|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Kredit üzrə saziş imzalandı Sentyabrın
24-də Təhsil Nazirliyində Təhsil Sektorunun İnkişafı
üzrə İkinci Layihənin maliyyələşdirilməsi
məqsədilə Beynəlxalq İnkişaf Assosiasiyasının
Azərbaycan Respublikasına ayırdığı kredit üzrə
sazişin imzalanma mərasimi keçirildi. Tədbirdə təhsil naziri Misir
Mərdanov, Dünya Bankının Azərbaycan üzrə
meneceri cənab Qreqori Yedjeyçak, təhsil nazirinin müavinləri,
müvafiq şöbə və struktur bölmələrinin
rəhbərləri, ümumi təhsil sahəsində Dünya
Bankının dəstəyi ilə həyata keçirilən
layihənin komponent və alt-komponent koordinatorları,
layihənin əlaqələndirmə qrupunun əməkdaşları
və KİV nümayəndələri iştirak
edirdilər. Təhsil naziri Misir Mərdanov mərasim iştirakçılarını
salamlayaraq bugünkü tədbiri Azərbaycan təhsilində
tarixi hadisələrdən biri kimi qiymətləndirdi.
Nazir ümumi təhsil sahəsində Dünya Bankının
dəstəyi ilə həyata keçirilən layihələr
barədə geniş məlumat verdi. 10 ilə yaxın bir
müddətdə Təhsil Nazirliyinin Dünya Bankı ilə
səmərəli əməkdaşlıq etdiyini deyən
nazir Misir Mərdanov 1999-cu ildə Təhsil İslahatı
Layihəsinin maliyyələşdirilməsi
məqsədilə Azərbaycan
hökuməti və Dünya Bankı arasında təhsil
sahəsində sayca birinci Kredit sazişin imzalandığını
bildirdi. Məlumatdan aydın oldu ki, həmin layihə 3
istiqaməti əhatə edib. 1. Tədris planı və
proqramları, tədris-metodik təminat; 2. Müəllimlərin
ixtisasartırması; 3. Layihənin monitorinqi və
qiymətləndirilməsi. Təhsil İslahatı
Layihəsi 31 mart 2004-cü ildə başa çatmışdır.
Layihənin nəticələri Dünya Bankının
cəlb etdiyi müstəqil ekspert tərəfindən
qənaətbəxş qiymətləndirilib. 2003-cü
ildə qrant hesabına seçilmiş beynəlxalq və milli
məsləhətçilərin köməyi ilə Dünya Bankı
ilə birgə həyata keçirilməsi nəzərdə
tutulan 3 mərhələdən ibarət 10 illik Təhsil
İslahatı Proqramı hazırlanmışdır.
Birinci mərhələ 2003-2007-ci illəri; ikinci
mərhələ 2007-2010-cu illəri; üçüncü
mərhələ isə 2010-2013-cu illəri əhatə
edir. Birinci mərhələnin maliyyələşdirilməsi
məqsədilə 2003-cü il sentyabrın 8-də
Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf
Assosiasiyası arasında ikinci Kredit sazişi imzalandı.
Layihələrin həyata keçirilməsi üçün ayrılan
maddi vəsaitin məbləğini də açıqlayan nazir
daha sonra Təhsil Sektorunun İnkişafı Layihəsinin
komponent və alt-komponentlərindən danışdı.
Təhsil naziri layihədə nəzərdə tutulan bütün
şərtlərin yerinə yetirildiyini və Dünya Bankının
ekspertləri tərəfindən görülən işlərin
müsbət qiymətləndirildiyini bildirdi. Nazir həyata keçirilən
tədbirlərin hər biri barədə ətraflı danışdı.
10 illik proqramın ikinci və üçüncü
mərhələlərinin həyata keçirilməsi üçün
Təhsil Sektorunun İnkişafı üzrə artıq
ikinci layihənin hazırlandığını söyləyən
təhsil naziri Misir Mərdanov
adıçəkilən layihənin
çoxillik, çoxmərhələli proqramın ikinci
mərhələsi olduğunu bildirdi. Bu layihənin
maliyyələşdirilməsi məqsədilə bu gün
sayca üçüncü Kredit sazişinin imzalanması
nəzərdə tutulur. Təhsil Sektorunun İnkişafı
üzrə İkinci Layihənin həyata keçirilməsi üçün
45,4 milyon ABŞ dolları məbləğində
vəsait nəzərdə tutulub. Həmin vəsaitin 25
milyonunu Beynəlxalq İnkişaf Assosiasiyasının güzəştli
krediti təşkil edir, 20,4 milyonu isə Azərbaycan hökumətinin
iştirak payı kimi müəyyənləşdirilmişdir.
