· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

A.T.Rasizadənin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 4-cü bəndinə uyğun olaraq qərara alıram:

1. Artur Tahir oğlu Rasizadə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilsin.

2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 oktyabr 2008-ci il

 

 

 

 

 

Azərbaycan Respublikası Baş nazirinin müavinlərinin təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Yaqub Abdulla oğlu Eyyubov Azərbaycan Respublikası Baş nazirinin birinci müavini;

Abid Qoca oğlu Şərifov Azərbaycan Respublikası Baş nazirinin müavini;

Elçin İlyas oğlu Əfəndiyev Azərbaycan Respublikası Baş nazirinin müavini;

Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilsinlər.

2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 oktyabr 2008-ci il

 

 

 

 

 

 

Azərbaycan Respublikası nazirlərinin təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azad Arif oğlu Rəhimov Azərbaycan Respublikasının gənclər və idman naziri;

Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri;

Elmar Məhərrəm oğlu Məmmədyarov Azərbaycan Respublikasının xarici işlər naziri;

Əbülfəz Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri;

Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri;

Fazil Əsəd oğlu Məmmədov Azərbaycan Respublikasının vergilər naziri;

Fikrət Fərrux oğlu Məmmədov Azərbaycan Respublikasının ədliyyə naziri;

Füzuli Həsən oğlu Ələkbərov Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri;

Hüseynqulu Seyid oğlu Bağırov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri;

İsmət Dursun oğlu Abasov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri;

Kəmaləddin Fəttah oğlu Heydərov Azərbaycan Respublikasının fövqəladə hallar naziri;

Misir Cumayıl oğlu Mərdanov Azərbaycan Respublikasının təhsil naziri;

Natiq Ağaəmi oğlu Əliyev Azərbaycan Respublikasının sənaye və energetika naziri;

Oqtay Kazım oğlu Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri;

Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının daxili işlər naziri;

Samir Rauf oğlu Şərifov Azərbaycan Respublikasının maliyyə naziri;

Səfər Axundbala oğlu Əbiyev Azərbaycan Respublikasının müdafiə naziri;

Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri;

Yavər Talıb oğlu Camalov Azərbaycan Respublikasının müdafiə sənayesi naziri;

Ziya Ərzuman oğlu Məmmədov Azərbaycan Respublikasının nəqliyyat naziri təyin edilsinlər.

2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 oktyabr 2008-ci il

 

 

 

 

 

 

 

Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransının Bakı şəhərində keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası beynəlxalq birliyin bərabərhüquqlu subyekti kimi dünyaya inteqrasiya siyasəti çərçivəsində Avropa Şurası ilə uğurlu əməkdaşlıq edir. Bu əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın nüfuzunun artmasına və təşkilata üzv dövlətlərlə münasibətlərin hərtərəfli inkişafına təkan vermişdir. Azərbaycanda mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi istiqamətində beynəlxalq səviyyəli silsilə tədbirlər həyata keçirilir. Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin iştirakı ilə "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransın geosiyasi mövqe baxımından sivilizasiyalar qovuşuğunda yerləşən Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsinə dair təklif belə tədbirlərdən biri kimi Avropa Şurasının rəhbərliyi tərəfindən dəstəklənmişdir.

Avropa Şurası ilə əməkdaşlığın Azərbaycan Respublikası üçün böyük əhəmiyyətini nəzərə alaraq qərara alıram:

1. Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransı 2008-ci il 1-4 dekabr tarixlərində Bakı şəhərində keçirilsin.

2. Konfransın hazırlanması və keçirilməsini təmin etmək məqsədi ilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

 

Təşkilat Komitəsinin sədri

 

Artur Rasizadə Azərbaycan Respublikasının Baş naziri

Təşkilat Komitəsinin üzvləri

 

Əbülfəz Qarayev     Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Elmar Məmmədyarov Azərbaycan Respublikasının xarici işlər naziri
Ramil Usubov Azərbaycan Respublikasının daxili işlər naziri
Əli Abbasov    Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri
Misir Mərdanov   Azərbaycan Respublikasının təhsil naziri
Oqtay Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri
Ziya Məmmədov Azərbaycan Respublikasının nəqliyyat naziri
Vaqif Axundov             Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi
Aydın Əliyev                  Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin səlahiyyətlərini icra edən
Hicran Hüseynova             Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini icra edən
Elçin Quliyev                  Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi səlahiyyətlərini icra edən
Cahangir Əsgərov             "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Kamran İmanov             Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər"  Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi

3. Təşkilat Komitəsi konfransın keçirilməsi ilə bağlı müvafiq tədbirlər planı hazırlasın və onun yerinə yetirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 noyabr 2008-ci il