· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 


B.e ç.a ç C.a C. Ş. B.
          1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31

 

 

...Dünyanın inkişaf etmiş ölkələrinin, yüksək səviyyəli universitetlərin, institutların imkanlarından Azərbaycanın gələcəyi üçün, dəyərli kadr hazırlanması üçün bundan sonra da səmərəli istifadə etməliyik.

 

Heydər ƏLİYEV

 

 

 

Təmir işləri davam etdirilir

 

Lənkəran ŞTŞ-dən bildirilir ki, yeni dərs ilinə hazırlığa hələ cari ilin iyun ayından başlanmışdır. Tədbirlər planına uyğun olaraq yay dövründə rayonun bütün tədris ocaqlarında başlanan təmir işləri, Lənkəran Şəhər İcra Hakimiyyəti, yerli icra və bələdiyyə orqanlarının, pedaqoji kollektivlərin və ayrı-ayrı iş adamlarının imkanları hesabına davam etdirilir.

Təmir zamanı əsasən ağartma, qapı, pəncərə, döşəmə və dam örtüklərinin sıradan çıxmış hissələrinin dəyişdirilməsinə xüsusi diqqət yetirilir. Şəhərin birtipli layihə əsasında tikilmiş 1, 3, 4, 6, 9, 10 nömrəli internat məktəblərində istilik sistemi və qazanxananın yenidən qurulması prosesi başa çatmış, şəhər 1, 4, 7 nömrəli orta və Velədi kənd əsas məktəbi, şəhər 3, 7, 15 və 17 nömrəli uşaq bağçalarında əsaslı təmir işləri aparılmış və bu iş davam etdirilir.

Eyni zamanda yeni dərs ili üçün məktəblərin dərslik , bədii ədəbiyyat, əyani vəsaitlərlə, sinif jurnalları ilə təmin edilməsi üçün zəruri işlər görülmüşdür.

 

 

Son tamamlama işləri aparılır

 

 "Bilik günü" ərəfəsində Gəncə şəhərində Ş.İ.Xətai adına 13 nömrəli orta məktəbin 960 şagird yerlik yeni binasını istifadəyə vermək nəzərdə tutulmuşdur. Artıq binada son tamamlama işləri aparılır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin vəsaiti hesabına inşa edilən məktəb binası inventar və avadanlıqlarla təmin olunmuşdur.

 

 

 

 

Azərbaycan təhsili: yaxın keçmişə,

bu günə və gələcəyə bir baxış

 

(Əvvəli qəzetimizin ötən saylarında)

 

Hörmətli oxucular, ötən məqalədə orta ixtisas təhsilinin təşəkkülü, bu sahədə dünya təcrübəsi və həyata keçirilən tədbirlər barədə məlumat vermişdim. Bu məqalədə görülmüş digər işlərə diqqətinizi cəlb etməklə yanaşı, mövcud problemlər və perspektivlərlə əlaqədar düşüncələrimi bölüşmək istəyirəm.

Əvvəlcə ölkəmizin təhsil və mədəniyyət tarixində müstəsna xidmətləri olan üç orta ixtisas təhsili müəssisəsi barədə fikirlərimi bildirmək istəyirəm.

Həmin orta ixtisas məktəblərindən biri 100 illik tarixi olan və hazırda Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Musiqi Kollecidir ki, onun respublikamız üçün musiqi və bəstəkar kadrlarının hazırlanmasında əvəzsiz xidmətləri olmuşdur.

Xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alan tələbələrlə görüş keçirildi

 

Avqustun 20-də Təhsil Nazirliyində xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alan tələbələrlə görüş keçirildi.

Tədbiri təhsil naziri Misir Mərdanov açaraq xarici ölkələrin tanınmış ali məktəblərində təhsil alan gəncləri Təhsil Nazirliyində görməkdən məmnunluq hissi keçirdiyini söylədi.

 

 

 

Onlar 700 bal toplamışlar

 

Artıq üçüncü ildir ki, ali məktəblərə qəbul imtahanlarında ən yüksək - 700 bal zirvəsi fəth olunur. Bu il estafeti Fəridə Musayeva və Ucal Ağaməmmədov davam etdirmişlər. Artıq tələbə adını qazanmış hər iki gənc 700 ballıq nəticə ilə nəinki imtahan verdikləri III qrupun, bütövlükdə builki abituriyentlərin liderlərinə çevrilmişlər. Onları oxucularımıza təqdim edirik.

"Repetitorluq məktəbi" vacibdir

 

Hörmətli oxucular! Artıq bir neçə ildir ki, mətbuatda, hətta bəzi rəsmi tədbirlərdə repetitorluq haqında ciddi tənqidlər söylənilir, bir çox hallarda onun təhsilin inkişafına mənfi təsir etdiyi qeyd olunur. Hesab edirəm ki, bu fikirlər olduqca yanlışdır və bu fikirlərin müəllifləri dünyanın ən inkişaf etmiş dövlətlərinin təhsil sistemləri haqqında təsəvvürlərə malik deyillər. Bu fikirlərimi sübut etməzdən əvvəl dünyanın bir çox dövlətlərində təhsil sistemləri və repetitorluq haqqında bir neçə söz demək istərdim.

Dünya universitetləri

 

Harvard Universiteti

 

Harvard Universiteti ABŞ-ın ən qədim ali təhsil ocağıdır. Ali məktəbin kampusu Massaçusets ştatının Kembric şəhərində yerləşir və 154 hektarlıq ərazini əhatə edir. Devizi - Həqiqət (Veritas), simvolu tünd qırmızı rəngdir.   Universitet koloniyaçıların Amerika qitəsinə gəlişindən 16 il sonra - 8 sentyabr 1636-cı ildə yaradılıb. Universitetin tarixi Massaçusets vilayəti Ali Məhkəməsinin  qərarı  ilə  Harvard  kollecinin  yaradılmasından başlayır. 

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

 

Son iki ildə dövlətimizin başçısının müvafiq sərəncamına uyğun olaraq ölkəmizdə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri keçirilməyə başlanmışdır. Müsabiqələrin keçirilməsi ilə bağlı ölkə Prezidentinin təsdiq etdiyi "Qaydalar"a əsasən məktəb rəhbərləri və müəllimlər bu prosesin 3-cü mərhələsində Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış edirlər. Təbii ki, məktəb rəhbərləri məktəbin idarəolunması prinsipləri əsasında təlim-tərbiyə işinin qurulması, əldə olunan nailiyyətlər, işdəki problemlər və onların həlli yolları barədə məlumat verir, təkliflər irəli sürürlər.

Layihə

 

 

 

 

Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Ana dili fənni kurikulumu (V-XI siniflər)