|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqlarının III forumu keçirildi Forum
türkdilli dövlətlər arasında əlaqələrin möhkəmlənməsinə,
təcrübə mübadiləsinin aparılmasına imkan
verəcək Noyabrın
3-də Bakıda Beynəlxalq Avrasiya Təhsil İşçiləri
Həmkarlar İttifaqlarının III forumu keçirildi. Forumdan əvvəl tədbir iştirakçıları
Fəxri xiyabana gələrək ümummilli lider Heydər
Əliyevin əziz xatirəsini ehtiramla yad etdilər,
məzarı önünə əklil qoydular. İştirakçılar
görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım
Əliyevanın da məzarını ziyarət etdilər.
Forum iştirakçıları həmçinin
Şəhidlər xiyabanına gedərək Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid
olanların xatirəsini andılar. Sonra forum Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının akt zalında öz işinə başladı. Məlumat üçün bildirək ki, türkdilli dövlətlərin
Beynəlxalq Avrasiya Təhsil İşçiləri
Həmkarlar İttifaqları Birliyi 2006-cı ilin iyununda Türkiyə
Respublikasının paytaxtı
Ankara şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan
və Qırğızıstanın Təhsil İşçiləri Həmkarlar İttifaqları
rəhbərlərinin iştirakı ilə keçirilmiş
forumda təsis edilmişdir. Birliyin əsas məqsədi üzv ölkələrdə
təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının
və qanuni mənafelərinin müdafiəsini, demokratiyanın
və bərabərliyin inkişafını, əmək
şəraitinin yaxşılaşdırılmasına
nəzarəti, işləyənlərin peşə
və sosial statusunun artırılmasını
Beynəlxalq Avrasiya Təhsil İşçiləri
Həmkarlar İttifaqları Birliyi səviyyəsində
təmin etməkdir. Birliyin
II forumu 2007-ci ilin iyununda Qırğızıstan
Respublikasının İssık-Kul vilayətində keçirilib
və birgə əməkdaşlıq, fəaliyyət
barədə müvafiq memorandum imzalanıb. Hazırda Bakıda
keçirilən III forum daha bir türkdilli dövlətin - özbəkistan
Respublikasının Elm və Təhsil İşçiləri
Həmkarlar İttifaqının
Avrasiya Birliyinə daxil edilməsi ilə yaddaqalan
oldu. Bu quruma gələcəkdə digər türkdilli dövlətlərin
və muxtar respublikaların Elm və Təhsil İşçilərinin
Həmkarlar İttifaqlarının
daxil olması gözlənilir. Tədbiri Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri, millət vəkili
Səttar Mehbalıyev açaraq forum iştirakçılarını
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi adından salamladı.
Bu mühüm tədbirdə iştirak edən Türkiyə, Qazaxıstan,
Qırğızıstan və özbəkistandan olan
qonaqları burada görməyindən məmnunluq hissi
keçirdiyini bildirdi. S.Mehbalıyev forum iştirakçılarını
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin fəaliyyəti
ilə ətraflı tanış edərək dedi ki, qurum
360 min üzvü özündə birləşdirir. İttifaqda 5921
təşkilat, o cümlədən 75 şəhər, rayon
komitəsi, 4959 ilk həmkarlar ittifaqı komitəsi, 886
təmsilçi var. Bütün bunlara rəhbərliyi Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi həyata keçirir. ATİAHİ Respublika
Komitəsi üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının
və qanuni mənafelərinin müdafiəsini təmin
etmək üçün dövlət orqanları ilə qarşılıqlı
əməkdaşlıq çərçivəsində
fəaliyyət göstərir. Millət vəkili Səttar Mehbalıyev
qeyd etdi ki, üzvlərin sosial-iqtisadi
məsələlərinin həlli istiqamətində
verilən təkliflər dövlət və hökumət
tərəfindən hərtərəfli müdafiə olunur.
Onların əmək hüquqlarının, sağlamlıqlarının
qorunması, əmək haqlarının,
təqaüd və pensiyalarının, eləcə
də işsizliyə görə müavinətlərinin
həcminin artırılması
məqsədilə verilən təkliflərin
əksəriyyətinin qəbul edilməsi isə olduqca
təqdirəlayiqdir. Əmək Məcəlləsinə
edilən bir sıra əlavə dəyişikliklər
nəticəsində cəmiyyətdə həmkarlar
ittifaqlarının rolu və statusu daha da artıb. Son illər ölkəmizin iqtisadi
cəhətdən gücləndiyini, dünyada qüdrətli bir ölkə
kimi tanındığını deyən natiq bütün
sahələrdə inkişafın
durmadan artdığını söylədi. Onu da xüsusi vurğuladı
ki, artıq Azərbaycan kredit alan ölkədən kredit
verən bir ölkəyə çevrilib. ölkəmizə maraq gündən-günə
artmaqdadır. Bütün bunların ümummilli liderimiz Heydər
Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə başçısı
cənab İlham Əliyevin məqsədyönlü
fəaliyyətinin nəticəsi olduğunu bildirən
S.Mehbalıyev daha sonra respublikamızda təhsil
sahəsində görülən işlərə toxundu. Qeyd
etdi ki, təhsil tarixində ilk dəfə olaraq 14 inkişafyönümlü
Dövlət Proqramı təsdiq olunub və uğurla
həyata keçirilməkdədir. Dövlət başçısı
cənab İlham Əliyevin diqqət və qayğısı
nəticəsində son illərdə 300 min şagird
yerlik 1360 yeni məktəb binası tikilmiş, 300-dək
məktəb əsaslı təmir edilmiş, 506 təhsil
ocağı müasir avadanlıqlarla təmin olunmuşdur. ölkəmizdə təhsillə bağlı
görülən işlərdən söz açan S.Mehbalıyev
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO- nun
və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə reallaşdırılan bir sıra
proqramlardan, Fond tərəfindən həyata keçirilən
tədbirlərdən geniş danışdı. ölkəmizin bütün sahələrdə uğurlu
inkişafından bəhs edən natiq xalqımızın
ən ağrılı problemi olan
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə
toxundu. Münaqişənin Azərbaycan təhsilinə
zərbə vurduğunu söylədi. Bildirdi
ki, torpaqlarımızın 20 faizinin Ermənistan
Respublikası tərəfindən işğal edilməsi
nəticəsində Azərbaycan təhsilinə, onun
maddi-texniki bazasına böyük ziyan dəymişdir. Belə
ki, 1 milyondan artıq vətəndaşımız, o cümlədən
130 min şagird, 20 min müəllim öz yurd-yuvasından
didərgin düşmüşdür.