İmzalanacaq sazişdə ümumi təhsil
sistemində Dünya Bankı ilə əvvəlki
layihədə başlanılmış kurrikulum, şagird
nailiyyətlərinin qiymətləndirilməsi, müəllim
hazırlığı, təhsilin idarəedilməsi
və iqtisadiyyatı sahəsində islahatların
davam etdirilməsi ilə yanaşı, bu layihədə
məktəbəhazırlıq və peşə
təhsili sahəsində də islahatlar nəzərdə
tutulub. Nazir həyata keçirilən və qarşıda
görülməsi vacib olan digər məsələləri
də mərasim iştirakçılarının
diqqətinə çatdıraraq bütün bunların uğurla
nəticələnməsində Təhsil
Nazirliyi ilə Dünya Bankı arasındakı
səmərəli əməkdaşlığı yüksək
qiymətləndirdi. Dünya Bankının Azərbaycan üzrə
meneceri cənab Qreqori Yedjeyçaka öz təşəkkürünü
bildirdi. Qeyd etdi ki, bu birgə fəaliyyətin əsas
məqsədi Azərbaycan təhsil sisteminin keyfiyyət
və səmərəliliyinin yüksəldilməsindən
ibarətdir. Dünya Bankının Azərbaycan üzrə
meneceri cənab Qreqori Yedjeyçak son illər Azərbaycanın
iqtisadi cəhətdən qüdrətli bir ölkəyə çevrildiyini
deyərək, respublikamızda gedən dəyişiklikləri
müsbət dəyərləndirdi. Azərbaycan təhsilinin
bu gün artıq inkişaf etdiyini, onun getdikcə
təkmilləşdiyini və
yeniləşdiyini söylədi. Cənab Qreqori Yedjeyçak
uzunmüddətli əməkdaşlıq
ərzində Dünya Bankı ilə Təhsil Nazirliyi
arasında olduqca işgüzar və səmimi münasibətlərin
mövcud olduğunu qeyd etdi. Bu münasibətdən
irəli gələn dostluğu yüksək
qiymətləndirən Q.Yedjeyçak təhsil naziri Misir
Mərdanova minnətdarlıq etdi. Birgə əməkdaşlığın
bundan sonra da davam etdiriləcəyinə və
Azərbaycan təhsilinin inkişafında uğurlu
nəticələrin əldə olunacağına ümidvar
olduğunu bildirdi. Sonra Azərbaycan hökuməti adından
təhsil naziri Misir Mərdanov, Beynəlxalq İnkişaf
Assosiasiyası adından
Dünya Bankının Azərbaycan üzrə meneceri
cənab Qreqori Yedjeyçak Təhsil Sektorunun İnkişafı
üzrə İkinci Layihənin maliyyələşdirilməsi
məqsədilə Beynəlxalq İnkişaf Assosiasiyasının
Azərbaycan Respublikasına ayırdığı kredit üzrə
sazişi imzaladılar. Sənəd imzalandıqdan sonra təhsil
naziri Misir Mərdanov KİV nümayəndələrinin çoxsaylı
suallarını cavablandırdı.
Samirə KƏRİMOVA
Təhsil Nazirliyində görüş 2008-ci
ildə "Azərbaycan Respublikasında texniki peşə
təhsilinin inkişafı üzrə Dövlət Proqramı
(2007-2012-ci illər)"na əsasən görüləcək
ən mühüm işlərdən biri də Avropa Komissiyasının
"Peşə Təhsili və Təlimi İslahatı
Strategiyası və Azərbaycanın seçilmiş regionunda
sınaq tətbiqi" layihəsi çərçivəsində
İsmayıllı Turizm və Otelçilik üzrə Peşə
Məktəbinin yaradılmasıdır. Qeyd edək ki, adıçəkilən
layihənin həyata keçirilməsində məqsəd
Azərbaycanın qeyri-neft sektorlarının
rəqabət qabiliyyətinin və peşə təhsili
sistemi məzunlarının iş tapmaq imkanlarının
artırılmasına yardım etmək, eləcə
də peşə təhsili və təlimi sisteminin müasirləşdirilməsi
üçün siyasət hazırlama potensialını, strategiya
və fəaliyyət proqramını təkmilləşdirmək,
səriştə əsaslı peşə təhsili
və təliminin tətbiqi ilə əlaqədar nümunəvi
tərəfdaşlıq modeli işləyib hazırlamaqdan
ibarətdir. Layihə çərçivəsində İsmayıllıda
Turizm və Otelçilik üzrə Peşə Məktəbinin
yaradılmasına texniki yardımın göstərilməsi,
avadanlıqlarla təchiz edilməsi, rəhbər və mühəndis-pedaqoji
heyətin, kurrikulum
və dərs materiallarının hazırlanması və
s. nəzərdə tutulur. Məktəb tədris binası,
laboratoriya, emalatxana, yeməkxana, yataqxana, kompüter otaqları,
kitabxana, konfrans zalı və oteldən ibarət olacaq.
