|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
A.T.Rasizadənin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 4-cü bəndinə uyğun olaraq qərara
alıram: 1. Artur Tahir oğlu Rasizadə
Azərbaycan Respublikasının Baş naziri
vəzifəsinə təyin edilsin. 2. Bu sərəncam imzalandığı
gündən qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 29 oktyabr 2008-ci
il
|
Azərbaycan Respublikası nazirlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 1. Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini
rəhbər tutaraq qərara alıram: Azad Arif oğlu Rəhimov Azərbaycan
Respublikasının gənclər və idman naziri; Eldar Əhməd oğlu Mahmudov
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri;
Elmar Məhərrəm oğlu
Məmmədyarov Azərbaycan Respublikasının xarici işlər
naziri; Əbülfəz Mürsəl oğlu Qarayev
Azərbaycan Respublikasının mədəniyyət və
turizm naziri; Əli Məmməd oğlu Abbasov
Azərbaycan Respublikasının rabitə və informasiya
texnologiyaları naziri; Fazil Əsəd oğlu Məmmədov
Azərbaycan Respublikasının vergilər naziri; Fikrət Fərrux oğlu Məmmədov
Azərbaycan Respublikasının ədliyyə naziri; Füzuli Həsən oğlu Ələkbərov
Azərbaycan Respublikasının əmək və əhalinin
sosial müdafiəsi naziri; Hüseynqulu Seyid oğlu Bağırov
Azərbaycan Respublikasının ekologiya və təbii
sərvətlər naziri; İsmət Dursun oğlu Abasov Azərbaycan
Respublikasının kənd təsərrüfatı naziri; Kəmaləddin Fəttah oğlu
Heydərov Azərbaycan Respublikasının fövqəladə
hallar naziri; Misir Cumayıl oğlu Mərdanov
Azərbaycan Respublikasının təhsil naziri; Natiq Ağaəmi oğlu Əliyev
Azərbaycan Respublikasının sənaye və energetika naziri;
Oqtay Kazım oğlu Şirəliyev
Azərbaycan Respublikasının səhiyyə naziri; Ramil İdris oğlu Usubov Azərbaycan
Respublikasının daxili işlər naziri;
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azərbaycan Respublikası Baş nazirinin müavinlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 1. Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini
rəhbər tutaraq qərara alıram: Yaqub Abdulla oğlu Eyyubov Azərbaycan
Respublikası Baş nazirinin birinci müavini; Abid Qoca oğlu Şərifov Azərbaycan
Respublikası Baş nazirinin müavini; Elçin İlyas oğlu Əfəndiyev
Azərbaycan Respublikası Baş nazirinin müavini; Əli Şamil oğlu Həsənov
Azərbaycan Respublikası Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin sədri, Azərbaycan Respublikası Baş
nazirinin müavini təyin edilsinlər. 2. Bu sərəncam imzalandığı
gündən qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 31 oktyabr 2008-ci
il
|
Noyabrın
5-də Təhsil Nazirliyində "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
görülən işlər və mövcud problemlərə dair
müşavirə keçirilib. Müşavirədə təhsil naziri Misir
Mərdanov, təhsil nazirinin müavini Elmar Qasımov,
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı
direktoru Şahmar Mövsümov, Təhsil Nazirliyinin müvafiq
struktur bölmə rəhbərləri və Dövlət Neft
Fondunun bir neçə əməkdaşı iştirak
ediblər. Tədbirdə Misir Mərdanov çıxış edərək müvafiq proqram üzrə dünyanın bir sıra nüfuzlu təhsil qurumları ilə yaradılan əlaqələr, bu təşkilatlarla imzalanan müqavilələr, 2 il ərzində qazanılan uğurlar barədə məlumat verib. |
Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqlarının III forumu keçirildi
Forum türkdilli dövlətlər arasında
əlaqələrin möhkəmlənməsinə, təcrübə
mübadiləsinin aparılmasına imkan verəcək Noyabrın 3-də Bakıda
Beynəlxalq Avrasiya Təhsil İşçiləri
Həmkarlar İttifaqlarının III forumu keçirildi. Forumdan əvvəl tədbir iştirakçıları
Fəxri xiyabana gələrək ümummilli lider Heydər
Əliyevin əziz xatirəsini ehtiramla yad etdilər,
məzarı önünə əklil qoydular. İştirakçılar
görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım
Əliyevanın da məzarını ziyarət etdilər.
Forum iştirakçıları həmçinin
Şəhidlər xiyabanına gedərək Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid
olanların xatirəsini andılar. |
Paytaxt məktəblərinə reydlərimiz davam edir Budəfəki reydlərimiz Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin və
"Xəzər" televiziyasının əməkdaşları
ilə birgə keçirildi Noyabrın 6-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin vəziyyətini öyrənmək, mövcud nöqsan və çatışmazlıqların aşkara çıxarılması məqsədi ilə idarə əməkdaşlarının KİV nümayəndələri ilə birlikdə keçirdiyi reydə paytaxtın 258 nömrəli məktəbindən başlandı. Təhsil ocağının II "Q", II "A", XI "A", XI "D" və IX "A" siniflərinin hər birində bir-iki şagird dərsə gəlməmişdi. |