|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Xüsusi istedada malik şagirdlər üçün yay təlim-istirahət düşərgəsi açılıb
Təhsil Nazirliyinin "Xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması tədbirləri haqqında" 19 iyun 2009-cu il tarixli əmrinə müvafiq olaraq avqustun 10-da Bakının Şüvəlan qəsəbəsində istedadlı uşaqlar üçün yay təlim-istirahət düşərgəsi fəaliyyətə başlayıb. 16 nömrəli internat məktəbin bazasında açılmış düşərgəyə, ötən il olduğu kimi, bu il də riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə yerlərdə aşkara çıxarılmış istedadlı şagirdlər arasından ən istedadlıları müəyyənləşdirmək məqsədi ilə 26-27 may 2009-cu il tarixində Bakı şəhərində aparılmış təkrar seçim zamanı ən yüksək bal toplayan 50 şagird cəlb olunub. Təhsil Nazirliyi Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədovdan aldığımız məlumata görə, düşərgənin açılışında məqsəd istedadlı uşaqların istirahətini təşkil etmək, öz potensial imkanlarını daha da artırmaq, bir-birləri ilə yaxından tanış olmaq, görkəmli alimlərlə təmas qurmaq üçün onlara şərait yaratmaqdır. Uşaqların istirahətlərini mənalı keçirmələri üçün zəngin tədbirlər planı hazırlanıb. Görkəmli alimlərin uşaqlarla görüşlərinin təşkili, onlarla məşğələlər, söhbətlər aparması, müəyyən tapşırıqlar, layihələr üzərində çalışdırmaları, uşaqlar arasında müsabiqələrin, diskussiyaların, mədəni-kütləvi tədbirlərin keçirilməsi, qəsəbənin yerləşdiyi Əzizbəyov rayonunun, habelə paytaxtın bir sıra tarixi abidələrinə, görməli yerlərinə ekskursiyaların təşkili nəzərdə tutulub. Yay təlim-istirahət düşərgəsi 2 həftə davam edəcək.
Y.ƏLİYEV
|