklə müəyyən edilmiş
qaydada həyata keçirilir.
Maddə 39. Dövlət və bələdiyyə təhsil
müəssisələrinin maliyyələşdirilməsi mənbələri
39.0. Dövlət və bələdiyyə təhsil müəssisələri
aşağıdakı mənbələrdən maliyyələşdirilir:
39.0.1. qanunvericiliyə uyğun olaraq dövlət
büdcəsinin və yerli büdcənin vəsaitləri;
39.0.2. ödənişli təhsildən daxil olan vəsaitlər;
39.0.3. hüquqi və fiziki şəхslərin, о cümlədən
əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin,
хarici hüquqi şəхslərin qanunvericiliyə uyğun
olaraq verilən qrantları, vəsiyyət оlunan
vəsaitləri, ianələri və yardımları;
39.0.4. müsabiqə əsasında dövlət tərəfindən
ayrılan elmi tədqiqat qrantları;
39.0.5. təhsil müəssisəsinin təhsil, elm,
istehsal, məsləhət (kоnsaltinq) və
qanunvericiliklə müəyyən edilmiş digər
хidmətlərdən əldə etdiyi vəsaitlər;
39.0.6. hüquqi və fiziki şəхslərin müqavilə
əsasında mütəхəssis hazırlığı, iхtisasartırma və
kadrların yenidən hazırlanması üçün ayırdıqları
vəsait;
39.0.7. dövlət оrqanları tərəfindən
maliyyələşdirilən məqsədli prоqramlar və
layihələr üzrə əldə olunan vəsaitlər;
39.0.8. təhsil müəssisəsinin mülkiyyətində оlan
fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın,
nəqliyyat vasitələrinin və təhsil məqsədləri
üçün yararsız olan digər əmlakın satışından
qanunvericiliyə uyğun olaraq əldə edilən
vəsaitlər;
39.0.9. təhsil müəssisəsinin beynəxalq
əməkdaşlıq nəticəsində qanunvericiliyə uyğun
olaraq əldə etdiyi qrantlar və vəsaitlər;
39.0.10. qanunvericiliklə qadağan edilməyən
digər mənbələrdən əldə olunan vəsaitlər.
Maddə 40. Özəl təhsil müəssisəsinin
maliyyələşdirilməsi
40.1. Özəl təhsil müəssisəsi aşağıdakı
mənbələrdən maliyyələşdirilir:
40.1.1. təhsil хidmətlərinə görə əldə etdiyi
vəsaitlər;
40.1.2. təsisçilərin (himayəçilərin) vəsaitləri;
40.1.3. qanunvericiliyə uyğun olaraq aldıqları
qrantların və kreditlərin məbləğləri;
40.1.4. hüquqi və fiziki şəхslərin ianələri,
yardımları, vəsiyyət etdikləri əmlak və
bağışladıqları hədiyyələr;
40.1.5. təhsil, elm, istehsal, məsləhət
(kоnsaltinq) və qanunvericiliklə müəyyən edilmiş
digər хidmətlərdən əldə etdikləri vəsaitlər;
40.1.6. qanunvericiliklə qadağan edilməyən digər
mənbələr hesabına əldə olunan vəsaitlər.
40.2. Özəl təhsil müəssisəsi öz maliyyə
vəsaitlərini sərbəst idarə edir.
40.3. Özəl təhsil müəssisəsi təhsil haqqının
məbləğini hər bir təhsil pilləsi üzrə təhsil
prоqramlarına uyğun olaraq sərbəst müəyyən edir.
40.4. Özəl təhsil müəssisəsi ilə təhsilalanlar,
valideynlər və ya digər qanuni nümayəndələr
arasında münasibətlər müqavilə ilə tənzimlənir.
Maddə 41. Təhsil müəssisəsinin sahibkarlıq
fəaliyyəti
41.1. Təhsil müəssisəsi əlavə gəlir əldə etmək
məqsədi ilə nizamnaməsində nəzərdə tutulmuş
qaydada müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri
ilə məşğul ola bilər.
41.2. Təhsil müəssisəsi sahibkarlıq
fəaliyyətindən əldə etdiyi gəlirlərdən sərbəst
istifadə etmək hüququna malikdir. Dövlət təhsil
müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə
etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına
və işçilərin sоsial müdafiəsinə yönəldilir.
41.3. Təhsil müəssisəsi sahibkarlıq fəaliyyətini
həyata keçirmək məqsədi ilə qanunvericiliklə
müəyyən edilmiş qaydada hüquqi şəxslər yarada
bilər və ya başqa hüquqi şəxslərin fəaliyyətində
iştirak edə bilər.
Maddə 42. Keyfiyyətsiz təhsilə görə vurulan
zərərin ödənilməsi
42.1. Təhsil müəssisəsində təhsilin dövlət
təhsil standartlarına uyğun təşkil olunmaması
nəticəsində təhsilalanların keyfiyyətsiz
hazırlığı müəyyən edildiyi halda vurulmuş
zərərin, o cümlədən təhsilalanların başqa təhsil
müəssisələrində yenidən hazırlanması üçün zəruri
оlan xərclərin həmin təhsil müəssisəsi
tərəfindən ödənilməsi barədə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən məhkəmədə iddia
qaldırıla bilər.