Eyni zamanda 1000-dək
təhsil müəssisəsi tamamilə dağıdılmışdır.
S.Mehbalıyev bu ürəkağrıdıcı faktı
forum iştirakçılarının nəzərinə çatdırdı.
Onu da əlavə etdi ki, ölkə başçısı cənab İlham
Əliyevin bu problemin həlli yolunda apardığı
məqsədyönlü işlər artıq dünya ölkələrinin
diqqətindədir. O, respublika Prezidenti cənab İlham
Əliyevin apardığı uğurlu daxili və xarici
siyasət nəticəsində tezliklə torpaqlarımızın
geri qaytarılacağına əminliyini ifadə etdi. ölkəmizdə gedən inkişaf,
tərəqqi haqqında qonaqlara ətraflı məlumat
verən S.Mehbalıyev daha
sonra Beynəlxalq Avrasiya
Təhsil İşçiləri Həmkarlar İttifaqları
Birliyinə üzv olan türkdilli dövlətlərin qarşısında
duran mühüm vəzifələrə toxundu. Forumda çıxış edən Türkiyə
Respublikasının Təhsil İşçiləri
Həmkarlar İttifaqı Komitəsinin sədri İsmail
Koncuk, Qazaxıstan Respublikasının Elm və Təhsil
İşçiləri Həmkarlar İttifaqı
Komitəsinin sədri Mayra Amantayeva, Qırğızıstan
Respublikasının Elm və Təhsil İşçiləri
Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin
sədri Asılbek Toktoqulov, özbəkistan Respublikasının
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
Mərkəzi Şurasının sədr müavini Muratcan
Şarifcanov Azərbaycan xalqının
qonaqpərvərliyini xüsusi vurğulayaraq
burada özlərini vətənlərində olduğu kimi
hiss etdiklərini söylədilər. Onlar bildirdilər ki, keçirilən forumlar türkdilli
dövlətlərin təhsil işçilərinin bir araya
gəlməsinə, respublikaların təhsil
sahəsində əldə etdikləri təcrübənin öyrənilməsinə,
ittifaq üzvlərinin sosial, iqtisadi rifahının gücləndirilməsi
istiqamətində görülən işlərlə yaxından
tanış olmağa, ölkələrarası əməkdaşlığın
genişləndirilməsinə, ən əsası isə
xalqlarımızın daha da yaxınlaşmasına
əlverişli imkanlar yaradır. çıxış
edənlər həmçinin öz ölkələrində
təhsil işçiləri həmkarlar ittifaqlarının
fəaliyyətindən, bununla bağlı görülən işlərdən
danışdılar. Sonra Beynəlxalq Avrasiya Təhsil İşçiləri
Həmkarlar İttifaqları Birliyinin III forumunun iştirakçıları
tərəfindən qətnamə qəbul olundu. Qətnamədə adıçəkilən
birliyə daxil olan Təhsil İşçiləri
Həmkarlar İttifaqları arasında informasiya və
təcrübə mübadiləsi aparmaq məqsədilə
ikitərəfli əlaqələrin genişləndirilməsi,
türkdilli xalqların bir-birilə dostluğunu daha da möhkəmləndirmək
məqsədilə təhsil işçiləri və ya
təhsil alanlardan ibarət kollektivlərin bədii yaradıcılıq
festivalının keçirilməsi, quruma
bütün türkdilli dövlət və muxtar respublikaların
qəbul edilməsi istiqamətində
fəaliyyətlərin gücləndirilməsi və
digər məsələlər öz əksini geniş tapmışdı. Qəbul edilmiş qətnamədə
Ermənistan Respublikasının Azərbaycan
ərazilərinin işğalı nəticəsində
130 mindən artıq şagirdin və 20 min müəllimin hüquqlarının
pozulması faktı pislənildi. Sonda Beynəlxalq Avrasiya Təhsil İşçiləri
Həmkarlar İttifaqları Birliyinin növbəti, IV
forumunun Qazaxıstan Respublikasında keçirilməsi
qərara alındı. Samirə KƏRİMOVA
|