Şagirdlər nəzəri biliklərlə yanaşı,
praktik biliklərə də kompleksi tərk etmədən
yiyələnə biləcəklər. Azərbaycan Respublikasının təhsil
naziri Misir Mərdanov sentyabrın 24-də bununla bağlı
ölkəmizdə işgüzar səfərdə olan texniki peşə
təhsili islahatı layihəsinin qrup rəhbəri Nils
Kristensen, müvafiq layihə üzrə ekspertlər Devid Hardi
və Noel Hiberti qəbul etdi. Misir Mərdanov qonaqları salamlayaraq onları
Təhsil Nazirliyində görməsindən məmnun olduğunu
dedi. İsmayıllı Turizm və Otelçilik üzrə Peşə
Məktəbinin yaradılması istiqamətində Avropa
Komissiyası ilə uzun müddət iş aparıldığını
söyləyən təhsil naziri bu görüşdən sonra
məsələnin istənilən səviyyədə
həll olunacağına ümid etdiyini bildirdi.
Nazir xarici qonaqlara rayona gedib yerli şəraitlə
yaxından tanış olmağı məsləhət gördü
və işə mümkün qədər tez-iqlim
kəskinləşmədən başlamağın
məqsədəuyğun olduğunu dedi. "Peşə
Təhsili və Təlimi İslahatı Strategiyası
və Azərbaycanın seçilmiş regionunda sınaq
tətbiqi" layihəsinin ölkəmizdə texniki peşə
təhsilinin inkişafında əhəmiyyətli rol
oynayacağına əminliyini ifadə edən Misir
Mərdanov buna görə qonaqlara təşəkkür etdi. Nümayəndə heyətinin rəhbəri
Nils Kristensen artıq layihəni həyata keçirməyə
hazır olduqlarını qeyd edərək bu qarşılıqlı
əməkdaşlıq əlaqələrinin davamlı
olacağına ümid etdiyini dedi. O, göstərilən
dəstəyə görə Təhsil Nazirliyinə
minnətdarlığını bildirdi. Daha sonra texniki peşə təhsili şöbəsinin
müdiri Namiq Məmmədov və qonaqlar İsmayıllı
Turizm və Otelçilik üzrə Peşə Məktəbinin
yaradılması ilə bağlı həyata keçiriləcək
tədbirləri geniş müzakirə etdilər. Hicran ƏKBƏROVA
"CİSCO Systems" şirkəti ilə əlaqələr genişləndiriləcək Sentyabrın
24-də təhsil naziri Misir Mərdanov "CİSCO
Systems" şirkətinin Mərkəzi və Şərqi
Avropa üzrə vitse-prezidenti Kaan Terzioğlu, şirkətin
Mərkəzi Asiya üzrə baş
meneceri Ali Kuralkan və şirkətin
Bakıdakı nümayəndəliyinin satışlar
üzrə regional meneceri Kamilla Şahbazova ilə görüşdü. Nazir qonaqları səmimi salamlayaraq onları
Azərbaycanda, xüsusilə Təhsil Nazirliyində görməyindən
məmnunluq duyduğunu qeyd etdi. "CİSCO Systems"in dünyada informasiya
texnologiyaları üzrə aparıcı şirkətlərdən
biri olduğunu deyən təhsil naziri onlarla qurulan
əməkdaşlığı yüksək
qiymətləndirdi. Son illər ölkəmizdə təhsil
sahəsində çox mühüm işlərin görülməsi, bir sıra
yeniliklərin tətbiq edilməsi barədə qonaqlara
ətraflı məlumat verən nazir Misir Mərdanov xüsusilə
İKT sahəsində əldə olunan
nəticələrdən söz açdı. Bildirdi ki, ölkə
başçısı cənab İlham Əliyev
tərəfindən təsdiq edilmiş "Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları
ilə təminatı Proqramı (2005-2007-ci
illər)" çərçivəsində respublikamızın
təhsil sistemində əhəmiyyətli işlər görülüb,
bir sıra layihələrin həyata keçirilməsi reallaşdırılıb.