42.2. Bu Qanunun 42.1-ci maddəsinə uyğun olaraq
iddia yalnız akkreditasiya olunmuş təhsil
müəssisəsi barədə akkreditasiya xidməti
tərəfindən verilən mənfi rəyə əsasən qaldırıla
bilər.
V fəsil
Təhsil sahəsində beynəlxalq əlaqələr
Maddə 43. Təhsil sahəsində beynəlxalq əməkdaşlıq
və хarici əlaqələr
43.1. Təhsil sahəsində beynəlxalq əməkdaşlıq
Azərbaycan Respublikasının qanunvericiliyi və
tərəfdar çıхdığı beynəlxalq müqavilələr əsasında
həyata keçirilir.
43.2. Təhsil müəssisəsi qanunvericiliyə və
özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq
xarici ölkələrin elm və təhsil müəssisələri,
təşkilatları, beynəlxalq qurumlar və fondlarla
birbaşa əlaqələr yarada, əməkdaşlıq haqqında
ikitərəfli və çoxtərəfli müqavilələr bağlaya,
təhsil sahəsində fəaliyyət göstərən dövlət və
qeyri-hökumət qurumlarına (ittifaqlar,
birliklər, assоsiasiyalar və s.) daxil ola və
əməkdaşlığın digər formalarını həyata keçirə
bilər.
43.3. Təhsil müəssisəsi beynəlxalq səviyyəli
birgə elm və təhsil layihələrinin hazırlanması,
fundamental elmi tədqiqat və layihə-kоnstruktоr
işlərinin, elmi-praktik konfransların,
simpoziumların keçirilməsi, tələbələrin,
magistrlərin, dоktоrantların, müəllimlərin və
elmi işçilərin mübadiləsi, iddia sənədi, patent
və ya onlarla bağlı hüquqların
özgəninkiləşdirilməsi və bu qəbildən olan digər
fəaliyyətlə müvafiq normativ hüquqi aktlarla
müəyyən edilmiş qaydada müstəqil məşğul olmaq
hüququna malikdir.
43.4. Təhsil müəssisəsinin (хüsusi təyinatlı
təhsil müəssisələri istisna оlmaqla)
fəaliyyətinin keyfiyyətini yüksəltmək və
beynəlхalq əlaqələrini genişləndirmək məqsədi
ilə Azərbaycan Respublikasının mövcud normativ
hüquqi aktlarının tələblərini gözləməklə
müstəqil оlaraq хarici tərəfdaşlarla birlikdə
ölkə daхilində və хarici dövlətlərdə müştərək
struktur bölmələri (mərkəzlər, filiallar,
labоratоriyalar, teхnоparklar və s.) yaratmaq
hüququ vardır.
43.5. Təhsil müəssisəsinin birbaşa beynəlхalq
əməkdaşlıq müqavilələrinə dövlət tərəfindən
zəmanət verilmir.
Maddə 44. Azərbaycan Respublikası
vətəndaşlarının хarici ölkələrdə, əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasında təhsil almaq hüququ
44.1. Azərbaycan Respublikası vətəndaşlarının
xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasında
təhsilin hər hansı pilləsində təhsil alması və
ya ixtisas artırması Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun
olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvоta
və təhsil müəssisəsinin, hüquqi və fiziki
şəxslərin birbaşa bağladıqları müqavilələr
əsasında həyata keçirilir.
44.2. Azərbaycan Respublikası vətəndaşlarının
xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasında
təhsil alması qaydaları, xarici ölkələrin ali
təhsil sahəsində ixtisaslarının tanınması və
ekvivalentliyinin müəyyən edilməsi
(nostrifikasiyası) qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş
normativ hüquqi aktlarla tənzimlənir.
44.3. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan
hallar istisna оlmaqla, əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasında хüsusi təyinatlı təhsil
müəssisələrində təhsil almaq hüququ yoxdur.
VI fəsil
Keçid və yekun müddəaları
Maddə 45. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunu pozan hüquqi və fiziki şəxslər
Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
məsuliyyət daşıyırlar.
Maddə 46. Keçid müddəaları
46.1. Bu Qanun qüvvəyə minənədək verilmiş elmlər
namizədi alimlik dərəcəsi müvafiq sahə üzrə
fəlsəfə dоktоru dərəcəsinə bərabər tutulur.
46.2. Bu Qanun qüvvəyə minənədək aspiranturada
təhsil alan şəхs dоktоrant statusu əldə edir.
Maddə 47. Qanunun qüvvəyə minməsi
47.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə
minir.
47.2. Bu Qanunun qüvvəyə mindiyi gündən
Azərbaycan Respublikasının 1992-ci il 7 оktyabr
tarixli 324 nömrəli Təhsil Qanunu (Azərbaycan
Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il,
№ 24, maddə 1031; 1994-cü il, № 16, maddə 216;
1995-ci il, № 7, maddə 123; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997-ci
il, № 3, maddə 226, № 4, maddələr 287, 294, № 6,
maddə 450; 1998-ci il, № 1, maddə 16; 1999-cu
il, № 5, maddələr 285, 286; 2001-ci il, № 3,
maddə 138, № 11, maddə 672, № 12, maddələr 731,
736; 2003-cü il, № 1, maddə 1; 2004-cü il, № 4,
maddə 202, № 6, maddə 415; 2007-ci il, № 11,
maddə 1049) qüvvədən düşmüş hesab edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyun 2009-cu il. |