|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Yüksək təhsil səviyyəsi olmasa, peşəkarlıq olmasa, gənclər ən mütərəqqi texnologiyalara yiyələnməsələr, həqiqətən inkişaf etmiş dövlət qurmaq mümkün deyildir. Buna görə də təhsil bizim üçün prioritet sahədir.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
|
Müəllimlərin işə qəbulunun yeni mexanizmi hazırlanıb
Təhsil Nazirliyində müəllimlərin ümumtəhsil məktəblərindəki vakant yerlərə işə qəbulu üçün yeni mexanizm hazırlanıb. Yeni dərs ilindən Bakının, gələn ildən isə ölkənin digər bölgələrinin ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu yeni qaydada, elektron ərizə forması tətbiq edilməklə aparılacaq. Bu haqda müxbirimizə məlumat verən nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov bildirib ki, yenilik, ilk növbədə, Bakı şəhərində tətbiq olunacaq. İki mərhələdə keçirilməsi nəzərdə tutulan işə qəbul prosesinin birinci mərhələsində işə girmək istəyən müəllimlər elektron ərizə formasını doldurmalı olacaqlar.
Azərbaycan ilə Latviya arasında təhsil sahəsində əməkdaşlıq genişlənir
Avqustun 10-da Qərb Universitetində "Azərbaycan-Latviya Biznes Forumu" çərçivəsində "dəyirmi masa" keçirilmişdir. Tədbirdə ayrı-ayrı ali təhsil müəssisələrinin nümayəndələri iştirak etmişlər. Qərb Universitetinin rektor əvəzi Zemfira Məmmədova Prezident İlham Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini vurğulamışdır. Azərbaycanın Avropa təhsil məkanına - Boloniya prosesinə qoşulduğunu xatırladan Z.Məmmədova Qərb Universitetində bu prosesin tələblərinə uyğun tədbirlərin həyata keçirildiyini vurğulamışdır.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azərbaycan təhsili: yaxın keçmişə,
(Əvvəli qəzetimizin ötən saylarında)
Hörmətli oxucular, bu məqalədə ölkənin təhsil sisteminin vacib pillələrindən biri olan orta ixtisas təhsili, əmək bazarının tələbatına uyğun kadr hazırlığı, bu sahədəki problemlər və perspektivlər barədə məlumat verməyə çalışacağam. Məlumdur ki, Azərbaycanda orta ixtisas təhsili ümumi orta və orta ixtisas təhsili proqramlarını həyata keçirir. Onun məqsədi respublikanın iqtisadiyyatı və sosial sferanın bütün sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisaslı mütəxəssislər hazırlamaqdan ibarətdir. Orta ixtisas təhsili müəssisələri praktik istehsalatyönümlü mütəxəssislər hazırlamaqla şəxsiyyətin kütləvi peşə təhsili almasını və eyni zamanda ümumtəhsil və mədəni səviyyəsinin yüksəldilməsini təmin edir. YUNESKO-nun Beynəlxalq Təhsil Klassifikatorunda orta ixtisas təhsili universitetəqədərki təhsilə bərabər tutulur. |
Təhsil işçilərinin 2009-cu il sentyabr konfranslarının keçirilməsi haqqında
Başa vurduğumuz 2008-2009-cu dərs ili bir sıra əlamətdar hadisələrlə yaddaqalan olmuşdur. Bu dərs ilində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1999-cu ildən həyata keçirilən təhsil islahatlarının real nəticələrindən biri kimi dünya təcrübəsi əsasında hazırlanmış yeni fənn kurikulumları və dərslik komplektləri I siniflərdən etibarən tətbiq olunmağa başlanmış, dövlət başçısının sərəncamı ilə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı, Azərbaycan hökuməti tərəfindən bilavasitə ümumi təhsilin inkişafına və keyfiyyətinin yüksəldilməsinə yönəlmiş Qiymətləndirmə Konsepsiyası təsdiq edilmiş, ümumi təhsil sistemində aparılan islahatlar çərçivəsində Dünya Bankının maliyyə yardımı ilə Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin icrası barədə qərar qəbul olunmuşdur. |
Barak OBAMA: "Elm indi əvvəllər olduğundan daha çox lazımdır"