Nazir proqramı ümumi təhsilin inkişafında tarixi
nailiyyət kimi qiymətləndirərək, qonaqları
İKT-nin təhsilə tətbiqi ilə bağlı
məktəblərimizdə aparılan işlərlə
tanış etdi. Təhsil naziri dövlət başçısının
sərəncamı ilə təsdiq olunmuş
"Təhsil sisteminin informasiyalaşdırılması
üzrə Dövlət Proqramı (2008-2012-ci illər)"nın
isə görülən işlərin davamlı olaraq həyata
keçirilməsinə imkan və şərait yaratdığını
söylədi. Proqrama əsasən bu il Bakı və Sumqayıt
şəhərlərinin 200 məktəbinin
genişzolaqlı sürətli İnternetlə
təmin olunması, DATA mərkəzin yaradılması,
elektron tədris resursları bazasının və
digər məsələlərin həyata keçirilməsi
nəzərdə tutulub. Yeni yaradılacaq DATA
mərkəzinin əhəmiyyətindən söz açan
təhsil naziri Misir Mərdanov bu
istiqamətdə mühüm işlərin görüldüyünü
dedi. Onu da qeyd etdi
ki, məktəblərimiz DATA mərkəzdə yerləşdiriləcək
İKT resurslarından istifadə edərək İnternetə
bu mərkəz vasitəsilə qoşulacaq. Həmin
mərkəzin texniki imkanları
isə şagirdlərin mənəviyyatına
zərər vura bilən istənilən məlumat və
təsvirlərdən istifadə etməyin qarşısını
alacaq, daha dəqiq desək, onu mümkünsüz edəcək.
Təhsil naziri bunun olduqca əhəmiyyətli olduğunu
xüsusi vurğuladı. Daha sonra ölkəmizdə müəllimlərin
İKT sahəsində bilik və bacarıqlarının
artırılması vəziyyətinə, ümumiyyətlə,
hər bir kəsin kompüterin imkanlarından lazımınca
və eyni zamanda səmərəli istifadə etməsinin
vacibliyinə toxunan təhsil naziri qarşıda
həyata keçirilməsi zəruri sayılan
tədbirlərin sayının kifayət qədər olduğunu
dedi. Təhsil naziri Misir Mərdanov görülən işlərdə
dünyanın aparıcı ölkələrinin, xüsusilə
dost və qardaş respublika
sayılan Türkiyənin bu sahədə əldə etdiyi
təcrübənin öyrənilməsinin, ondan yararlanmağın
olduqca vacib olduğunu söylədi.
Nazir çıxışının sonunda ölkəmizdə
İKT-nin təhsilə tətbiqi vəziyyəti ilə
əyani tanışlıq, bu sahədə müəyyən
təsəvvürə malik olmaq məqsədilə qonaqları
onunla birlikdə paytaxtın bir neçə təhsil müəssisəsində
olmağa dəvət etdi. "CİSCO Systems" şirkətinin
Mərkəzi və Şərqi Avropa üzrə
vitse-prezidenti Kaan Terzioğlu onları belə səmimi qarşıladığına
görə təhsil naziri Misir Mərdanova təşəkkürünü
bildirdi. Türkiyədə "CİSCO Systems"
şirkətinin adıçəkilən ölkənin Təhsil
Nazirliyi ilə birgə mühüm bir layihəni həyata keçirdiyini
deyən cənab Kaan Terzioğlu əldə olunan
nəticələrdən danışdı. Qonaq Türkiyədə
İKT-nin təhsilə tətbiqi vəziyyətindən,
bu sahədə görülən işlərdən, şirkətin
İKT ilə bağlı təlim proqramlarından, təşkil
etdiyi kurslar barəsində məlumat verdi. Şirkətin
Mərkəzi Asiya üzrə baş
meneceri Ali Kuralkan da çıxış edərək,
Azərbaycanda İKT-nin inkişafına yardım göstərməyə
hazır olduqlarını söylədi. çıxışlar zamanı əməkdaşlığın
daha da genişləndirilməsinin zəruriliyi xüsusi qeyd
olundu.Səmimi və qarşılıqlı anlaşma
şəraitində keçən görüşdə təhsil müəssisələrində
İKT-nin tətbiqi vəziyyəti ilə yaxından tanış
olmaq və bu sahədə qazanılan təcrübədən
faydalanmaq və digər məsələlər ətrafında
geniş fikir mübadiləsi aparıldı. Samirə HüSEYNQIZI
|