· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Məktəblilər kompüterlə işləmək bacarığına həvəslə yiyələnirlər

Ağsu rayonunun ümumtəhsil məktəblərində "Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)"na uyğun olaraq bir sıra işlər görülmüşdür.

2006-cı ildən başlayaraq rayonun təhsil müəssisələrində kompüterlərin quraşdırılması işinə başlanılmışdır. Təhsil ocaqlarına 249 kompüter verilmişdir. Onlardan 194-ü Təhsil Nazirliyinin, 28-i Heydər Əliyev Fondunun, 27-si isə yerli büdcə vəsaiti hesabına alınaraq quraşdırılmışdır. Rayon məktəblərindən Ağsu şəhər 1 nömrəli liseyində, şəhər 2, şəhər 3, 4 nömrəli orta məktəblərində, internat orta məktəbində, Ərəbuşağı, Ərəbmehdibəy, Gəgəli, Bico, Qaraqoyunlu, Kəndoba, Padar, Növcü kənd orta məktəblərində təşkil edilmiş sinif otaqlarından istifadə ixtisaslı və kompüter bacarığı olan kadrlara tapşırılmışdır. Şagirdlərin bir çoxu artıq kompüterlə işləmək bacarığına yiyələnmişlər.

Təhsil Nazirliyinin xətti ilə İKT biliyi olan müəllimlərin hazırlanması və onların elektron dərsliklərdən istifadə bacarığını artırmaq məqsədilə treninqlər keçirilmişdir. Bu iş indi də davam etdirilir.

Rayonun orta məktəblərinin əksər siniflərində informatika fənni tədris olunur. Artıq I-XI siniflərin demək olar ki, hamısı "İnformatika" dərslikləri ilə təmin edilmişlər.

M.NOVRUZOV

 

 

 

 

Jurnalın növbəti nömrəsi

"Azərbaycan məktəbi" jurnalının bu nömrəsi Azərbaycan Respublikası Prezidentinin 2007-2008-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin qaliblərinin mükafatlandırılması haqqında sərəncamları ilə açılır.

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun çıxışı da bu nömrədə oxuculara təqdim olunur.

"Bizim hər sahəni əhatə edən proqramımız vardır" sərlövhəli məqaləsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru İlham Rəhimli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilimizə və mədəniyyətimizə göstərdiyi böyük diqqət və qayğıdan söhbət açır.

"İdarəetmənin regional problemləri" rubrikasında Şəki RTŞ-ın müdiri F.İbrahimovun "Məktəbdə tərbiyə işlərinin təşkili məsələlərinə dair", "Pedaqogika" rubrikasında Təhsil Problemləri İnstitutunun əməkdaşları Rauf Sultanov və Könül Şahbazlının birgə qələmə aldıqları "Sosial ekologiya və ümumi ekoloji təhsilin problemləri", "Psixologiya" rubrikasında Təhsil Problemləri İnstitutunun şöbə müdiri Fərman Əliyevin "İstedadlı uşaqlar millətin və bəşəriyyətin gələcəyidir" və həmin institutun elmi işçisi Aida Qasımovanın "Şəxsiyyətin formalaşmasının bəzi məsələləri", "Xaricdə təhsil" rubrikasında Təhsil Nazirliyinin baş məsləhətçisi Kamil Ağamalıyevin "Texniki peşə təhsili islahatlarında prioritet istiqamətlər: Rumıniya və Bolqarıstan təcrübəsi", "Yeni  nəşrlər" rubrikasında "Azərbaycan məktəbi" jurnalının baş redaktor müavini Nəsrəddin Musayevin "Pedaqoji fikrimiz araşdırılır", "Mətbuat tariximizdən səhifələr" rubrikasında respublikanın əməkdar müəllimi Nazim Nəsrəddinovun "Onların arzuları" sərlövhəli məqalələri dərc olunub.

Bu nömrədə verilmiş "Qısa ömür yolunun mənalı səhifələri" sərlövhəli məqalədə akademik Heydər Hüseynovun həyat və yaradıcılığından bəhs edilir.

Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının rektor əvəzi, kənd təsərrüfatı elmləri doktoru Ramiz Quliyevin məqaləsi "Bizim iş yoldaşlarımız" rubrikasında, Azərbaycan Müəllimlər İnstitutunun dosenti Şahrza Ağayevin, Sabunçu rayonundakı C.Cabbarlı adına 187 nömrəli orta məktəbin direktoru Nailə Məmmədovanın, Bakı Dövlət Universitetinin dissertantı Həsən Cəfərinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Firəngiz Hidayətovanın məqalələri isə "Tərbiyə məsələləri" rubrikasında oxuculara təqdim olunub.

 

 

 

 

 

 

Goranboyun yeni məktəbləri

Respublikamızın hər bir bölgəsi kimi, Goranboy da sürətlə inkişaf edir, yeniləşir. Ən əsası rayonda aparılan yüksək keyfiyyətli və müasirlik baxımından zövqoxşayan genişmiqyaslı abadlıq işləri rayon ictimaiyyətində qürur hissi doğurur. Bu işlərin tərkib hissəsi olaraq rayonda təhsilə göstərilən xüsusi münasibət öncül yerlərdən birini tutur.

Son illər rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazası xeyli yaxşılaşmışdır. Belə ki, son 5 ildə 1580 yerlik yeni məktəb, 1020 yerlik əlavə korpuslar, həmçinin Goranboy şəhərinin mərkəzində Uşaq Şahmat İdman Məktəbi və müasir standartlara cavab verən idman kompleksi tikilib istifadəyə verilmişdir. 17 məktəb əsaslı şəkildə yenidən qurulmuş və təmir edilmişdir.

2008-2009-cu dərs ili üçün hər biri 360 şagird yerlik Qarqucaq və Veyisli, hər biri 220 şagird yerlik Rəhimli, Yəhərçi qazaxlar və Yolqulular kənd orta məktəbləri üçün yeni binalar tikilib. Səfikürd kənd orta məktəbi üçün 176 şagird yerlik, şəhər 1 nömrəli orta məktəbi üçün 240 şagird yerlik tədris korpusu təmir olunmuşdur. Digər məktəblərdə də daxili imkanlar hesabına cari təmir işləri aparılmışdır.

"Bilik günü" həmin tədris ocaqlarının açılışı olmuşdur. Açılışda rayon ictimaiyyətinin nümayəndələri, bələdiyyə üzvləri, valideynlər və məktəblilər iştirak etmişlər. Keçirilən tədbirlərdə rayon icra hakimiyyəti başçısı E.Abasov, millət vəkili G.Hacıyeva, Dövlət Neft Şirkətinin Sosial inkişaf idarəsinin rəisi B.Bədəlov, təhsil şöbəsinin müdiri E.Əliyev, məktəb rəhbərləri, valideynlər çıxış edərək pedaqoji kollektivin üzvlərini, valideynləri yeni təhsil ocaqlarının açılışı münasibətilə təbrik etmişlər.