ABŞ prezidenti Barak Obamanın Amerika Milli Elmlər Akademiyasının 27 aprel 2009-cu il tarixində keçirilmiş İllik Yığıncağında etdiyi çıxışın tam mətnini oxucuların diqqətinə təqdim edirik. PREZİDENT: Gözəl giriş nitqinə görə təşəkkür edirəm. Prezident Siseron1, sədrliyiniz və bu gün bizi qəbul etdiyiniz üçün Sizə təşəkkür edirəm. Con Holdren2, böyük işlərinizə görə Sizə minnətdaram. Mənə elə indicə xəbər verdilər ki, Ralf və Con hər ikisi 1965-ci ildə Massaçusets Texnologiya İnstitutunu bitirmişdir, onlar eyni ilin məzunlarıdırlar. Bunun ciddi elmi yanaşma olduğundan əmin olmasam da, deyə bilərəm ki, onlar bir növ nəzarət qrupu formalaşdırmışlar: |
Yeni dərs ilinə hazırlıqla bağlı müşavirə keçirilib
Avqustun 10-da Təhsil Nazirliyində növbəti tədris ilinə hazırlıqla bağlı müşavirə keçirilib. Müşavirədə təhsil naziri Misir Mərdanov yeni dərs ili ərəfəsində qarşıda duran mühüm vəzifələr, təhsil ocaqlarının 2009-2010-cu tədris ilinə hazırlığı, məktəblərin İKT ilə təminatı, yeni dərsliklərin nəşri, buraxılış imtahanları, təmir, tikinti, təchizat məsələləri barədə söz açıb. Nazir Azərbaycan təhsilinə göstərilən dövlət qayğısından, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində görülmüş işlərdən, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən tədbirlərdən bəhs edib. |
Bu il 3 ali təhsil müəssisəsində Təhsilin əsasları fənni tədris olunacaq
Avqustun 12-də Təhsil Nazirliyində Təhsilin əsasları dərs vəsaitinin müzakirəsinə həsr olunmuş tədbir keçirilib. Təhsil Nazirliyi ilə Dünya Bankının həyata keçirdiyi birgə layihəyə uyğun olaraq Təhsilin əsasları fənninin ali məktəblərdə tədrisinin nəzərdə tutulduğunu bildirən təhsil naziri Misir Mərdanov ilk mərhələdə bu fənnin pilot layihəsi kimi 3 ali məktəbdə - Azərbaycan Müəllimlər İnstitutunda, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Gəncə Dövlət Pedaqoji Universitetində keçiriləcəyini diqqətə çatdırıb. Nazir qeyd edib ki, yerli və xarici məsləhətçilərdən ibarət işçi qrupunun səmərəli fəaliyyəti sayəsində ərsəyə gələn dərs vəsaiti müzakirələrdən sonra daha da təkmilləşdiriləcək, nəşr olunub müəllim və tələbələrə çatdırılacaqdır.
|
Xüsusi istedada malik şagirdlər üçün yay təlim-istirahət düşərgəsi açılıb
Təhsil Nazirliyinin "Xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması tədbirləri haqqında" 19 iyun 2009-cu il tarixli əmrinə müvafiq olaraq avqustun 10-da Bakının Şüvəlan qəsəbəsində istedadlı uşaqlar üçün yay təlim-istirahət düşərgəsi fəaliyyətə başlayıb. 16 nömrəli internat məktəbin bazasında açılmış düşərgəyə, ötən il olduğu kimi, bu il də riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə yerlərdə aşkara çıxarılmış istedadlı şagirdlər arasından ən istedadlıları müəyyənləşdirmək məqsədi ilə 26-27 may 2009-cu il tarixində Bakı şəhərində aparılmış təkrar seçim zamanı ən yüksək bal toplayan 50 şagird cəlb olunub. Təhsil Nazirliyi Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədovdan aldığımız məlumata görə, düşərgənin açılışında məqsəd istedadlı uşaqların istirahətini təşkil etmək, öz potensial imkanlarını daha da artırmaq, bir-birləri ilə yaxından tanış olmaq, görkəmli alimlərlə təmas qurmaq üçün onlara şərait yaratmaqdır. |
Azərbaycanda ağırlıqqaldırma idmanının yaxşı ənənələri var. Bu ənənələr öz başlanğıcını 1946-cı ildən götürür. Həmin il respublikamızın idman tarixində özünə layiqli yer etmiş Əhməd Məmmədoğlu ən yüngül çəkidə dünya rekordu qazanmışdır. Sonralar ənənələri davam etdirənlər arasında Vahid Nəzərov da olmuşdur. "Təhsil" Respublika İdman Mərkəzi Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin ağır atletika bölməsinin, eyni zamanda "Təhsil" Respublika İdman Mərkəzinin və milli yığma komandanın baş məşqçisi Nəzərov Vahid Əliş oğlu əmək fəaliyyətinə 1980-ci ildən məşqçi-müəllim kimi başlamışdır. İşlədiyi müddət ərzində ağır atletika idman növünün inkişaf etdirilməsində, yüksək dərəcəli idmançıların hazırlanmasında, o cümlədən həmin idman növü üzrə kadrların yetişdirilməsində xüsusi xidmətləri olmuşdur. |